Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                        Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək .....                        Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində .....                        Vüqar Qurbanov işdən çıxarılmasından danışdı .....                        İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir .....                        Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                       
Tarix : 22-08-2013, 15:57
“Qanunsuz fəaliyyət göstərən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb”


«Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti nazirliyimizin daim diqqət mərkəzindədir. Hazırda respublika üzrə 500-ə yaxın özəl tibb müəssisəsi və kabineti, eləcə də 900-dən artıq əczaçılıq müəssisəsi fəaliyyət göstərir».

ANS PRESS-in xəbərinə görə, Yap.org.az-a müsahibəsində səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O.Şirəliyev bildirib ki, bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyində özəl tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq müşavirələr keçirilir və özəl fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilir. Fəaliyyətini mövcud tələblərə uyğun qurmayan müəssisələrə qarşı əsaslı iradlar bildirilir və müvafiq tədbirlər görülür.

Nazir qeyd edib ki, son 10 ildə qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülüb: «Bu günədək 4531 adda dərman vasitəsi dövlət qeydiyyatına alınıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilib. Əczaçılıq fəaliyyəti göstərən müəssisələrə və satılan dərman preparatlarının keyfiyyətinə nəzarət gücləndirilib. Bununla əlaqədar respublikada fəaliyyət göstərən apteklərə mütəmadi olaraq baxış keçirilir, qeyri-qanuni fəaliyyət göstərən müəssisələr barədə tədbir görülür. Qanunsuz fəaliyyət göstərən və ya müvafiq tələblərə cavab verməyən 400-ə yaxın aptekin fəaliyyəti dayandırılıb. Keçirilən reydlər zamanı istifadəyə yararsız 100 min qutuya yaxın dərman preparatları aşkar olunaraq müsadirə edilib və müvafiq qaydada məhv edilib».


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!