TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA .....                        Sexdə güclü yanğın - Hadisə yerindən görüntülər .....                        Zəlzələ bölgəsi üçün 500 milyon dollar maliyyə cəlb edilib .....                        Bakıdakı uşaq sığınacağında virus yayıldı .....                        Kadırovun oğluna yeni vəzifə verildi .....                        Pakistan prezidentinin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirilib .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Nigar Fərhadın verilişi bağlandı .....                       
Tarix : 11-04-2015, 03:14
Kəlbəcər Azərbaycan Hərb Tarixi Muzeyində də anılıb

Azərbaycan Hərb Tarixi Muzeyində Kəlbəcər rayonunun 1993-cü ildə işğalına həsr olunmuş tədbir keçirilib.

AHTM-in konfrans zalında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Kəlbəcər döyüşlərində həlak olan şəhidlərin ruhu sükütla yad edilmişdir. Tədbiri muzeyin rəisi ehtiyatda olan polkovnik Ə.Qəni-zadə giriş sözü ilə açaraq 1993-cü ildə Kəlbəcər rayonunda baş vermiş proseslərdən, Kəlbəcər əhalisinin düşmənlərə qarşı mübarizə aparmasından və Azərbaycan Milli Ordusunun döyüşçülərinin 60min əhalini kütləvi qırğından xilas etməsindən danışmışdır. Daha sonra muzeyin bələdçi-tərcüməçisi Türkan Novruzova “Kəlbəcər-çağdaş Qarabağ müharibəsinin qəhrəman qalası”, mövzusunda məruzə etmişdir.
Kəlbəcər Azərbaycan Hərb Tarixi Muzeyində də anılıb

Muzeyin rəisi Ə.Qəni-zadənin məruzəsi bilavasitə Kəlbəcər döyüşlərinin konkret təhlilinə həsr edilmişdir. Bu məruzədə tərəflərin qüvvələri qiymətləndirilir, döyüşlərin gedişi konkret və sistemli şəkildə işıqlandırılır, bu əməliyyatın hərbi-siyasi mahiiyyəti açıqlanır. Muzey rəisi onu da vurğuladı ki, biz döyüşü uduzmuşuq, müharibəni uduzmamışıq. Bu gün bizim çox güclü ordumuz var. Ali Baş Komandanın əmri ilə torpaqlarımızı tez bir zamanda geri alacağıq!
Kəlbəcər Azərbaycan Hərb Tarixi Muzeyində də anılıb

Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü Adil Əliyevin, tədbirin layihə rəhbəri Nuranə Nəcəfovanın, Kəlbəcərdə döyüşmüş 701-ci briqadanın döyüşçülərinin, müharibə veteranı Bəhrəm Ləzimovun və digər qonaqların çıxışları dinlənilmişdir.
Kəlbəcər Azərbaycan Hərb Tarixi Muzeyində də anılıb

Tədbirdə Kəlbəcərin işğalı ilə bağlı 15 dəqiqəlik sənədli film izlənilmişdir.
Nuranə Nəcəfova


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!