“Neftçi” qələbə qazandıFutbol üzrə Misli Premyer Liqasında XIX tura yekun vurulub.
Turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edib.
Görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra 27 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.
Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.