Türkiyədə bələdiyyə başçısı və müavini həbs edildi .....                        Dohada güclü partlayış səsləri eşidilib .....                        Serbiyanın İrandakı səfiri Astara vasitəsilə təxliyə edildi .....                        Bu gün Novruzun ikinci - Od çərşənbəsidir .....                        İraqda hərbi aviabazaya dron hücum .....                        İrandakı qarşıdurmadan ən çox Dubay zərər görüb .....                        İran səmasında ABŞ və İsrail PUA-ları vuruldu .....                        Zelenski Yaxın Şərq ölkələrinə Ukraynanın köməyini təklif edib .....                        Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtları .....                       
Tarix : 12-11-2020, 16:19
Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alınıb
Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 3 ünvanında yerləşən Bakı şəhər Univermağının binasının Ə.Əlizadə küçəsi tərəfdə yerləşən, hazırda əyləncə məkanı (Bar2kat Baku) kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin istifadəçisi tərəfindən binanın fasadında sütunların qara, elementlərin isə qızılı rənglə boyanması faktı qeydə alınıb.
Butov.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Trend-ə bildirilib ki, qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv.№ 3459) dövlət qeydiyyatına alınıb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Baş Polis İdarəsinin əməkdaşları dərhal əraziyə baxış keçirərək abidəyə müdaxilə faktını qeydə almış və təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Abidəyə dəyən ziyan müəyyən edilərək qeyri-yaşayış sahəsinin istifadəçisi İnzibati Xətalar Məcəlləsinə əsasən tərtib edilmiş protokola uyğun olaraq cərimələnib.
Qeyri-yaşayış sahəsinin istifadəçisinə bildirilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin qanunun 25-ci maddəsinə əsasən abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.
Hazırda binanın fasadı təmizlənir, abidənin ilkin vəziyyətinə qaytarılması istiqamətində iş aparılır.
Bərpa işləri başa çatdıqdan sonra əlavə məlumat veriləcəkdir.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!