Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 21-12-2020, 17:02
Şuşadakı abidələrlə bağlı aparılan qiymətləndirmənin ilkin nəticəsi açıqlanıb: 11 məscid yox edilib

Erməni işğalından azad edilmiş Şuşa şəhərində tarixi abidələrlə bağlı aparılan qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı aparılan ilkin araşdırmanın nəticəsi açıqlanıb.

Butov.az xəbər verir ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı yaradılan işçi qrupun üzvü Faiq İsmayılov Trend-ə açıqlamasında deyib ki, Şuşa şəhərində normal vəziyyətdə qalan heç bir tarix və mədəniyyət abidəsi yoxdur:

"Bizim qrupun missiyası Şuşa şəhərindəki tarix və mədəni abidələrin monitorinqini keçirmək idi, o ərazilərdə olan abidələrin vəziyytini öyrənmək və bərpaya, konservasiyaya ehtiyacı olan abidələri müəyyən etmək və bu istiqamətdə layihələşdirmə işləri aparmaqdır. Biz orada monitorinq keçirərkən çoxsaylı dağıntılar gördük. Qədim-18-19-cu əsrə aid olan yaşayış evlərinin böyük əksəriyyətinin ancaq divarları qalıb. Dövlət qeydiyyatında olan bir çox abidələrimiz sökülərək yerində müasir binalar tikilib, yəni onlar yox edilib".

Onun sözlərinə görə, Şuşada 11 məscid tamamilə sökülərək yox edilib. 9 məscid öz formasını qoruyub saxlasa belə, tamamilə yarasız haldadır, onların bərpaya ciddi ehtiyac var.

F.İsmayılov qeyd edib ki, Şuşadakı karvansaraylarda dırnaqarası bərpa işləri aparılıb: "Amma bu işlər də yolverilməz hesab edilir. Onlar burada da erməniləşdirmə işləri aparıblar. Onlar bir az da orada qalsaydı, Şuşanın qədimliyindən heç bir əsər-əlamət qalmayacaqdı".


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!