Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
14-02-2026, 18:52
Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin!


Pəhləvidən ABŞ-yə çağırış: İrana hərbi müdaxilə edin!

İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ABŞ-ni İrana hərbi müdaxiləyə çağırıb.
O, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Reuters" agentliyinə müsahibəsində bildirib ki, ABŞ-ın mümkün hərbi addımı “insanların həyatını xilas edə” və İran hakimiyyətinin süqutunu sürətləndirə bilər.
ABŞ-da yaşayan Pəhləvi qeyd edib ki, İranda mövcud hakimiyyət zəifləyib və dağılmaq üzrədir. Onun sözlərinə görə, hərbi zərbə prosesi sürətləndirə və insanları yenidən küçələrə çıxmağa təşviq edə bilər. O, Prezident Donald Tramp administrasiyasını Tehranla nüvə sazişi üzrə danışıqları uzatmamağa çağırıb.
Hazırda Vaşinqton və Tehran arasında mümkün nüvə razılaşması ilə bağlı diplomatik təmaslar davam edir. Ötən həftə Omanda ABŞ və İran diplomatları arasında danışıqlar keçirilib, növbəti görüşün də planlaşdırıldığı bildirilir. Eyni zamanda, ABŞ regionda hərbi qüvvələrini artırıb.
Tramp daha əvvəl İranla danışıqların çətin getdiyini qeyd edib və Tehrana qarşı təzyiqin artırılmasının zəruri ola biləcəyini bildirib. ABŞ rəsmiləri bildiriblər ki, əgər Tramp hücum əmri versə, ABŞ ordusu İrana qarşı həftələrlə davam edə biləcək əməliyyata hazırlaşır.
14-02-2026, 18:43
TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq


TRIPP-in Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz reallaşacaq

“Düşünürəm ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq”.
Bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.
Dövlətimizin başçısının deyib ki, əgər belə olmasaydı, Prezident öz adını (dəhlizə - red.) verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.
14-02-2026, 18:40
Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı


Marta Kos: Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı

“Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıran sədd kimi qəbul etmişik. Sülh layihələri və Ermənistanla Azərbaycan arasındakı sülh sanki mümkün olmayan bir qapını açdı”.
Bu sözləri Avropa Komissiyasının Genişləndirmə üzrə komissarı Marta Kos Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib. O, Avropa İttifaqı tərəfindən ciddi şəkildə dəstəklənən bu sülh layihəsində liderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
“Bəli, biz yeni bir struktur qururuq. Bu, Avropa ilə Çin arasındakı bütün digər marşrutları unudacağımız mənasına gəlmir, amma şaxələndirməyə diqqət yetirməliyik. Ən uyğun olan yolları seçəcəyik ki, qısa müddətdə daha çox yük təmin etmək mümkün olsun. Trans-Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər daşınma həcmini üç dəfə artıra, tranzit müddətini yarıya endirə və ildə on milyonlarla xərcə qənaət edə bilər. Bu, həm də biznes üçün ən böyük cəlbedici amillərdən biridir”, - deyə Marta Kos bildirib.
14-02-2026, 18:36
Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq


Prezident: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

“Biz artıq cəmi altı aydır ki, sülh şəraitində yaşayırıq, inanın ki, bu, çox yaxşı və xüsusi hissdir, bütün Azərbaycan əhalisi bölüşür. Əminəm ki, Ermənistan xalqı da belə düşünür”.
Bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
Dövlətimizin başçısının sözlərinə görə, bağlantılar və birləşdirici marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə artıq üçtərəfli şəkildə əməkdaşlıq quracaq.
14-02-2026, 18:33
İlham Əliyev Zelenski ilə görüşdü - FOTO


İlham Əliyev Zelenski ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

14-02-2026, 18:25
ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO


ABŞ həmişə Avropanın övladı olacaq - RUBİO

ABŞ dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Vaşinqtonu “Avropanın övladı” adlandırıb.
O, transatlantik birliyin davam etdirilməsinin vacibliyini vurğulayıb və bildirib ki, ABŞ-ın məqsədi Qərbin zəifləməsi deyil və Vaşinqton Avropa ilə münasibətləri ayırmaq yox, yeniləmək istəyir.
“Bizim evimiz Qərb yarımkürəsində ola bilər, amma biz həmişə Avropanın övladı olacağıq”, – deyə Rubio qeyd edib.
Rubio çıxışında kütləvi miqrasiya və sənayesizləşmə ilə bağlı narahatlıqlara da toxunaraq Qərbin “idarə olunan tənəzzülü” ilə barışmayacaqlarını vurğulayıb. Onun sözlərinə görə, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, Amerikanı da zəiflədir.
Rubionun çıxışı Avropada müxtəlif reaksiyalar doğurub. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen onun nitqindən “çox arxayın” qaldığını bildirib, Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Rubionu “əsl tərəfdaş” adlandırıb. Bununla belə, bəzi siyasətçilər ABŞ administrasiyasının ümumi kursunda ciddi dəyişiklik görmədiklərini deyiblər. Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsberqis çıxışın tonunun daha yumşaq olduğunu, lakin mövqenin dəyişmədiyini vurğulayıb.
Münhen Konfransı bu il dəyişən dünya nizamı, ABŞ-Avropa münasibətləri və Çinlə bağlı siyasət fonunda keçirilir
Qeyd edək ki, konfransda əsas müzakirə mövzularından biri Ukraynadakı müharibə olub. ABŞ-ın vasitəçiliyi ilə Cenevrədə sülh danışıqlarının növbəti raundunun keçirilməsi planlaşdırılır. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdən “həddindən artıq çox güzəşt” tələb olunduğu təəssüratı yaranır və bu güzəştlər əsasən Ukrayna kontekstində müzakirə olunur. Rubio isə ABŞ-ın sülh səylərindən geri çəkilməyəcəyini desə də, Rusiyanın bu prosesə nə dərəcədə ciddi yanaşdığının aydın olmadığını qeyd edib.
14-02-2026, 18:21
Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü


Fidan Qəzzanı idarə edəcək komitə üzvləri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağının İdarəetmə Komitəsinin rəhbəri Əli Şaat ilə görüşüb.
Görüşün təfərrüatları açıqlanmayıb.
Milli Qəzza İdarəetmə Komitəsi ABŞ prezidenti Donald Trampın irəli sürdüyü Qəzza sülh planının bir hissəsi olaraq yaradılıb.
Bu texnokratik və siyasətdən kənar komitənin Qəzza zolağında dövlət və bələdiyyə xidmətlərinin gündəlik idarə olunmasına, eləcə də təhlükəsizliyin təmin edilməsinə cavabdeh olması gözlənilir.
14-02-2026, 18:19
Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur”


Azərbaycan Prezidenti: “Bizim sərhədlərimizdə sülh qurulur”

Bizim sərhədlərimizdə sülh qurulur, tamamilə yeni vəziyyət yaranıb. Heç bir atışma yoxdur, heç kəs yaralanmır, heç kim qətlə yetirilmir.
Bu fikirləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə səsləndirib.
Dövlətimizin başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. “Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar”, - deyə Prezident əlavə edib.
14-02-2026, 18:17
İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır"


İlham Əliyev: "Xəzərin dibi ilə fiber-optik layihə hazırlanır"

“Biz Mərkəzi Asiyadakı tərəfdaşlarımızla Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik layihəsi üzərində işləyirik. Bununla bağlı işlər aparılacaq, həmçinin yeni imkanlara nəzər salırıq”.
Bu barədə Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə bildirib.
“Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizinin də çox böyük potensial var”, - deyə dövlətimizin başçısı əlavə edib.
14-02-2026, 18:12
Prezident: “Azərbaycan fiziki infrastrukturun yaradılmasına sərmayə yatırıb”


Prezident: “Azərbaycan fiziki infrastrukturun yaradılmasına sərmayə yatırıb”

“Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır”.
Bu sözləri Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Qərb və Şərq baxımından Azərbaycan buna çalışır. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmiz Asiya ilə Avropa arasında yerləşir, bu da üstünlükdür. Lakin müvafiq infrastruktur olmasa, bunun mənası da hiss edilmir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!