Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-02-2026, 21:54
“Ana dilim, varlığım” -  yaddaşlardan silinməyəcək

21 fevral – Beynəlxalq Ana dili Günüdü

“Ana dilim, varlığım” -

yaddaşlardan silinməyəcək


Dünyada hər bir xalqın öz dili, mədəniyyəti var. Bu dillər içərisində ana laylası qədər əziz olan Azərbaycan dili zənginliyi ilə seçilir. Babalarımızdan bizə əmanət olan dilimiz mülli varlığımız, qürurumuzdur. Ana dilimiz həm də millətin yaddaşı və milli ruhudur.

21 fevral – Beynəlxalq Ana dili Günü ərəfəsində Bakının Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbdə “Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirə YAP Suraxanı Rayon sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmayanların iş bölməsinin rəisi Əfqan Ağayev, Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının dosenti, məktəbin məzunu Ülviyyə Mehralıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, istedadlı rəssam, dünyada ilk dəfə “Qurani-Kərim”i ipək parça üzərində yazan Tünzalə Məmmədzadə, Bakı Neft-energetika kollecinin direktoru Ata Babayev, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazov, eləcə də şəhid anaları, rayonun tanınmış ziyalıları, media işçiləri, valideynlər dəvət olunmuşdu. Tədbir iştirakçıları ilk öncə sərgi ilə tanış oldular. Təşkil olunan sərgidə gənc rəssamların çəkdiyi rəsm əsərləri nümayiş olundu, balacalar şux rəqslər etdilər. Həmin gün Azərbaycan idmanına töhfələr verən, müxtəlif medallarla təltif olunan gənc idmançıların çıxışları maraqla qarşılandı, eləcə də AYB və AJB-nin üzvü, tarix müəllimi Təranə Cəbiyevanın tariximizə aid şəxsi kolleksiyası və müəllifi olduğu kitablar təqdim olundu.

Tədbur ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova çıxışında 21 fevral Beynəlxalq Ana dili Günü haqqında məlumat verərək, Azərbaycan xalqının ruhunu, tarixini, kimliyini yaşadan ana dilimizin hər birimizin milli sərvəti olduğunu diqqətə çatdırdı. Tədbirin aparıcısı, ana dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova çıxışında ana dilimizin müqəddəs və dəyərli olduğunu söylədi.

Ədəbi-bədi gecədə monitorda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ana dilimizlə bağlı çıxışları alqışlarla qarşılandı. Yeni Azərbaycan Partiyası Suraxanı Rayon sədri Vüqar Seyidov çıxışında bildirdi ki, “Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir.

Hər bir xalqın öz ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir.1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi.Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında Ümummilli Lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.” Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri

Günay Qurbanova çıxışında qeyd etdi ki, “dil millətin yaddaşı, tarixi və ruhudur. Azərbaycan dili əsrlər boyu formalaşaraq zəngin ədəbi irs yaratmışdır və bu dil bizi birləşdirən ən güclü mənəvi bağdır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Ulu öndər Heydər Əliyev

Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsində mühüm rol oynamışdır və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ana dilimizin qorunması və təbliği istiqamətində mühüm addımlar atılır.” Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının dosenti Ülviyyə Mehralıyeva, şəhid anaları çıxış edərək dünya dilləri

içərisində əsas yer tutan ana dilimizin əsrarəngiz gözəlliyindən, babalarımızdan əmanət qalan dilimizin qorunmasının vacibliyindən və gənc nəsillərə milli qürurumuz olan ana dilimizə həmişə dəstək olmağı söylədilər. Şagirdlərin oxuduğu şən mahnılar, hazırladıqları ədəbi-bədii kompozisiya, vətənpərvərlik ruhundakı şeir çələngi, intellektual oyun, milli rəqslər bayram tədbirinə xoş ovqat bəxş etdi. Tədbirin yekunu daha yaddaqalan oldu. Ədəbi-bədii gecədə çıxış edən şagirdlər bəstəkar Emin Sabitoğlunun “Şirin dil” mahnısının sədaları altında alqışlarla səhnəyə daxil oldu. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Təranə CƏBİYEVA

22-02-2026, 19:06
Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib


Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib

ABŞ Məxfi Xidmətinin məlumatına görə, bugün əməkdaşlar Prezident Donald Trampın Florida ştatının Vest Palm Biç şəhərində yerləşən Mar-a-Laqo iqamətgahının mühafizə olunan ərazisinə qanunsuz daxil olmağa cəhd edən 20 yaşlarında bir şəxsi güllələyərək zərərsizləşdiriblər.
Hadisə obyektin şimal qapısı yaxınlığında baş verib.
Bildirilib ki, həmin şəxsin üzərində ov tüfənginə bənzər silah və yanacaq qabı olub. Tramp hadisə zamanı Vaşinqtonda olub. Ağ Ev məsələ ilə bağlı dərhal açıqlama verməyib.
Qeyd olunur ki, ABŞ-da son dövrlər siyasi zorakılıq hallarında artım müşahidə olunur. 2024-cü ildə Trampa qarşı iki sui-qəsd cəhdi edilib. 2025-ci ilin iyununda Minnesota ştatından demokrat qanunverici Melissa Hortman həyat yoldaşı ilə birlikdə güllələnərək öldürülüb. Bir neçə ay sonra isə mühafizəkar fəal Çarli Kirk də sui-qəsd nəticəsində həyatını itirib.
22-02-2026, 18:56
Ukrayna ordusu əks-hücumlara başladı


Ukrayna ordusu əks-hücumlara başladı

Ukrayna Silahlı Qüvvələri Zaporojye və Dnepropetrovsk vilayətlərinin qovşağında əks-hücumlara başlayıb.
Bu barədə Ukrayna ordusunun Desant Hücum Qüvvələri Komandanlığı məlumat yayıb.
“Desant Hücum Qüvvələri Aleksandrovka sektorunda aktiv əməliyyat keçirir. Məqsəd Rusiyanın Dnepropetrovsk və Zaporojye bölgələrinə doğru irəliləmək planlarını pozmaqdır”, - məlumatda qeyd olunub.
Məlumata görə, əməliyyat zamanı 300 kvadrat kilometrdən çox ərazi azad edilib.
22-02-2026, 18:44
Hindistan ABŞ-la danışıqları təxirə saldı


Hindistan ABŞ-la danışıqları təxirə saldı

Hindistan və ABŞ rəsmiləri arasında iki ölkə arasında ticarət sazişinin mətninin yekunlaşdırılması üçün fevralın 23-də Vaşinqtonda keçirilməsi planlaşdırılan üç günlük danışıqlar təxirə salınıb.
"Hər iki tərəf hesab edir ki, Hindistanın baş danışıqçısı və onun komandasının səfəri son inkişaflar və onların nəticələri qiymətləndirdikdən sonra planlaşdırılmalıdır. Görüş qarşılıqlı məqbul bir tarixə qədər təxirə salınacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 21 fevralda bütün ölkələrdən idxal olunan mallara tətbiq edilən tarifləri 10%-dən 15%-ə qaldırdığını elan etmişdi.
22-02-2026, 18:27
Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu


Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında qalib və mükafatçılar məlum olub.
Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5:0,5.
Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5:0,5 hesablı qələbə qazanan Ü.Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.
22-02-2026, 16:56
Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır


Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır

İranın ali rəhbəri Əli Xamenei ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sistemində mümkün bir pozuntu halında tədbirlər planının hazırlanmasını əmr edib.
Bu barədə "The New York Times" qəzeti İranın altı yüksək vəzifəli məmuruna və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Xamenei bəzi səlahiyyətləri etibarlı köməkçilərin kiçik bir dairəsinə həvalə edib və hərbi və mülki administrasiyada çoxpilləli varislik sisteminin yaradılmasını əmr edib.
Liderlərə ali rəhbərlə əlaqənin kəsilməsi və ya onun ölümü halında dörd potensial müavin müəyyən etmək tapşırılıb. O, əsas qərarların əlaqələndirilməsini Parlamentin keçmiş sədri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib. Belə ki, Laricaninin təsiri son aylarda artıb: o, daxili təhlükəsizlik məsələlərinə nəzarət edir, müttəfiqlərlə əlaqələr qurur və Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edir.
Xatırladaq ki, İsraillə bağlı son gərginlik zamanı ali rəhbər üç potensial varisin adını bəyan etsə də, onların adları açıqlanmır. Əli Laricaninin özü bu siyahıya daxil edilməyib, çünki o, din xadimi deyil.
22-02-2026, 16:45
Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var


Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var

Pakistan Əfqanıstandakı yaraqlıların hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
Bu barədə “Röyters” məlumat yayıb.
“Pakistan müsəlmanların müqəddəs Ramazan ayında baş verən hücumlar da daxil olmaqla, son terror hücumlarında Əfqanıstandakı yaraqlıları günahlandırıb.
Taliban isə hücumlarda ölən və yaralanan onlarla insan arasında qadın və uşaqların da olduğunu bildirib”, - məlumatda qeyd edilib.
22-02-2026, 16:25
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq


Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında fevralın 23-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, fevralın 23-də gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
22-02-2026, 16:08
Rusiyada bu hava limanı bağlandı


Rusiyada bu hava limanı bağlandı

Rusiyanın Kaluqa hava limanında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib.
Bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün vacibdir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, PUA hücumu təhlükəsi səbəbindən dünən də Kaluqa hava limanında təyyarələrin enişi və qəbuluna məhdudiyyət tətbiq olunmuşdu.
22-02-2026, 15:50
Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazandı


Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazandı

Azərbaycan gimnastları Mixail Malkin və Tofiq Əliyev Bakıda keçirilən Dünya Kubokunda uğurlu çıxış ediblər.
Tamblinqçilərin hər ikisi medal qazanıblar.
Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş mükafata sahib çıxıb.
Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq. Daha əvvəl batutçu Selcan Mahsudova da gümüş medala yiyələnib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!