Azərbaycanı gələn il nə gözləyir? .....                        Trampın adamları Putinlə görüşdülər .....                        Qəzzada daha bir jurnalist həlak oldu .....                        Gənc oğlan dəm qazından zəhərləndi .....                        Keçmiş rejissor müharibədə həlak oldu .....                        Qız Qalasındakı qırmızı işığın səbəbi açıqlandı .....                        İmran Xandan xəbər yoxdur .....                        Bakıda daha bir avtobusda gedişhaqqı 60 qəpik oldu .....                        Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR .....                       
Tarix : 28-01-2021, 13:08
İşğaldan azad olunan ərazilərdə abidələrin monitorinqi 4 istiqamətdə aparılır

“Şuşada qeydiyyatdan keçmiş 210 abidənin 142-si Şuşa Tarix və Mədəniyyət Qoruğunun payına düşür”.

Butov.az “Report”-a istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Azad Cəfərli deyib.

O bildirib ki, həmin abidələrin hamısı bərpa ediləcək: "Biz bütün abidələri bərpa etmək əzmindəyik. Bilirsiz ki, həmin şəhərlərdə xüsusi ilə orta əsrlərə məxsus aura, mühit olub. O mühiti geri qaytarmaq üçün isə abidələrin ilkin simasına xələl gətirmədən, müvafiq templə və bərpa strategiyasına uyğun olaraq bərpa işləri aparılmalıdır. Ağdamda və digər şəhərlərdə şəhərsalma və infrastruktur layihələri çərçivəsində bu işi görəcəyik. Həmçinin açıq səma altında muzeylərin təsis olunmasını planlaşdırırıq".

A.Cəfərli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə abidələrin monitorinqi və təftişi 4 istiqamət üzrə aparılır: "Bunlar tamamilə məhv edilmiş, dağıdılmış, vandalizmə məruz qalmış və erməniləşdirilmiş abidələr qruplarıdır. Bərpa prosesinin abidələrdən başlanılması ana xəttdir. Eyni zamanda mədəniyyət kvartallarının yaradılması nəzərdə tutulub".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!