Azərbaycanda sinaqoqda terrora hazırlaşan İŞİD-çiyə hökm oxundu .....                        Naxçıvanda ağır qəza - Ölən var .....                        Tarixdə ən güclü qasırğa yaxınlaşır .....                        Monteneqroda nə baş verir? – Onlarla azərbaycanlı saxlanıldı .....                        Faciəvi şəkildə ölən Kəmalə tələbə imiş - FOTO .....                        Konstitusiya Məhkəməsi qərar qəbul etdi .....                        99 yaşınadək prezident olacaq .....                        Mirzoyandan sülhlə bağlı vacib açıqlama .....                        Ravvinlərin Bakı toplantısı ləğv edildi - Nə baş verir? .....                       
Tarix : 7-09-2025, 07:44
Nekroloq


Nekroloq


Zəngəzur mahalının sevimlisi Kifayət Şükür qızı Həsənova haqqa qovuşdu. Həsənova Kifayət Şükür qızı 21 May 1955-ci ildə Zəngəzur mahalının Qafan rayonunun Oxtar kəndində anadan olub. 1970-ci ildə Oxtar kənd 8 illik məktəbini bitirib. 1970-1971-ci tədris ilində 9-cu sinfi qonşu Şəhərcik kəndində oxuyb. 1971-1972-ci tədris ilində Bakı şəhərinə gələrək təhsilini Sabunçu (o vaxtkı Lenin) rayonundakı 80 nömrəli tam orta məktəbdə davam etdirib. Orta məktəbi əla qiymətlərlə bitirərək BDU-nun Geoloji-coğrafiya fakültəsinə daxil olub. 1977-ci ildə universiteti qurtaran Kifayət xanım Lenin adına Neft və Qazçıxarma idarəsində geoloq vəzifəsinə təyin edilib. 1990-cı ilin sentyabrında öz xahişi ilə geoloq vəzifəsindən ayrılaraq Bakı Şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbə coğrafiya müəllimi vəzifəsinə qəbul edilib. 1996-2021-ci illərdə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib.
Məktəbdə Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatını yaradan Kifayət müəllim, təqaüdə çıxana qədər, məktəb üzrə ilk ərazi partiya təşkilatının sədri vəzifəsini icra edib. Dəfələrlə BŞTİ-nin və Binəqədi rayon YAP-ın Fəxri Fərmanları və Diplomları ilə təltif olunub. O, bir neçə il ardıcıl BŞTİ-nin keçirdiyi “Pedaqoji Mühazirələr” müsabiqəsinin qalibi olub, 1-ci və 2-ci yerləri tutub. Şagirdlərinin müntəzəm olaraq şəhər və respublika olimpiadalarında I, II yerləri tutduqlarına görə, Əmək kitabçasına yazılmaqla BŞTİ-nin diplomu ilə təltif olunub. Onun şagirdlərinin sorağı dünyanın və Azərbaycanın ən nüfuzlu ali təhsil ocaqlarından gəlir. Kifayət xanım təqaüdə çıxandan sonra Nərimanov-Nizami-Binəqədi 18 saylı DSK 28 saylı Məntəqə SK-nın sədri kimi əmək fəaliyyətini davam etdirib. 9-10 noyabr 2001-ci il tarixində keçirilən Dünya Azərbaycanlılarının I qurultayının iştirakçısı olub.
1979-cu ildə ailə qurub. İki övlad böyüdüb.
Kifayət xanım həm də fəal ictimaiyyətçi idi. Qərbi Azərbaycan İcmasının Qafan rayonunun Oxtar kəndi üzrə icmasına rəhbərlik edirdi. İstiqanlığı, xeyirxahlığı ilə ürəklərdə özünə xüsusi yer tutmuşdu.
Kifayət xanımın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!


Paylaş



Bölmə: Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!