Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 26-12-2013, 17:47

“Xudafərin”dən Borçalıya
Türklüyə Xidmət Mükafatının təqdimatı

Dekabrın 25-də “Borçalı” İctimai Cəmiyyəti “Xudafərin” restoranında möhtəşəm tədbir keçirdi. Gürcüstan Türklərinin Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə Borçalıda dünyaya gəlmiş akademik Zahid Xəlilovun xatirəsinə həsr edilən Türklüyə Xidmət Mükafatının təqdimat mərasimi də oldu.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” və “Gürcüstanın ərazi bütövlüyü təmin olunsun!” şüarları asılmış zalda Azərbaycanın Dövlət Himninin oxunması və Türk dünyasının şəhidlərinin anılmasından sonra başlayan tədbirdə çıxış edən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu günün gözəl və qürurverici bir gün olduğunu bildirdi: “Bu anlarda Böyük Atatürk, Rəsulzadə, Elçibəy, onun türk dünyasının birliyinə aparan şüarları xəyalımdan keçdi. Bu gün Ahıska türklərinin təmsilçiləri, Türkiyə millət vəkili Atilla Kaya, Avropa-Türk Konfederasiya Başqanı Cemal Çetin və digər dəyərli qonaqlarımız var. Azərbaycanın ayrı-ayrı ictimai-siyasi qurumlarının təmsilçiləri, Borçalıdan gələnlər burdadır. Hamınıza xoş gəlmisiniz deyirəm və təbrik edirəm”.
Türkiyə, Güney Azərbaycan, Gürcüstan və Avropadan gələn qonaqları salamlayan Z.Məmmədli 2009-cu ildən rəhbərlik etdiyi “Borçalı” Cəmiyyətinin keçdiyi yolda diqqəti cəlb etdi. “Artıq Borçalı türkünün problemləri Azərbaycanın ümummilli probleminə, bütün türk dünyasının məsələsinə çevrilib” deyən qurum rəhbəri bildirdi ki, Borçalının problemlərinin həlli onu türk insanına duyurmaqdan keçir.

“Xudafərin”dən Borçalıya

Gürcüstan üzrə səlahiyyətli nümayəndəmiz İsrafil Bayramov artıq böyük bir yükü götürüb deyən Z.Məmmədli bu yola dəstək olanlara təşəkkür etdi.
Mükafatlandırma mərasimində Türklüyə Xidmət Mükafatı Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kayaya təqdim olundu. O, Azərbaycanın istiqlal savaşında göstərdiyi xidmətlərə, Borçalılara ayırdığı xüsusi diqqətə görə akademik Zahid Xəlilov adına mükafata layiq görüldü. MHP adından hamını sevgi və sayğı il salamlayan A.Kaya tədbirdəki iştirakdan şərəf və məmnunluq duyduğunu bəyan etdi: “Bizi qiymətli bir ödülə layiq gördükləri üçün “Borçalı” Cəmiyyətinə təşəkkür edirəm. Mənim nəzərimcə, türklüyə xidmət bütöv bir türklük anlayışına sahib olmaqla mümkündür. Türk birliyinin uğrunda çalışan Atatürk, müstəqil Azərbaycanın cümhurbaşqanı olaraq Atatürkün məzarını ziyarət edərkən “Sənin əsgərinəm” deyən Elçibəy də, İstiqlal Marşını yazan Mehmet Akif də bizimdir. 1918-ci ildə Bakıya gələn Nuru Paşa da öz vətənini xilas etməyə gəlmişdi. Ankarada dəfn olunan Məhəmməd Əmin Rəsulzadə də öz vətənində yatır. Yaşasın Türkiyə Cümhuriyyəti! Yaşasın Azərbaycan! Yaşasın türk birliyi!”..

“Xudafərin”dən Borçalıya

Avropa-Türk Konfederasiya Başqanı Cemal Çetin Borçalılara ayırdığı xüsusi diqqətinə, Türk dünyasının tərəqqisinə, birlik və bərabərliyinə verdiyi töhfələrinə görə təltif olundu. C.Çetin çıxışında “Varlığımız Türk varlığına ərməğan olsun” dedi.

Zahid Xəlilov adına mükafata daha sonra professor, filologiya elmləri doktoru Alı Musayev (Gürcüstanda səmərəli elmi fəaliyyətinə görə), Məhbub Xəlili (Güney Azərbaycan aşıq sənətinin inkişafında göstərdiyi xidmətlərinə, Borçalı-Güney Azərbaycan əlaqələrinin qurulmasında göstərdiyi xidmətlərə görə), professor, Folklor İnstitutunun direktoru Məhbub Xəlili (son bir ildə Borçalı türk folklorunun tədqiqinə ayırdığı xüsusi diqqətə görə) layiq görüldü.

Daha sonra elm, mədəniyyət, idman, incəsənət sahəsində fərqlənən gənclər “İlin Şərəf Medalı” ilə təltif edildi. Onlar Aygün İsayeva, Azər Dilənçiyev, Etibar Budaqlı, Namiq Hacıyev, Hacı Hacyev, Ayxan Mamayevdir.

Belə bir məclisdə sizinlə bərabər olduğum üçün özümü çox bəxtiyar hiss edirəm, həmişə Azərbaycanı azad, abad və müstəqil görüm,-deyən Doktor Cavad Heyət çıxışı ilə məclisi təsirləndirdi: ”Azərbaycan tarixin faciəsi ilə ikiyə bölünüb, həmişə bir-birinin həsrəti ilə yaşayıblar. Biz sizdən ayrı yaşasaq da, ürəyimiz sizinlədir. Biz sizləri ayrı düşmüş əziz qardaşlarımız bilirik”.

Tədbir musiqinin, Qara zurna və telli sazın sədaları altında davam etdi.


Paylaş



Bölmə: Xəbər / Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!