Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz .....                        Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR .....                        Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı .....                        Luvr muzeyində su sızması - Əsərlər zədələndi .....                        Bakıda daha bir narkokuryer saxlanıldı - VİDEO .....                        Ermənistan Avropa müşahidəçilərinin sərhəddə qalmasını istəyir .....                        “Mançester Yunayted”in baş məşqçisi ayın ən yaxşısı seçildi .....                        Rusiyanın “kölgə donanması”na zərbə: 91 gəmiyə sanksiya .....                        İlham Əliyev Münxendə Robert Kalinaka ilə görüşdü .....                       
Tarix : Bu gün, 19:15
Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR


Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR

Qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi və irimiqyaslı rüşvətxorluq əməllərində ittiham edilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları - Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev, eləcə də həmin idarəyə təhkim edilmiş "Azərterminalkompleks" Birliyinin kinoloqu Asif Hacımuradov, həmçinin Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Cəfər Rafie Rezaiannın işi üzrə məhkəmə dinləməsi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi altında keçirilən iclasda ilkin mərhələdə təqsirləndirilən şəxslərin vəkilləri prosesin qapalı rejimdə aparılması barədə vəsatət qaldırıblar.
Müşavirədən sonra məhkəmə heyəti prosesin tam qapalı keçirilməsinə razılıq verməsə də, iclasda iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin zalı tərk etməsini tələb edib.
Məhkəmə prosesində keçmiş gömrük əməkdaşlarına ittiham aktının elan olunması nəzərdə tutulurdu.
İstintaq materiallarına əsasən, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və kinoloq Asif Hacımuradovun vətəndaşlar Etibar Hatəmli və İranlı Cəfər Rezaian ilə cinayət əlaqəsinə girdikləri müəyyən edilib. İttihama görə, onlar xidməti səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət qarşılığında Cəfər Rezaianın İranda idarə etdiyi sərnişin avtobusunda gizlədilən malların ölkəyə buraxılmasına şərait yaradıblar. Həmin nəqliyyat vasitəsinin yük yerində ümumi dəyəri 410 min manat olan, tərkibində güclü təsiredici və psixotrop maddələr olan dərman preparatları, eləcə də Azərbaycanın aksiz markası ilə markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar yolla qaçaqmalçılığı təmin edilib.
Qeyd edilən şəxslərdən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan tədbiri, Cəfər Rezaian haqqında isə fərqli qətimkan tədbiri seçilib.
Toplanmış sübutlara istinadən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Etibar Hatəmli Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Cəfər Rezaian isə müvafiq olaraq 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!