Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-02-2026, 15:36
Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakı mənasızdır - Kreml


Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakı mənasızdır - Kreml

Rusiya tərəfi Avropanın Ukrayna məsələsi ilə bağlı sülh danışıqlarında iştirakını məqsədəuyğun hesab etmir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O bildirib ki, Cenevrədə keçirilən danışıqlar prosesi işgüzar xarakter daşısa da, kifayət qədər çətindir: “Avropalılar mövcud əhval-ruhiyyəni nəzərə alsaq, real töhfə verə bilmirlər. Avropa diplomatiyasına rəhbərlik edən şəxsin bəyanatlarına diqqət yetirin. Belə yanaşma ilə necə faydalı ola bilərlər? Faktiki olaraq, heç cür”.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Avropa ölkələrinin nümayəndələri Cenevrədə Ukrayna üzrə aparılan danışıqlar zamanı daha çox qeyri-rəsmi mühitdə – soyunub-geyinmə otağında bir araya gələrək kofe içir və söhbətləşirlər.
22-02-2026, 15:23
Ərindən icazəsiz ata evinə gedən qadınlar həbs olunacaq - “Taliban”ın yeni qaydaları


Ərindən icazəsiz ata evinə gedən qadınlar həbs olunacaq - “Taliban”ın yeni qaydaları

“Taliban” rəhbərliyi Əfqanıstanda qadınların hüquqlarını ciddi şəkildə məhdudlaşdıran yeni qaydalar qüvvəyə mindirib.
Sənəddə aşağıdakı müddəalar yer alır:
Ali lider Heybətulla Axundzadə tərəfindən təsdiqləndiyi bildirilən qaydalara əsasən:
Kişilərə, “sümük sınığı və ya açıq yara” olmadığı hallarda həyat yoldaşlarını döyməyə icazə verilir.
Ərinin razılığı olmadan valideyn evinə gedən qadınlar (zorakılıqdan yayınmaq məqsədilə olsa belə) 3 aya qədər azadlıqdan məhrum edilə bilər.
Rəqs etmək və musiqi ifa etmək cinayət əməli kimi qiymətləndirilir.
Qızların təhsilinə tətbiq edilən qadağanın tənqidi hüquq pozuntusu sayılır.
Qadınlar üzlərini tam şəkildə örtməli, yaxın qohum olmayan şəxslərin yanında danışmamalıdır.
Qadınların səsinin kənardan eşidilməməsi üçün evdə ucadan danışması da qadağan edilir.
Qanunun 9-cu maddəsinə görə, Əfqan cəmiyyəti dörd qrupa ayrılır: din alimləri, elita, orta təbəqə və aşağı təbəqə.
Cinayət törədən din xadimi və ya elita nümayəndəsinə yalnız xəbərdarlıq tətbiq olunur. Orta təbəqə üçün həbs, aşağı təbəqə üçün isə həm fiziki cəza, həm də həbs nəzərdə tutulur.
Hənəfi məzhəbinə aid olmayan şəxslər “bidətçi” və ya “dindən çıxmış” kimi qiymətləndirilir.
22-02-2026, 14:56
Türkiyənin tanınmış aktyoru vəfat etdi


Türkiyənin tanınmış aktyoru vəfat etdi

Türkiyə kinosunun tanınmış aktyoru Ali Tutal vəfat edib.
Bir müddət əvvəl beyin qanaması keçirdikdən sonra xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyor həkimlərin bütün səylərə baxmayaraq, dünyasını dəyişib.
A.Tutal bu günədək 60-dək filmdə və bir çox televiziya serialında rol alıb. Onlar arasında xüsusilə "Günəşi gördüm", "Geniş ailə", "Bərəkətli torpaqlar üzərində" və "Hökumət qadın"ı göstərmək olar.
22-02-2026, 14:42
Gimnastımızdan Dünya Kubokunda gümüş medal


Gimnastımızdan Dünya Kubokunda gümüş medal

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
İdmançı fərdi mübarizədə 56.440 xal toplayaraq ikinci yerə layiq görülüb.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
22-02-2026, 14:30
İran və ABŞ arasında saziş imzalana bilər


İran və ABŞ arasında saziş imzalana bilər

İran və ABŞ Tehrana qarşı tətbiq edilən sanksiyaların nüvə proqramına məhdudiyyətlər müqabilində aradan qaldırılmasının miqyası və mexanizmlərini fərqli qiymətləndirirlər.
Bunu yüksəkvəzifəli İran rəsmisi "Reuters" agentliyinə müsahibəsində bildirib.
O həmçinin əlavə edib ki, danışıqların yenidən bərpası mart ayının əvvəlinə planlaşdırılıb və bu mərhələdə aralıq sazişi imzalana bilər.
Vurğulanıb ki, Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini ixrac etməyi, onun səviyyəsini aşağı salmağı və regional uran zənginləşdirmə konsorsiumu yaratmağı ciddi şəkildə nəzərdən keçirə bilər.
Lakin, bunun müqabilində İranın "dinc məqsədlərlə uran zənginləşdirməsi" hüququ tanınmalıdır.
22-02-2026, 13:41
Ukraynadakı partlayışlar "terror" kimi araşdırılır


Ukraynadakı partlayışlar "terror" kimi araşdırılır

Bazar günü səhər tezdən Ukraynanın qərbində yerləşən Lvov şəhərində baş verən partlayışlar nəticəsində ölüm hadisəsi qeydə alınıb, onlarla insan yaralanıb. Rəsmilər hadisəni “terror aktı” kimi qiymətləndiriblər.
Bu barədə CNN məlumat yayıb.
Lvov vilayət prokurorluğunun məlumatına görə, partlayışlar polis əməkdaşları məlumat əsasında hadisə yerinə gedərkən baş verib.
Bildirilib ki, ilk partlayış polis əməkdaşları hadisə yerinə çatdıqdan sonra baş verib, ikinci partlayış isə əlavə polis briqadası gəldikdən sonra qeydə alınıb.
Hücum nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub. Prokurorluğun məlumatına əsasən, patrul avtomobili və mülki nəqliyyat vasitəsi də zədələnib.
Lvov vilayət prokurorluğu “ağır nəticələrə səbəb olan terror aktı” faktı üzrə istintaqa başladığını açıqlayıb, lakin hadisənin dəqiq şəraitinin hələlik aydın olmadığını bildirib. Lvovun meri Andriy Sadovıy Facebook-da paylaşımında: “Bu, şübhəsiz ki, terror aktıdır”, - deyə yazıb.
Hücumun kim tərəfindən törədildiyi barədə hələlik rəsmi məlumat verilməyib.
22-02-2026, 13:22
Tehranda tələbələrin etiraz aksiyası


Tehranda tələbələrin etiraz aksiyası

Tehrandakı Şərif Texnologiya Universitetinin tələbələrinin yanvar hadisələrində həlak olanların xatirəsinə həsr olunmuş mitinqi etiraz aksiyasına çevrilib.
Bu barədə Fars agentliyi məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Tehran və Məşhəd şəhərlərində bir neçə universitetdə də nümayişlər keçirilib. Qeyd olunur ki, Şərif Texnologiya Universitetində keçirilən aksiya “Bəsic” qüvvələrinin könüllü dəstələri ilə toqquşma ilə nəticələnib.
22-02-2026, 13:14
Qar yağacaq, duman olacaq


Qar yağacaq, duman olacaq

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 22-dən 23-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
22-02-2026, 12:48
"Taliban"dan Pakistana XƏBƏRDARLIQ


"Taliban"dan Pakistana XƏBƏRDARLIQ

"Taliban" hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib.
Bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
"Taliban" administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib.
Kabildəki "Taliban" nümayəndələri İslamabadın zərbələrinin "Təhriki Taliban" (Pakistan Talibanı Hərəkatı) hərəkatının bazalarına yönəldilməsi barədə bəyanatlarını rədd ediblər. Məlumatlara görə, Paktika vilayətində son hava əməliyyatı zamanı dini məktəb vurulub.
Bu arada, Pakistanın informasiya naziri zərbələrin Əfqanıstan sərhədi yaxınlığında "Təhriki Taliban" və İŞİD-in sığınacaqlarına endirildiyini bəyan edib.
22-02-2026, 12:35
Rusiya Kiyevi atəşə tutub - evlər yanır


Rusiya Kiyevi atəşə tutub - evlər yanır

Fevralın 22-nə keçən gecə Rusiya qüvvələri dronlar və raketlərdən istifadə edərək Kiyevə kütləvi hücum həyata keçirib.
Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Hücum nəticəsində Svyatoşın rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına ziyan dəyib, binanın damında yanğın yaranıb.
Paytaxtda hava həyəcanı elan olunub. Kiyev Şəhər Hərbi Administrasiyası paytaxtın yaxınlığında Rusiyay məxsus dronların qeydə alındığını bildirib. Sonra Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə qarşı təkcə pilotsuz aparatların deyil, həm də qanadlı raketlərin hücumunun davam etdiyini açıqlayıb.
Hazırda mümkün itkilər və dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir. Hadisə yerində təcili xidmət əməkdaşları işləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!