“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
Tarix : 21-10-2025, 17:50
Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQ


Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQ

Yerli bazarda satılan bitki və kərə yağlarının keyfiyyəti ilə bağlı ciddi narahatlıqlar yaranıb. İddialara görə, hətta ən bahalı və tanınmış markalı yağların tərkibinə belə süni müdaxilələr olunur. Son günlər dabaq xəstəliyinin sürətlə yayılması isə vəziyyəti daha da qəlizləşdirərək, marketlərdə keyfiyyətli yağ məhsullarının seçimini, eləcə də tapılmasını çətinləşdirib.
Qida mütəxəssisi Fərid Səfərov qeyd edib ki, süni müdaxilə edilmiş yağlar ciddi sağlamlıq riskləri daşıya bilər. Onun sözlərinə görə, saxtalaşdırılmış və keyfiyyətsiz yağların içərisinə daha ucuz yağların qarışdırılması qida saxtakarlığının yayılmış formalarından biridir.
“Bu cür yağlar bəzən təmizlənməmiş, oksidləşmiş və ya təkrar istifadə edilmiş köhnə yağlardan ibarət olur. Belə məhsulların tərkibi dəqiq məlum olmur, qiyməti isə çox ucuz olur və etiketi təsadüfi şəkildə hazırlanır. Davamlı istehlak edildikdə isə, belə yağlar sağlamlıq üçün ciddi təhlükə yarada bilər”.
F.Səfərov bildirib ki, yağların keyfiyyəti yeməkdə əsas təhlükəsizlik və sağlamlıq faktoru hesab edilir:
“Şəffaf və etiketində tam məlumat göstərilən məhsulların seçilməsi də bu baxımdan vacib sayılır. Belə halda, istehsal və son istifadə tarixlərinə diqqət yetirmək lazımdır, çünki köhnə yağlar daha tez oksidləşərək keyfiyyətini itirir. Bundan başqa, yağların açılışdan sonra necə saxlanması qaydası da önəmlidir. Məsələn, yüksək temperatur və işıq yağın keyfiyyətinə mənfi təsir göstərə bilər”.
Ekspert yağ seçimində diqqət yetirilməsi vacib olan bir neçə əsas məqama da diqqət çəkib:
“Çox ucuz qiymət digər oxşar məhsullarla müqayisədə kəskin fərqlənirsə, bu, saxtalaşdırma ehtimalını göstərir. Habelə, etiketdə qeyri-müəyyən məlumatların olması da şübhə doğurur. Bununla yanaşı, yağın qoxusu və dadı da məhsulun təzə olub-olmadığını təsdiqləməlidir. Acı yaxud göyərmiş dad hiss olunursa, həmin məhsuldan uzaq durmaq məqsədəuyğundur”.
Qida mütəxəssisi orijinal və etibarlı brendlərin seçilməsi tövsiyə olunduğunu, mümkün qədər tanınmış və sertifikatlaşdırılmış məhsullara üstünlük verilməsinin vacibliyinə də toxunub:
“Saxlama şərtləri, istifadə tarixi və istehsal yeri barədə məlumatlar da diqqətlə yoxlanmalıdır. Sağlamlığımız müəyyən qədər özümüzdən asılıdır və buna görə ağıllı seçimlər etmək çox önəmlidir. Bu isə mütləq məlumatlılıq və diqqət tələb edir. Keyfiyyətli yağların seçilməsi və saxtalaşdırılmış məhsullardan uzaq durmaq isə sağlam həyat tərzinin əsas tərkib hissəsidir”,- deyə ekspert bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!