Asiman Əsədsoy,TarixçiHəmin oğlanlarMillət oyandı bir dağa döndü,
Anladı özünü varlığa döndü,
Öldü qarışdı torpağa döndü
Torpağı geriyə alan oğlanlar,
Düşmənə qorxu salan oğlanlar,
Şəhid və qazi olan oğlanlar.
Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.
Xalqı oturmaq sıxdı, darıldı,
Hər kəs silaha sardı, sarıldı,
Girdi savaşda qırdı, qırıldı,
Düşmənin inamını didən oğlanlar,
Bizim üçün ölümə gedən oğlanlar,
Torpağı bizə vətən edən oğlanlar.
Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.
Qaçqını, köçkünü milyonu keçmiş,
Yadımda canlıdır o həmin keçmiş,
Bu dəfə də tarix onları seçmiş…
Zamanda fürsət pusan oğlanlar,
Tarixin ardını yazan oğlanlar,
Yeni bir xəritə cızan oğlanlar.
Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.
Yediyi ayazı yadında tutdu,
Bozqurd türklüyün adında tutdu,
Haqqını tanrının qatında tutdu
Yengin olmağa əmin oğlanlar,
Vətənin dayağı, zəmin oğlanlar,
Uşaqkən qovulan həmin oğlanlar
Biz güc millətlətiyik.i, baş millətiyik,
Tarix milləti, yaş millətiyikƏskik yaşamaqdan cana doydu,
Səbrini, gücünü ortaya qoydu,
Həmişə nəidisə yenə də oydu,
Şərəfə, qeyrətə önçü olanlar,
Xalqın qüdrəti, gücü oğlanlar,
Yığılan nifrəti, öcü oğlanlar.
Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.
Otuz il susdu güc topladı,
İçində çalışdı iç topladı,
Dişini sıxdı öc topladı,
Dağları, daşları yeyən oğlanlar,
Dünyaya sözünü deyən oğlanlar,
Dünyanın sözün əyən oğlanlar.
Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.Zaman şərəfini unutdurmadı,
Həddini aşmadı, heç qudurmadı,
Nə təslim olmadı, nə də durmadı
Vətənin uğruna ölən oğlanlar,
Öləndə üzləri gülən oğlanlar,
Niyə öldüyünü bilən oğlanlar.
Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.