Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 6-02-2015, 12:56
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb

Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən Müharibəsinin əfsanəvi iştirakçılarından biri olan Həzi Əhəd oğlu Aslanovun qəhrəmanlıqla dolu həyat yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün bir nümunədir.
1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan həmyerlimiz komandanlıq etdiyi 55 tank briqadası ilə birlikdə Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və daha neçə-neçə şəhərin faşizmdən azad olunmasında fəal iştirak etmiş, üç dəfə “ Qırmızı Bayraq”, iki dəfə “ Qırmızı ulduz” , 2-ci dərəcəli “ Suvorov”, “Aleksandr Nevski”, 1-ci dərəcəli “ Vətən müharibəsi”, “Lenin” ordenləri, “Qızıl ulduz”, “İgidliyə görə”, “Stalinqradın müdafiəsinə görə”, “ Qafqazın müdafiəsinə görə” medalları ilə təltif olunmuş və iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür
.

Ötən həftə Azərbaycan Hərb Tarixi Muzeyində İki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 105 illiyi və əbədiyyətə qovuşmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ardınca Böyük Vətən müharibəsində və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanların ruhu sükutla yad edildi.
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb

Daha sonra muzey rəisi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı, “Qırmızı Ulduz” ordenli ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə tədbiri giriş sözü ilə açaraq II Dünya Müharibəsinin tərkib hissəsi sayılan Böyük Vətən Müharibəsində general-mayor Həzi Aslanovun xidmətlərindən danışıb, faşizm üzərində tarixi qələbənin qazanılmasında göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, vətən torpağının azadlığı uğrunda son damla qanını belə əsirgəməyərək düşmənlə mübarizə aparan bu qəhrəman həmvətənimizin xalqımız tərəfindən hər zaman qürur və hörmət hissi ilə yad ediləcəyini söyləyib. Onun adının və şərəfli döyüş yolunun heç bir zaman unudulmayacağını, gələcək nəsillər üçün hər zaman əsl vətənpərvərlik nümunəsi olcağını qeyd edib. Əzizağa Qəni-zadə çıxışı zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 147-ci və 192-ci maddələrinə müvafiq olaraq generalın 1941-1945-ci illərdə cəbhələrdə göstərdiyi igidliyə görə təhsil aldığı Azərbaycan Ali Hərbi Məktəbinin 1-ci taborunun 1-ci bölüyünün 1-ci tağımının yataq otağında Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsini əbədiləşdirmək məqsədi ilə çarpayı qoyulması, qəhrəmanın adının şəxsi heyətin siyahısına salınması və hər axşam yatmazdan öncə onun çarpayısı önündə ruhunun yad edilməsi təklifini irəli sürüb. Təklifin həyata keçirilməsi üçün Müdafiə Nazirliyinin müvafiq şəxslərinin göstəriş verməsini xahiş edib. Muzey rəisinin bu təklifi tədbirdə iştirak edən qonaqlar tərəfindən bəyənilib.
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb

Muzeyin elmi işlər üzrə rəis müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov “Azərbaycan və İkinci Dünya Müharibəsi”, muzeyin tədqiqatçı –elmi işçisi Sevər Həsənova “Həzi Əhəd oğlu Aslanovun döyüş yolu”, muzeyin tədqiqatçı- elmi işçisi Nuranə Nəcəfova “Yaddaşlarda qalan Həzi” adlı məruzələrlə çıxış ediblər. Tədqiqatçı-jurnalist Musa Bağırovun, Mərkəzi Zabitlər Evinin nəzdində Həzi Aslanov Muzeyinin direktoru Zəminə Xınalının, Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Əkbər Hacıyevin, Respublika Veteranlar təşkilatının sədr müavini - polkovnik Cəlil Xəlilovun və digər tədbir iştirakçılarının çıxışları dinlənilib.
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb

Qəhrəmanın nəvəsi Emin Aslanov da çıxış edərək babası ilə bağlı tədbirlərin həyata keçirilməsində əməyi olan Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinə və Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivinə öz dərin minnətdarlığını bildirib və H.Aslanova həsr olunmuş üç kitabı muzeyə hədiyyə edib.
Tədbirdə həm də Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə hazırlanmış Həzi Aslanovun döyüş yoluna həsr olunmuş sənədli filmin və slaydın təqdimatı olub.
Muzey kollektivi Həzi Aslanovun nəvəsi və nəticəsi ilə, eləcə də muzeyə dəvət olunan qonaqlarla xatirə şəkili çəkdiriblər.
Tədbirdə Müdafiə Nazirliyinin, H.Əliyev adına ali hərbi məktəblərin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran təşkilatlarının, şəhər muzeylərinin , həmçinin ölməz qəhrəmanın nəvəsi Emin Aslanov və nəticəsi Fəqan Aslanova, Respublika Veteranlar Şurasının İdarə Heyətinin üzvü general Məmmədhüseyn Sarıyev və polkovnik Həsən Əmirov, 701 saylı hərbi hissənin veteranı ehtiyatda olan kapitan Oruc Musayev, Mərkəzi Zabitlər Evinin nəzdində Həzi Aslanov Muzeyinin direktoru Zəminə Xınalı, İstiqlal muzeyi, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən, Ali Hərbi məktəblərdən, Böyük Vətən Müharibəsinin veteranı Məşi İlyasov və digər idarə-müəssisələrin nümayəndələri iştirak etmişdilər. Qəhrəmanın tərcümeyi -halından
Həzi Əhəd oğlu Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının iş yerində - kərpic zavodunda işə girmişdir. 1924-cü ildə Həzi Aslanov komsomol göndərişi ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə oxumağa göndərilmişdir. O, 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olmuşdur. 1931-ci ildə Həzi Aslanov təhsilini müvəfəqiyyətlə başa vuraraq Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasının 15-ci alayına " vzvod" komandiri təyin edilmişdir. 30-cu ilin əvvəllərində H.Aslanovun həyatında daha bir vacib hadisə baş verir. Tale onu gələcək ömür-gün dostu Xavər İsrafilqızı ilə rastlaşdırdı. 1933-cü ildə onlar ailə həyatı qurdular. 1934-cü ildə H.Aslanovun Tofiq adlı oğlu dünyaya gəldi. Həzi Aslanov hələ Böyük Vətən Müharibəsi başlanmazdan əvvəl 12-ci zirehli avtomobil diviziyasında qulluq etməyə başlamışdır. 1937-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvülüyünə qəbul edilmişdir. 1939-cu ildə ona kapitan hərbi rutbəsi, 1940-ci il noyabrında mayor hərbi rütbəsi verilmişdir. O, komandir kimi yüksək yetkinlik göstərirdi." Vzvod" komandirliyindən batalyon komandirliyinə, kiçik leytenantdan mayor rütbəsinə zəngin bir yol keçmiş, təcrübə və peşəkarlıq əldə etmişdi. Mayor Həzi Aslanov rəhbərliyin istənilən tapşırığını yerinə yetirməyə hazır idi. 1941-ci ildə Həzi Aslanov motorlaşdırılmış alay komandirinin texniki hissə üzrə köməkçisi təyin olunmuşdur. 1941-ci il sentyabrın sonunda H.Aslanov Moskvaya çağırılıb, 55-ci əlahiddə tank briqadası komandirinin müavini vəzifəsinə göndərilmişdir. 1942- ilin əvvəlində ona podpolkovnik hərbi rütbəsi verilmişdir. Həmin ildə H.Aslanov 55-ci əlahiddə tank briqadasının komandiri vəzifəsinə təyin edilmişdir.
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb

1944-cü il 13 mart tarixində Həzi Aslanova SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə tank qoşunları general-mayoru rütbəsi verilmişdir. Deyilənə görə, 1944-cü ilin martında Tank qoşunları hərbi akademiyasının dinləyicisi olarkən Moskvada “Moskva” mehmanxanasında şair Səməd Vurğunla görüşüb söhbət etmiş, S,Vurğun onu cəbhəyə yola salmışdır.

II dünya müharibəsinin tərkib hissəsi sayılan Böyük Vətən Müharibəsində Vətən oğullarının göstərdiyi mərdlik və şücaətlər hərb salnaməmizə qızıl hərflərlə həkk olunmuşdur. 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimiz öz rotası ilə birlikdə Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və neçə-neçə şəhərin fazimdən azad olunmasında fəal iştirak etmiş, çoxlu sayda mükafatlarla təltif olunmuşdur.
Bu gün Müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşı bu unudulmaz hərbçinin keçdiyi şərəfli ömür yolundan dərs almağa və döyüş yolundan xəbərdar olmağa borcludur.
Qəhrəman general Hərb Tarixi muzeyində anılıb



Nuranə Nəcəfova































Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!