Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                        İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə dəyişiklik edildi .....                       
Tarix : 2-12-2025, 15:01
Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb


Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşma işləri davam etdirilir. Görülən işlər nəticəsində Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-ı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, inventarlaşma işləri zamanı sahə tədqiqatı işləri görülüb, abidələrin elektron xəritələri hazırlanıb, fotofiksasiya və dron çəkilişləri aparılıb, arxiv sənədləri araşdırılıb və digər mənbələr nəzərdən keçirilib.
İndiyədək işğaldan azad olunmuş ərazilərdə yerləşən 575 tarix-mədəniyyət abidəsinin inventarlaşma işləri başa çatdırılıb. Eyni zamanda, 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektin inventarlaşması həyata keçirilib və yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli 193 nömrəli Qərarı ilə həmin yeni aşkar edilmiş abidələrin 44-ü daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb.
Dövlət mühafizəsində olan 749 tarixi abidədən 130-da inventarlaşma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti minalarla çirkləndirilən təhlükəli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir.
30 ilə yaxın davam edən işğal müddəti tarixi abidələrin dağıdılmasına, vandalizmə uğramasına gətirib çıxarıb. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə böyük həcmdə və miqyasda dağıntıya məruz qalıb, digərlərinə isə müxtəlif dərəcədə ziyan vurulub
Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanıb. Ümumilikdə dəymiş zərər 700 milyon 154 min manat təşkil edir.








Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!