Xəzər sahilində 320 suiti meyiti tapıldı .....                        Sevinc Osmanqızının ibtidai istintaqı başa çatdı .....                        Şəklimi yayıb vay-şivən saldılar - Anar .....                        Məni Avropanın prezidenti adlandırırlar - Tramp .....                        “Zirə” “Neftçi”ni kubokdan kənarlaşdırdı .....                        Prezidentliyə namizədi öldürmək istədilər .....                        Azərbaycanı gələn il nə gözləyir? .....                        Trampın adamları Putinlə görüşdülər .....                        Qəzzada daha bir jurnalist həlak oldu .....                       
Tarix : Dünən, 17:51
Vardanyanın məhkəməsi: zərərçəkənlər danışdılar


Vardanyanın məhkəməsi: zərərçəkənlər danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan tankəleyhinə mərminin yaxınlıqlarında partlaması nəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və Yusif Həsənov isə yaralanıblar.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elvin Məmmədov qeyd edib ki, Xocalı rayonunun Sərdarkənd kəndi ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Kamran Həsənov yaralanıb. Əlavə edib ki, həmin vaxt düşmən minaatan, snayper və digər silahlarla atəş açırdı.
Zərərçəkmiş Xalid Şükürlü ifadəsində bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. Həmin hadisə zamanı Sadiq Məmmədov və Nicat Əhmədzadə də yaralanıblar.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Taleh Hümbətzadə qeyd edib ki, Xocavənd rayonunun Yenikənd kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Hadisə zamanı Cavid Şavqatlı da xəsarət alıb.
Zərərçəkmiş Fazil Əmirli Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıraraq bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin açdığı atəşlər nəticəsində o, Seyfəddin Cabbarov və Kamran Nəcəfov yaralanıblar.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran İlqar Qasımov deyib ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində o və Hüseyn Hüseynov xəsarət alıblar.
Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!