Türkiyədə zəlzələ oldu .....                        Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                       
Tarix : 1-04-2025, 16:07
Kılıçdaroğlu CHP-yə yenidən sədr gəlir - Partiyadan AÇIQLAMA


Kılıçdaroğlu CHP-yə yenidən sədr gəlir - Partiyadan AÇIQLAMA

Türkiyənin ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçiriləcək.
Partiya sədri Özgür Özəl nizamnaməyə əsasən qurultay keçirilməsinə qərar verib. Buna səbəb sonuncu qurultayla bağlı ittihamlar olub. Belə ki, mətbuatda partiyanın sonuncu qurultayında saxtakarlığa yol verilməsi barədə xəbərlər yayılıb. Özəl partiyaya xüsusi nümayəndə təyin edilməsinin qarşısını almaq üçün qurultaya gedilməsinə qərar verildiyini bildirib.
Aprelin 6-da keçiriləcək qurultayda kimlərin namizəd olacağı hələlik məlum deyil. Özgür Özəlin yenidən namizəd olacağı gözlənilir.
Türkiyə mətbuatında partiyanın sabiq sədri Kemal Kılıçdaroğlunun da namizəd ola biləcəyi istisna edilməyib. Kılıçdaroğlu tərəfindən hələlik rəsmi açıqlama verilməsə də, yaxın günlərdə dəqiq qərarın açıqlanması gözlənilir.
Məsələ ilə əlaqədar CHP sədrinin müavini İlhan Üzgel qeyd edib ki, qurulatyda hər kəs namizəd olmaq hüququna malikdir. İ.Üzgel hazırki sədr Özgür Özelin asanlıqla seçilməsini gözlədiklərini qeyd edib:
"Cənab Kamal Kılıçdaroğlunun mediaya verdiyi açıqlamasında namizədlik məsələsi ilə bağlı açıq şəkildə namizəd olub-olmayacağı barədə fikir bəyan etməyib. Dolayısı ilə bu məsələdə cənab Kılıçdaroğlunun yerinə danışmağım düzgün olmaz. Bu suala onun özü cavab verməlidir. Aprelin 6-da keçiriləcək qurultayda cənab Özgür Özelin asanlıqla yenidən sədr seçilməsini gözləyirik".
Qeyd edək ki, 2023-cü ildə keçirilən prezident seçkilərində məğlubiyyətə uğrayan Kemal Kılıçdaroğlu partiya rəhbərliyindən gedib.


Paylaş



Bölmə: Xəbər / Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!