Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
14-02-2026, 18:00
II Qareginə cinayət işi açılıb


II Qareginə cinayət işi açılıb

Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi açılıb, onun ölkədən çıxışı qadağan edilib.
Bu barədə onun vəkili Ara Zöhrabyan məlumat verib.
O qeyd edib ki, bu, Arman Saroyanın vəzifəsindən azad edilməsi ilə bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə bağlıdır. Əvvəllər bu iş üzrə 6 yüksək vəzifəli kilsə xadiminə qarşı ittiham irəli sürülüb və onların ölkədən çıxışı da qadağan edilib.
Vəkil bildirib ki, bu, hakimiyyətin Avstriyada keçiriləcək Yepiskoplar Şurasını pozmaq cəhdləri ilə birbaşa bağlıdır. Zöhrabyan katolikosa qarşı ittihamları hakimiyyətin tarixi və utancverici hərəkəti, eləcə də Kilsənin daxili işlərinə birbaşa müdaxilə adlandırıb.
14-02-2026, 17:45
Qurban Qurbanov qəzəbləndi - Sanki xokkey meydançası idi


Qurban Qurbanov qəzəbləndi - Sanki xokkey meydançası idi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirb.
O, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını bildirib:
“Meydança yox kimi idi. Sanki xokkey meydançası idi. Bu sürüşür, o sürüşür, ötürmə verə bilmirlər. Belə meydançada necə futbol oynamağa icazə verirlər? Bir-iki gün əvvəl İspaniya çempionatında iki oyunu meydançanın durumuna görə təxirə saldılar. Belə ot örtüyündə oynamağa icazə verilməsi…Mən çox danışmaq istəmirəm. İrad bildirəndə deyirlər ki, ancaq “Qarabağ tərəfi nə isə danışır. Ona görə çox da danışmaq istəmirəm. Amma bu meydançanın durumunu görməyə nə Qurban lazımdır, nə də başqası. Bu cür olmaz da...
Dərindən düşünsək, hər bir şeydə çıxış yolu olmaz. Nə meydança var, nə temp var, zədədən qorxursan, heç nə də yəni…Mən bu oyunla “Nyukasl”la matça necə hazırlaşacağam? Gəl indi 3-4 gün futbolçulara bərpa məşqi ver. İkiqat yükləndilər oyunçular. Həddindən çox müzakirə olunası mövzudur. Bütün komandalar burdan şikayət edir. Buna nə isə etmək olmaz? Oturub gözləyirik ki, futbolçular nə zaman zədədən qurtaracaqlar? Biri orada ayağın tutur yıxılır, biri burada. Futboldan başqa nə desən, var idi”.
Q. Qurbanov protokolda adı olmayan Mateuş Koxalskidən və oyunda zədələnən Leandro Andradedən də danışıb:
“Koxalskinin mikrozədəsi var idi. Ona görə heyətə salmadım. Leonun durumu elədir ki, bilinmir zədə nədir. Ümumiyyətlə, meydançanın vəziyyətinə görə anlamaq olmur ki, dizi zədələndi, ya harası? Bilmək olmur, sabah bilinəcək”.
Təcrübəli mütəxəssis Kadinin qırmızı vərəqə aldığı epizoda da münasibət bildirib:
“Mən bilmədim, orada nə baş verdi. 3 metr rəqib oyunçu Kadini dartırdı. İstər-istəməz o da insandır, reaksiya verib. Gələn kimi qırmızı vərəqə göstərdi. Epizodun əvvəlindən baxmaq lazımdır. Oyunçu da əli itələyib. Heç olmasa, sarı ver. Baş hakim Cavid Cəlilov epizodu gördü, ya görmədi bilmirəm, bəlkə VAR-da oturan Əliyar Ağayev dedi. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar verir. Bu, birinci deyil. Çünki Cavid Cəlilov baxmadı. Rəqib onu o qədər tutdu ki, yıxıldı. Bir az ehtiyat elədi, yəqin ki... Çünki bundan öncəki oyunda Bəhlul Mustafazadəyə ikinci sarıdan qırmızı verilmədi və çox müzakirə olundu.
Hakimlər də yəqin ondan sonra ehtiyat edirlər ki, onlara söz gəlməsin. Çox danışmaq istəmirəm bu mövzuda. Amma meydançanı nəzərə almaq lazımdır. Hakimlər federasiyaya deməlidirlər ki, burada oyun oynamaq olmaz. Belə şey olar? Hansı əsrdə yaşayırıq? 25 ildir ki, futbolumuzun inkişaf etməsindən danışırıq. Amma bu cür meydançada yox. Bilirəm ki, “İmişli” yeni komandadır, başa düşürəm. Amma gedirlər Bakıda məşq edirlər, gəlib burda oynayırlar. Bakıda məşq edirlər, orada da oynasınlar və ya başqa stadionda çıxış etsinlər. Bunu ona görə deyirəm ki, bəlkə stadionun yaxşılaşdırılması üçün hansısa addım atılar, mənim də faydam olar. Amma bizim heç kimlə düşmənçiliyimiz, asılı vəziyyətimiz yoxdur. Sadəcə deyirəm ki, “Nyukasl”la Çempionlar Liqası matçına hazır olmayacağam. Birbaşa bunu burada deyirəm. Çünki 3-4 oyunluq gücümüzü bu gün sərf etdik. Futbolçuların bərpası çətin olacaq, alınmayacaq. Mən bu qədər düşünmürdüm. Açığı, bu klublar Liqaya gələndə onlara stadionu düzəltmək üçün bir il vaxt verildi. Bu da onlarda arxayınlıq yaradıb. Yenə də Qubaya gələndə meydançanı bu qədər bərbad bilmirdim. Çox məyusam. Son zamanlarda heç vaxt belə məyus olmamışam”.
14-02-2026, 17:16
Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi


Tanınmış tarixçi yeni vəzifəyə təyin edildi

Tarix elmləri doktoru, dosent Güntəkin Nəcəfli AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin baş elmi işçisi vəzifəsinə təsdiq edilib.
Bu barədə tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.
“Güntəkin Nəcəfli uzun illərdir ki, Tarix və Etnologiya İnstitutunda çalışır. Prezident İlham Əliyevin 2012-ci il 25 may tarixli Sərəncamı ilə o, Dövlət Mükafatına layiq görülüb. 1998-ci ildə “XVIII əsrin II yarısında Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə əlaqələri” mövzusunda namizədlik dissertasiyası, 2024-cü ildə isə “Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq fəaliyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun elmi rəhbəri AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur. Güntəkin xanımı ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!", - tarixçilər bildiriblər.
14-02-2026, 17:10
Əməkdar artistlərin oğlu teatra rəhbər gətirildi


Əməkdar artistlərin oğlu teatra rəhbər gətirildi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına yeni direktor təyin olunub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Oleq Əmirbəyov bu vəzifəyə təyin olunub.
Əməkdar artist Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.
Xatırladaq ki, Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakıda Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur.
14-02-2026, 17:06
Brilliyant Dadaşovanın yoldaşına yüksək vəzifə verildi


Brilliyant Dadaşovanın yoldaşına yüksək vəzifə verildi

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.
Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib. O, Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

14-02-2026, 16:55
Bu ölkədə 50 min hərbçi həm də xarici ölkə vətəndaşıdır


Bu ölkədə 50 min hərbçi həm də xarici ölkə vətəndaşıdır

50.000-dən çox İsrail Müdafiə Qüvvələri əsgəri İsrail vətəndaşlığı ilə yanaşı, xarici vətəndaşlığa da malikdir.
Bu barədə İsrail Müdafiə Ordusunun rəsmi açıqlamasında deyilir. Məlumatda onların əsasən ABŞ, Fransa, Rusiya, Almaniya, Ukrayna və Kanada vətəndaşı olduğu qeyd edilib.
Minlərlə əsgər İsrail vətəndaşlığına əlavə olaraq iki əlavə vətəndaşlığa da malikdir.
14-02-2026, 16:46
Armen Qriqoryan azərbaycanlı nümayəndələrə hesabat verdi


Armen Qriqoryan azərbaycanlı nümayəndələrə hesabat verdi

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb.
Görüş Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin toplantısı zamanı baş tutub.
Qriqoryan bu cür görüşləri "qarşılıqlı etimad və mehriban qonşuluq münasibətləri" baxımından vacib adlandırıb. Onun sosial media hesabına görə, nümayəndə heyətinə münasibətlərin normallaşma dinamikası və marşrutların açılması perspektivləri barədə məlumat verilib.
Qeyd edək ki, Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan ikitərəfli dəyirmi masanın yekun görüş toplantısı keçirilir. Görüş çərçivəsində tərəflər regional təhlükəsizlik, humanitar məsələlər və qarşılıqlı etimadın artırılması istiqamətində fikir mübadiləsi aparırlar.
14-02-2026, 16:38
Zelenski Putini "kölə" adlandırdı


Zelenski Putini "kölə" adlandırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxış edib. O, digər məsələlərlə yanaşı, Rusiya prezidentinin müharibəni bitirmək niyyətində olmamasını da diqqətə çatdırıb.
Ukrayna prezidenti Putini "müharibənin köləsi" adlandırıb.
"Putin özünü çar hesab edə bilər, amma, o, bu müharibənin köləsidir",-Zelenski deyib.
Ukrayna lideri Avropa liderlərinə xəbərdarlıq edib ki, Putin hazırda Ukraynaya diqqət yetirir, lakin gələcəkdə müharibə genişlənə və Avropa ölkələrini birbaşa təhdid edə bilər:
"O, həyatı hakimiyyətsiz və ya ondan sonra təsəvvür edə bilmir. Normal şeylər onu maraqlandırmır. Putin ərazi fəthləri barədə real həyat haqqında hər hansı bir canlı insanla müqayisədə daha çox Çar Pyotr və İmperatriça Böyük Yekaterina ilə məsləhətləşir. Putini müharibəsiz təsəvvür edə bilərsinizmi? Həm Ukrayna, həm də Avropa üçün real zəmanətlərə ehtiyac var. Biz bu zəmanətlərin nələri əhatə etməli olduğunu aydın şəkildə bilirik".
14-02-2026, 16:30
Nərimanovda sayğac oğrusu saxlanıldı


Nərimanovda sayğac oğrusu saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisində vətəndaşlardan biri ona məxsus mağazadan oğurluq edilməsi barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 58 yaşlı İ.Səfərli müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, İ.Səfərlinin gecə saatlarında mağazanın qapısının açıq qalmasından istifadə edərək obyektə daxil olduğu müəyyən edilib.
"Analoji hadisə Nərimanov rayonu ərazisində də qeydə alınıb. Belə ki, zərərçəkənlər su sayğaclarının oğurlanması barədə polisə müraciət ediblər. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sayğacları oğurlamaqda şübhəli bilinən T.Məmmədov saxlanılıb.
Məsələ ilə əlaqədar araşdırma aparılır,-məlumatda deyilir.
14-02-2026, 16:26
Rusiya ilə birgə yaşamağa məhkumuq - Makron


Rusiya ilə birgə yaşamağa məhkumuq - Makron

Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarını açıqlayıb.
O, bu açıqlamanı Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı verib.
"Ukrayna məsələsi ilə bağlı danışıqlar Avropanın iştirakı olmadan mümkündür. Lakin bu, sülh gətirməyəcək. Buna görə də Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarına gəldik. Biz bu problemin həllində iştirak edəcəyik. Ukraynadakı müharibə bitdikdə isə təhlükəsizlik maraqlarımızı nəzərə alaraq Rusiya Federasiyası ilə birgə yaşama qaydalarını müəyyən etməli olacağıq. Danışıqlar masasına oturub bunu müzakirə etməyə hazır olmalıyıq", - Makron bildirib.
Fransa prezidenti vurğulayıb ki, yeni Avropa təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlar avropalıların özlərinin iştirakı ilə aparılmalıdır.
"Coğrafiyamız dəyişməyəcək. Biz Rusiya ilə eyni yerdə yaşayacağıq və istəmirəm ki, bu danışıqları başqası təşkil etsin", - deyə o söyləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!