Qız Qalasındakı qırmızı işığın səbəbi açıqlandıAzərbaycanın qədim tarix-memarlıq abidəsi olan Qız Qalası tam şəkildə qırmızı rənglə işıqlandırılıb.
Bu, 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə edilib.
Qırmızı rəng QİÇS-ə qarşı mübarizənin rəmzi olan lentin rəngini ifadə edir və vətəndaşlara xəstəliklə bağlı vacib xəbərdarlıq, həmçinin güclü ictimai mesaj kimi təqdim olunur.