Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 5-10-2015, 12:39
“Dövlət xəstəxanalarının özəlləşdirilməsini təklif etmək əsassızdır”


Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Zahid Oruc dövlət xəstəxanalarının özəlləşdirilməsi təklifini səsləndirib.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, onun fikrincə, istər dövlət, istərsə də özəl xəstəxanalarda səhiyyə xidməti pulludur və dövlət xəstəxanalarından dövlətə heç bir gəlir gəlmir. Belə olan halda dövlət xəstəxanalarına dotasiya ayrılmaya bilər.

Məlumdur ki, bu gün təhcizat və avadanlıqların müasir olmasına görə əhalinin əksər hissəsi özəl xəstəxanalara müraciət edir. Amma özəl xəstəxanalarda göstərilən tibbi xidmətin bahalığı aşağı gəlirli əhalinin dövlət xəstəxanalarına müraciət etməsinə səbəb olur. Deputatın belə açıqlaması isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Ümumiyyətlə, dövlət xəstəxanalarımız özəllərlə rəqabətə davam gətirirmi? Əgər rəqabətə davam gətirmirsə, dövlət xəstəxanalarının fəaliyyəti laızmdırmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib ki, əslində özəl, dövlət, munisipal, sığorta təbabəti tibb xidmətinin müxtəlif formaları kimi bütövlükdə səhiyyə xidmətini təşkil edir. O qeyd edib ki, burada insanların icbari tibbi sığortadan faydalanmaq imkanları yaranmalıdır:

“Əgər bu imkanlar olsa, icbari tibbi sığorta tətbiq olunsa, həm həkimlərin güzəranı yaxşılaşar, həm də vətəndaşların üzərinə əlavə yük düşməz. Təsəvvür edin ki, prezidentin qanun imzalamasına baxmayaraq, hələ də bunun icrası həyata keçirilmir. Biabrçılıq bundan ibarətdir. Bu istiqamətdə çalışmaqdansa, Milli Məclisdə bu cür əsassız təkliflər verilməsi yersizdir. Əgər bütün klinikalar özəlləşdirilsə, onda hansı sosial müdafiədən söhbət gedə bilər? İcbari tibbi sığorta olmadığı halda bunu etmək qətiyyən olmaz.

Ona görə bu bu cür təklifləri verən adamların dünya səhiyyəsindən anlayışı olmalıdır və bu məsələləri dərindən öyrənməlidir”. Adil Qeybulla qeyd edib ki, insanlar arasında həm özəl, həm də dövlət xəstəxanalarına müraciət edənlər çoxdur:

“Əhalinin müəyyən təbəqəsinin müalicə almaq imkanı yoxdur. Təxirəsalınmaz situasiyalarda, gecə vaxtı baş verən kəskin cərrahi xəstəliklər, avtomabil qəzaları zamanı müxtəlif travmalar alanlar əsasən dövlət xəstəxanalarına aparılır. Bu gün Bakı şəhərində “Semaşko” kimi tanınan 1 saylı Tibbi Klinik Xəstəxana və Sabunçu Xəstəxanası daha çox xəstə qəbul edir. Digər xəstəxanalara da gedənlər var Bu xəstəxanalarda təchizata diqqət yetirmək lazımdır.

Birinci növbədə düşünürəm ki, icbari tibbi sığortaya keçməklə vətəndaşların bütün kateqoriyasının sığorta vəsiqəsi əldə etmək imkanı olmalıdır. Sosial müdafiənin mühüm elementi budur.

Özəl xəstəxanalarda təhcizat dövlətdən daha yaxşıdır, bu dünyanın hər yerində belədir. Dövlət xəstəxanalarında təchizat, yeni avadanlıqları var, səhiyyənin maddi-texniki bazasında xeyli düzəlişlər var. Amma bu özəl xəstəxanalardakı qədər deyil.

Özəl xəstəxanalarda təchizat daim yenilənir. Səhiyyədə gündəlik istifadə olunan materialların bəziləri birdəfəlikdir, yəni dövlət xəstəxanalarında daha çeşidlidir, daha çoxdur və daha çox istifadə olunur”.

Professor bildirib ki, dövlət xəstəxanalarının yaşaması üçün onlara birbaşa dotasiyanın verilməsi düzgün deyil:

“Bunun yolu dünyanın getdiyi yoldur, icbari tibbi sığorta və imkansız vətəndaşların bu xəstəxanalardan sosial müdafiə fonunda istifadə etməsidir. İstənilən halda özəl sektor həmişə öndə gedir, dünyanın hər yerində belədir.

Sadəcə, imkanı aşağı olan vətəndaşlar bu yardımdan dövlət xəstəxanalarında istifadə edə bilirlər. Dövlət xəstəxanaları təchizat, mütəxəssis baxımından irəlidə getməlidir və bizdə də belədir. Azərbaycanda, sadəcə, standartlar uyğun olmadığı üçün müqayisə aparmaq xeyli çətindir”.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!