Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 20-11-2014, 16:47

Əfsanəfi komandirin 100 illiyi qeyd edilib

Müdafiə Nazirliyindən Butov.az saytına verilən məlumata görə, Azərbaycan Hərb Tarixi Muzeyində Avropa müqavimət hərəkatının iştirakçısı Cavad Ataxəlil oğlu Həkimlinin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Muzeyin rəisi e.o.polkovnik Əzizağa Qənizadə tədbiri açaraq qeyd edib ki, Azərbaycan xalqının qəhrəman övladı, Avropa müqavimət hərəkatının əfsanəvi iştirakçılarından biri olan Cavad Həkimlinin qəhrəmanlıqla dolu həyat yolu Vətənimizin hər bir vətəndaşı üçün nümunədir.
Cavad Həkimli Vətəndən uzaqlarda – İtaliya və Yuqoslaviyada partizan hərəkatında faşizmə qarşı mübarizədə cəsarətlə iştirak edərək xalqımızın adını dünya antifaşist hərəkatının şərafət və fəxarət səhifələrinə yazıb. Onun adı, həmçinin əfsanəvi partizan Mehdi Hüseynzadənin (Mixaylonun) komandiri kimi hərb tariximizin qızıl səhifələrinə həkk olunub.

Əfsanəfi komandirin 100 illiyi qeyd edilib

Cavad Həkimlinin Böyük Vətən müharibəsində İtaliya və Yuqoslaviyada əsirlərin faşist hərbi dəstələri ilə mübarizəsində göstərdiyi böyük rəşadət və mahir təşkilatçılıq nümunələri danılmaz həqiqətdir.
Tədbirdə Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Hərbi Akademiyanın, veteran şuralarının, şəhər muzeylərinin nümayəndələri, həmçinin Cavad Həkimlinin yaxın qohumları və digər təşkilatların əməkdaşları iştirak ediblər.

Əfsanəfi komandirin 100 illiyi qeyd edilib

Tədbirdə muzeyin baş elmi işçisi Nuru Məmmədovun, elmi işçi Nuranə Nəcəfovanın məruzələri, Cavad Həkimlinin yaxın qohumlarının və digər işçitakçıların çıxışları dinlənib.
Sonda Cavad Həkimlinin döyüş yoluna həsr edilən sənədli film nümayiş olunub.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!