“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Balaca adamın yekə buketi .....                       
Tarix : 19-01-2024, 06:45
Qərbi Azərbaycan müəllimləri rubrikasından


Qərbi Azərbaycan müəllimləri rubrikasından
Fatma Muradova


Muradova Fatma Cəfər qızı 8 fevral 1934-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvan şəhərində orta məktəbi bitirdikdən sonra Ermənistan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmiş və həmin ildə Basarkeçər rayonunun Çaxırlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1960-cı ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda fizika və riyaziyyat fənni üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir.
Fatma Muradova 1960-cı ildə İrəvan Şəhər Komitəsinin Marksizm- Leninizm Universitetinə daxil olmuş və tam kursu müvəffəqiyyətlə bitirmişdir.
Fatma Muradova 1961-ci ildə İrəvan şəhər Lenin rayonu üzrə VIII çağırışa deputat seçilmişdir. O, 1963-cü ildə isə İrəvan şəhər Orcenikidze rayonu üzrə IX çağırışa deputat seçilmişdir.
Fatma Muradova 1963-cü ildə Kurud kəndinə gəlin köçmüşdür. Fatma xanım ailə həyatı qurması ilə əlaqədar iş yerini Qafan rayonunun Kurud kənd 8 illik orta məktəbinə dəyişmiş, kənddə riyaziyyat müəllimi işləmişdir. O, 1969-cu ildə Bakı şəhər keçmiş Oktyabr indiki Yasamal rayonu 13 nömrəli məktəbinə fizika müəllimi kimi işə qəbul olunur.
1970-ci ildən 2 nömrəli Dəmiryol texniki- peşə məktəbinə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilir. O, əmək fəaliyyəti müddətində: 1979-cu ildə “Təşəkkürnamə”, 1986-cı ildə “Əmək veteranı” medalı ilə və 1988-ci ildə “Fəxri Fərman”la təltif edilmişdir.
Muradova Fatma Cəfər qızı Kərimov Bəndəli Əli oğlu ilə ailə həyatı qurmuşdur. Onların 3 övladı, 7 nəvəsi və 10 nəticəsi var. Övladları və nəvələri ali təhsillidir. Onların övladları hərbi həkim, kimyaçı və müəllimə peşələrinə yiyələnmişlər. Nəvələri hal-hazırda müxtəlif dövlət qurumlarında çalışırlar.
Muradova Fatma Cəfər qızı 2019-cu il yanvar ayının 4-də Bakı şəhərində vəfat etmişdir.
"Bütöv Azərbaycan" qəzeti
19 yanvar 2024


Paylaş



Bölmə: İrəvan / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!