Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
Tarix : 7-10-2015, 10:08
SOS: 43 min tonu sizə kərə yağı adına sırıdılar! - FOTO


Azərbaycanda əhaliyə kərə yağı adı ilə palma yağı yedizdirilir. Görünüşünə görə kərə yağından seçilməyən palma və soya yağından həmçinin konservləşdirilmiş südlərdə, dondurmalarda, tortların kremində, şirniyyatların tərkibində də istifadə edilir. Bu günlərdə kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov sosial şəbəkədə bu haqda bir məlumat qeyd etmişdi: "Ölkəmizə 2013-cü ildə 32 milyon dollar dəyərində 43 min ton palma yağı gətirilib. Bu yağdan kimsə istifadə edibmi? Bəs bu qədər yağ hara gedib? Yəqin ki, kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama kimi istehlak edilib".

V. Məhərrəmov gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edildiyinin açıqlanmadığını yazır: "Əlbəttə, bu qədər yağın gətirilməsi şübhə doğurur. Xarici görünüşünə görə kərə yağına çox oxşardır. Bundan başqa, bu yağı pendir, xama, dondurma və digər məhsulların istehsalında yağlılıq dərəcəsini artırmaq üçün istifadə edirlər. Palma yağının 1 kiloqramı təxminən 60-70 qəpik civarındadır. Təsəvvür edin, tərkibinə müxtəlif aromatizatorlar vurularaq kərə yağı kimi satışa çıxarılırsa, görün nə qədər gəlir əldə edilər. Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda bu yağın Azərbaycana gətirildiyi bildirilir. Ancaq qeyd olunmur ki, hansı məqsədlər üçün istifadə olunub".

Qeyd edək ki, ölkəmizdə əsas diqqət GMO məhsullarına yönəlsə də, son günlər ortaya çıxan bu problem insanları daha çox narahat edir. Birbaşa qida rasionumuza daxil olan kərə yağlarının tərkibində palma, soya yağlarının olması insanları narahat edir.

Baş çəkdiyimiz mağazalarda da kərə yağlarına diqqət etdikdə kilo ilə satılan yağların üzərində tərkibi haqda heç nə görməsək də, satıcılar bu yağları tərifləyir, Yeni Zelandiya və Rusiya istehsalı olan əsl kərə yağları olduğunu bildirirdilər. Tərkibi haqda üzərində niyə bir məlumat olmadığını soruşduqda isə bu suala verəcək bir cavab tapa bilmədilər. Ümumiyyətlə, hər bir yağ üçün müəyyən edilmiş standart var. Kərə yağının tərkibində 80 faiz təmiz kərə yağı olmalıdır. Kimyəvi tərkibdən istifadəyə müəyyən miqdara qədər icazə verilir ki, bu tərkibdə cüzi miqdarda olur.

Bəs kərə yağı adı ilə insanlara satılan palma yağı nədir?

Malayziyada istehsal edilən bu yağlar çox ucuz olduğu üçün ölkəmizdə marqarin və kərə yağlarının içinə qarışdırılır və bu yolla işbazlar külli miqdarda gəlir əldə edirlər. Palma yağları bitki mənşəli olmasına baxmayaraq sağlamlığımıza ciddi zərər verir. Çünki onun tərkibində yüksək miqdarda doymuş yağ turşusu var. Palma yağındakı doymuş turşu nisbəti 44,3 faiz təşkil edir. Yağda doymuş turşu nisbətinin yüksək olması isə ağciyər, ürək və damar xəstəliklərinə yol açır. Mütəxəssislər dünyada ümumi yağ istehsalının təxminən yarısını qarşılayan palma yağına olan ehtiyacın 2020-ci ilə qədər 40 milyonu keçəcəyini bildirirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov kərə yağı sahəsində qeyri-şəffaflıq olduğunu bildirdi: "Kərə yağlarının tərkibində palma, soya yağları, süd əvəz ediciləri ola bilər. Lakin kərə yağlarının tərkibinə bu cür qarışıqların əlavə edilməsi istehlakçıların aldadılması və istehlakçı hüquqlarının pozulmasıdır. Satışda olan kərə yağlarının fərqli qiymətə təklif edilməsi və onların müxtəlif yağlılıqda, dadda olması insanda şübhə doğurur. Palma yağından qatığın, xamanın və digər süd məhsullarının hazırlanmasında istifadə olunması barədə bizə məlumatlar gəlir. Təəssüf, ekspertiza orqanları illərdir ki, bu mövzularda yatırlar. Çünki bir ekspertiza orqanının verdiyi məlumatı o biri ekspertiza təsdiq edə bilmir. Ekspertizalar dövlət monopoliyasına birləşib. Bütün ekspertizalar və hüquqi sənəd kimi tanınan laboratoriyaların hamısı dövlət monopoliyasındadır. Belə bir vəziyyətdə müstəqil ekspertizanın rəyi, sənədi məhkəmələrdə hüquqi sənəd kimi qəbul edilmir. Bu hal dəfələrlə bizim başımıza gəlib. Nə qədər ki, bu situasiya var, nə qədər ki, müstəqil ekspertizanın rəyi hüququ sənəd kimi tanınmır və nə qədər ki, məmurlar bizneslə məşğul olur, bu kimi problemlər həmişə olacaq. Azərbaycanda kərə yağı az da olsa istehsal edilir, lakin bu, 3 faizdən artıq deyil. Bu sahədə qeyri-şəffaflıq hökm sürür. Xarici ölkələrdən gətirilən yağlar da heç də şəffaflıqla hazırlanmır. Vaxtilə mən bizneslə məşğul olmuşam. O zaman bildim ki, xarici ölkələr deyirdi ki, siz bizə qiyməti deyin, biz də o qiymətə uyğun həmin etiketlə mal hazırlayaq. Bu hadisə Türkiyədə baş vermişdi. Məhz buna görə də mən biznesi atdım və istehlakçının hüququnu qorumaq qərarına gəldim".

Qeyd edək ki, bir çox həkimlər bu yağın tərkibində toksik zəhərli maddələrin olduğunu vurğulayırlar. Bu da insan sağlamlığı üçün təhlükəlidir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə həqiqi soya, palma yağının insan səhhəti üçün ciddi zərəri olmadığını dedi: "Əgər ora doğrudan da soya yağı vurulursa, bu, orqanizm üçün elə də zərərli deyil. Ümumiyyətlə, bütün dünyada ayrı-ayrı millətlərin, xalqların qidalanma tərzi var. Həmin qidalanma tərzinə orqanizm adaptasiya olur. Biz soya yağlarından tarixən istifadə etməmişik. Bu yağların bu gün məişətimizə daxil olması yeni bir qidalanma növüdür. Amma söhbət ondan gedir ki, orada həqiqətən də soya yağı varmı? Soya yağı çox bahalı və qiymətlidir. Bu yağın tərkibində doymamış yağ turşuları orqanizm üçün vacib strukturları qabardır. Hesab edirəm ki, Azərbaycana daxil olan bu qidalar araşdırılmalı və tərkibi müəyyənləşdirilməlidir. Bu ən azı qida təhlükəsizliyi baxımından vacibdir".


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!