Xəzər sahilində 320 suiti meyiti tapıldı .....                        Sevinc Osmanqızının ibtidai istintaqı başa çatdı .....                        Şəklimi yayıb vay-şivən saldılar - Anar .....                        Məni Avropanın prezidenti adlandırırlar - Tramp .....                        “Zirə” “Neftçi”ni kubokdan kənarlaşdırdı .....                        Prezidentliyə namizədi öldürmək istədilər .....                        Azərbaycanı gələn il nə gözləyir? .....                        Trampın adamları Putinlə görüşdülər .....                        Qəzzada daha bir jurnalist həlak oldu .....                       
Tarix : Dünən, 15:46
Ramiz Mehdiyevin Şuşaya getməməsinin sirləri – ŞOK FAKTLAR


Ramiz Mehdiyevin Şuşaya getməməsinin sirləri – ŞOK FAKTLAR

Mehdiyev və ətrafı Bakıda məhkəməsi keçirilən ermənilərlə eyni kürsüdə oturmalıdır
Azərbaycanın hər bir vətəndaşı üçün 44 günlük Vətən müharibəsində qazanılan Zəfər qürur, 30 illik həsrətin sonu, əsrlərlə xalqımızdan alınmış qələbə hissi, dünya üçün ədalətin bərpasıdır. Bu qələbə ordumuzun gücünü, xalqın birliyini dünyaya göstərdi. Azad edilən bölgələrimizin hər biri Azərbaycan üçün müqəddəs məna daşıyır.
Azad Şuşa müharibənin ən simvolik məqamlarından biri kimi qəbul olunur. Bu səbəbdən də hər kəsin Şuşaya səfəri bir növ milli həmrəyliyin göstəricisinə çevrilib. Lakin maraqlı məqamlardan biri odur ki, dövlət həyatında uzun illər mühüm vəzifələr tutmuş Ramiz Mehdiyev azad edilmiş bölgələrdə görünmədi. Azərbaycanın ictimai-siyasi həyatında bu qədər böyük rol oynamış bir şəxsin Şuşaya getməməsi, belə tarixi anlardan kənar gəzməsi əslində onun mövqeyidir.
Qarabağın azadlığı elə böyük hadisədir ki, işğaldan azad olunan torpaqlara səfər etmək şəxsi seçim kimi dəyərləndirilmir. Bu, milli birliyə dəstək jestidir. Bu torpaqların azadlığına uşaqdan yaşlıya hamı sevinir. Çünki bu qələbə bir partiyanın, bir qrupun cəsarəti sayıla bilməz. Bu, Müzəffər Ali Baş Komandanın liderliyi ilə bir xalqın qalibiyyət salnaməsidir. Bütöv xalqın iradəsi və dövlətin gücünün nəticəsidir.
Bu fonda Ramiz Mehdiyevin Şuşaya getməməsi bir yana, xalqımızın qələbəsini bir dəfə dilə gətirməməsi daşnak mövqeyidir. Sosial şəbəkələrdə və ekspert diskussiyalarında onun davranışı milli maraqlara açıq şəkildə zidd addım kimi qiymətləndirilir.
Fakt odur ki, Ramiz Mehdiyev müharibədən sonra adi çıxışla yadda qalmadı. Öz adına qalaq-qalaq kitab yazıdaran adam bir cümlə paylaşmadı. Arada Milli Elmlər Akademiyasının saytını öz ruporuna çevirdi.
Onun açıq şəkildə Şuşa səfərinə qatılmaması müxtəlif versiyalara yol açdı. Hətta Mehdiyevin dəstəsi Şuşaya gedən siyasiləri “avtobus müxalifəti” kimi təqdim etməyə çalışdı. Halbuki Şuşaya getmək milli həmrəyliyin göstəricisi idi, orada siyasi məqsəd yox idi.
Əksəriyyət düşünür ki, Ramiz Mehdiyevin Şuşaya getməməsi onun müharibə sonrası siyasi mövqeyi ilə bağlıdır. Bəli, Azərbaycan cəmiyyəti üçün Qarabağ məsələsi şəxsi münasibətlərdən tamamilə kənar, ümummilli məna daşıyan mövzudur. 30 il davam edən nisgil və ağrı qələbə ilə başa çatdı. Bu səbəbdən də hər kəsdən gözlənti belə idi ki, qələbə sevincində həmrəylik nümayiş etdirilsin. Kim bu sevincdən kənarda qalırsa, onun mövqeyi daşnak mövqeyi kimi qəbul edilir. Burada söhbət tək Şuşaya getməməklə bitmir, bu, Mehdiyevin uzun illər gizli saxladığı siyasi irsinin davamıdır.
Cəmiyyət hər kəsdən, xüsusilə dövlət həyatına illərlə təsir etmiş Mehdiyevdən daha açıq və milli həmrəyliyi ifadə edən jestlər gözləyirdi. Amma adam əsl simasını göstərdi. Bunun istəyi Azərbaycan torpaqlarının işğal altında qalmasını əbədiləşdirmək imiş. Bundan böyük dövlət xaini, millət düşməni ola bilməz.
Rusiyadakı ağalarının qarşısında sədaqətini göstərən bu əməlləri cəmiyyət yaxşı anlayır. Rusiyanın müxtəlif dairələri ilə işləyən xalq düşməni əslində ermənilərə xidmət edib.
Bunun və ətrafının başında donmuş düşüncə odur ki, Azərbaycan Rusiya təsirindən xilas ola bilməz. Amma zaman dəyişib, Azərbaycan müstəqil dövlətdir.
Azərbaycan bu cür möhtəkir qüvvələrdən azad olub. Tör-töküntülərini də xalq torpağa gömür.
Bu gün Ramiz Mehdiyev və onun əlaltıları Xocalıda xalqımıza qarşı törədilən soyqırımı siyasətinin başında duranlarla eyni kürsüdə otuzdurulmalıdır.
Ramiz Mehdiyev və onun əlaltıları Azərbaycan xalqının başına müsibətlər gətirmiş və hazırda Bakıda müttəhim kürsüsündə oturdulan Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər canilərdən daha təhlükəlidirlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!