Hərbçimiz faciəvi şəkildə həlak oldu .....                        Zakir Həsənov Pakistana başsağlığı verdi .....                        ABŞ Ukraynaya raket verməkdən imtina etdi .....                        COP29-un proqramı açıqlandı .....                        Əsir və itkinlərlə bağlı Bakı bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb .....                        Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb .....                        Rusiya Trampın Ukraynaya dair təkliflərini dinləməyə hazırdır – Ryabkov .....                        COP29-un tədbir məkanı BMT-nin qurumuna verildi .....                        Bakıya daha bir Baş nazir gəldi .....                       
Tarix : 28-06-2016, 11:56
Ermənilərin dağıtdığı abidələrin siyahısı açıqlandı


Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu ilin aprelin əvvəlində Ermənistanın təxribatı nəticəsində cəbhəyanı ərazilərdə ziyan görən tarixi-dini abidələrin siyahısını açıqlayıb.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, döyüşlər zamanı Ermənistan hərbiçilərinin Ağdam rayonunun Mahrızlı kənd qəbiristanlığına atdığı top mərmiləri nəticəsində 6 qəbir tamamilə dağılıb, 7 qəbrin isə baş və sinə daşları yararsız hala düşüb. Dini Komitənin sədri Mübariz Qurbanlı bununla əlaqədar olaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinə etiraz məktubu göndərib. Eyni zamanda ölkədə fəaliyyət göstərən dini konfessiyalar dünya ictimaiyyətinə müraciət edib.

Məlumatda qeyd olunub ki, bu ilin aprel ayının 5-də Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribat nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı, XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalıb, bəzi məscidlərə isə ciddi ziyan dəyib: “Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib. Tərtərdə atılan top mərmiləri “Cümə” məscidinin divarlarında çatlar əmələ gətirib. Birinci Qarabağ müharibəsi dövründə atılan mərmilərdən biri Tərtər şəhər “Cümə” məscidinin minarələrindən birini zədələyib. Tarix və mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Dövlət Komitəsi işğal altında qalmış Azərbaycanın tarixi-dini abidələri ilə bağlı məsələni bundan sonra da diqqət mərkəzində saxlayacaq və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində tədbirlərini davam etdirəcək”.

Komitə bildirir ki, işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!