Həkim, təbrik edirik!Yanvarın birində Dünyamalı həkimin 65 yaşı tamam olub. Kurud-Kirs İcmasının üzvləri həkimi yubileyi münasibətilə təbrik edib, sağlamlıq, uzun ömür, xoş güzəran və şərəfli peşə fəaliyyətində uğurlar arzulayıblar.
Xatırladaq ki, İmaməliyev Dünyamalı Mirəli oğlu 1961-ci il yanvarın 1-də Zəngəzur mahalının Qafan rayonunun Kurud kəndində doğulub. 1968-ci ildə Ailəsi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kəndinə köçüb. Həmin il Şurud kənd 8 illik məktəbinin
birinci sinfinə gedib. Səkkizilliyi Şurud kəndində, 9-10-cu sinifləri isə 1978- ci ildə Bənəniyar kənd orta məktəbində bitirib. 1979- cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna qəbul olub.
1986-cı ildə institutu bitirərək Naxçıvan Respublika Uşaq Xəstəxanasında anestezioloq reanimatoloq kimi çalışıb. Dünyamalı İmaməliyev Naxşıvan şəhərindəki təcili yardım stansiyasının Təcili tibbi yardım həkimi, 1989-1993-cü illərdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Reanimasiya qrupunun həkimi olaraq fəaaliyyət göstərib. 1993-cü ildən 1998-ci ilə qədər 8 Saylı Xəstəxananın Reanimasiya şöbəsinin müdiri olub.
Birinci dərəcəli anestezioloq reanimatoloq Dünyamalı İmaməliyev harda, hansı vəzifədə olmasından asılı olmayaraq bütün ömrünü insanlara tibbi yardım etməklə keçirib. Vicdanla, kimsədən təmənna ummadan saçlarını o yolda ağardıb. O, qanunvericilik sahəsində də xalqına xidmət göstərmək istəyib. Odur ki, 2010-cu və 2015-ci ildə parlament seçkilərinə qatılıb.
Kurud-Kirs İcmasının üzvləri yeni ildə həkimə yeni uğurlar, ailəsinə səadət, firəvan həyat arzulayırlar!