Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 28-11-2025, 18:40
CHP-də qurultay - Kılıçdaroğlu qatılmadı


CHP-də qurultay - Kılıçdaroğlu qatılmadı

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq
Partiyasının (CHP) 39-cu qurultayı öz işinə başlayıb.
Qurultayın ilk günü partiyanın proqramı və nizamnamə dəyişikliyi qəbul edilib.
Üç gün davam edəcək qurultayın şüarı “İndi iqtidar zamanı” olaraq müəyyənləşdirilib.
Qurultayın ilk günündə partiyanın yenilənmiş proqramı təsdiqlənib. Eyni zamanda, Partiya Məclisinin üzv sayı 60-dan 80-ə qaldırılıb. Özgür Özəl çıxışında bildirib ki, məqsəd CHP-ni iqtidara daşıyacaq və Türkiyənin əsas problemlərini həll edəcək yeni hökumət proqramı formalaşdırmaqdır.
Qurultaya dəvət edilən keçmiş sədr Kemal Kılıçdaroğlu tədbirə qatılmayıb. Sabiq sədr Hikmet Çətin də səhhətindəki problemlərə görə iştirak etməyib.
Tutulan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Ekrem İmamoğlunun həyat yoldaşı Dilek Kaya İmamoğlu, vəzifədən uzaqlaşdırılan Esenyurt Bələdiyyə Başqanı Ahmet Özer, eləcə də Ankara və İzmir başda olmaqla çox sayda bələdiyyə başqanı qurultayda iştirak edib.
CHP-də sədr seçkisində yalnız bir namizəd var – iki ildən çoxdur partiyaya rəhbərlik edən Özgür Özəl. Qurultayda əsas rəqabətin Partiya Məclisinə (PM) seçkilərdə yaşanacağı gözlənilir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!