Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 16-04-2015, 18:43
Hərb tariximizi yaşadan müdafiə qalaları

Bu gün Azərbaycan Hərb Tarixi muzeyində 18 aprel “Tarixi Abidələrin Mühafizəsi Günü”nə həsr olunmuş tədbir keçirilib. Qısa statistik məlumat: Qarabağ müharibəsinin birinci mərhələsində Ermənistanın 20 faiz torpaqlarımızı işğalı nəticəsində 500-dək tarixi memarlıq, 100-dən çox arxeoloji abidələr, on minlərlə eksponatı olan 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub və digər tarixi mədəniyyət abidələri dağıdılıb. İşğal altında olan ərazilərimizdə xalqımızın keçmişi və bu gününü əks etdirən 1852 mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzünə məruz qalıb. Nəticədə tariximiz üçün mühüm əhəmiyyət kəsb edən, milli özünəməxsusluğu özündə yaşadan minlərlə tarixi və arxeoloji abidələrimiz məhv edilib.
Hərb Tarixi muzeyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Azərbaycan Hərb Tarixində Müdafiə istehkamlarının rolu” mövzusunu geniş əhatə edib. Əvvəlcə Dövlət Himni səsləndirilib. Muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxışına YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü il aprelin 18-də qəbul edilmiş qərarın tarixi barədə məlumatla başlayıb. Qeyd edib ki, qərarın verilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına, mühafizə edilməsinə yönəltməkdir. Qədim dövrdən Azərbaycan hərb işinin tərkib hissəsini istehkam qurğularının inşası təşkil edirdi. İnsan yarandığı dövrdən özünün yaşadığı ərazini müxtəlif vasitələrlə qorumağa çalışırdı. Qobustan , Gəmiqaya, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Gələrsən-Görərsən kimi qalalarımız, tarixi keçmişimizin maddi yadigarlarıdır.
“İçərişəhər” tarixi muzeyinin müavini Musa Musayevin müstəqillik dövründə Azərbaycan dövləti tərəfindən ölkəmizdə mədəni irsin qorunmasına, öyrənilməsinə və təbliğinə qayğının və dəstəyin durmadan artdığını tədbir iştirakçılarının diqqətinə çatdıraraq vurğuladı ki, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın bir çox mədəni irs lahiyələrinin təşəbbüsçüsü və himayəçisi olduğunu da minnətdarlıq hissi ilə qeyd etmək lazımdır.
Azərbaycan Hərb Tarixi və “İçərişəhər” tarixi muzeylərinin əməkdaşları Həcər Alxasova və Nuranə Nəcəfova ölkəmizdəki müdafiə istehkamları haqqında məruzələrlə çıxış ediblər.
“İçərişəhər” tarixi muzeyinin təqdim etdiyi “Qədim Bakıya səyahət” adlı qısametrajlı sənədli film də tədbir iştirakçılarında maraq doğurub.
Tədbirdə həmçinin, baner üzərində şəhər muzeylərində saxlanılan eksponatların fotosundan ibarət geniş sərgi də təşkil edilib. 11 rolupdan ibarət “Müdafiə istehkamları” adlı sərgidə Şirvanşahlar dövlətinin Hərbi Dəniz Donanması, hərb qurğuları, hərb silahları, döyüş səhnələri miniatürlərdə, hərb geyimi, zirehli geyimlər, Azərbaycanın müdafiə qalaları, Abşeronun müdafiə qalaları, İçərişəhər müdafiə qalaları və dövlət rəmzlərinin fotoları nümayiş olunub. Tədbir iştirakçıları “İçərişəhər” tarixi muzeyinin fonduna aid 15 ədəd hərbi silahlarla da tanış olublar.
Sonda tədbir Azərbaycan Hərb Tarixi muzeyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi muzeyi arasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə başa çatıb.
Lalə HÜSEYNOVA,
“Azərbaycan Ordusu”


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!