Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 6-02-2026, 18:10
Bütün həyatının qayəsi Azərbaycan olan dahi


Bütün həyatının

qayəsi Azərbaycan

olan dahi


Azərbaycanın görkəmli dövlət, siyasi və ictimai xadimi, istiqlal məfkurəsinin daşıyıcısı, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan tədbirin proqramı Varşava Universitetinin müəllimi, universitetin Azərbaycan Araşdırmaları Mərkəzinin rəhbəri Şəhla Kazımovanın “Mühacirətdə - fikir və missiya: seçim yoxsa zərurət?” adlı M.Ə.Rəsulzadənin Avropa mühacirəti dövrünə dair məruzəsi üzərində qurulub.

M.Ə.Rəsulzadənin vətəndən uzaqda fəaliyyət göstərdiyi illəri doğma yurddan qaçış yoxsa şüurlu şəkildə öz müqəddəs ideyaları uğrunda şəxsi rifahından imtina kimi qiymətləndirmək olar? – suallarına cavab axtarılan bu məruzədə 1922-ci ildə aparılan siyasi müzakirələr, həmin illərin siyasi vəziyyəti göz önündə canlandırılıb. M.Ə.Rəsulzadənin Stalinlə olan məktublaşmalarına geniş şəkildə müraciət olunmuş bu tədqiqatda Stalinin çıxışından sitat gətirilərək Azərbaycan, Ermənistan və Gürcüstanın ittifaq daxilində xüsusi mövqeyi onların milli hərəkatlarının gücünün müstəqillik təcrübəsi ilə bağlı olduğu, bu milli ideyanın yalnız daxili inam deyil, rəqib tərəfindən də qəbul edilən siyasi reallıq olduğu qeyd edilirdi.
M.Ə.Rəsulzadənin xatirələri əsasında ərsəyə gələn səhifələrdən də göründüyü kimi, təqdimatla çıxış edən Şəhla Kazımova Rəsulzadənin mövcud şəraitlə barışmaq əvəzinə, ondan şüurlu şəkildə imtina etdiyini vurğulayaraq Rəsulzadənin Moskvadan gedişinin təhlükədən qaçış deyil, siyasi sığınacaq axtarışı deyil, həyatının qayəsi olan ideyasını qorumaq üçün şəxsi seçimi olduğunu bildirdi: “Ona elmi və ictimai sahələrdə vəzifələr təklif olunsa da, Rəsulzadə sistemin daxilində xüsusi rol oynayacağına dair məlumatlandırılsa da mövcud şəraitlə barışmır, ondan şüurlu imtina edir”.
“Mühacirətdə - fikir və missiya: seçim yoxsa zərurət?” adlı təqdimatda periodik olaraq bütün siyasi məqamlara toxunulsa da, Məmməd Əmin Rəsulzadənin mühacirət həyatının və mətbu fəaliyyətinin Polşa ilə əməkdaşlıq sayəsində canlanmasına xüsusilə diqqət yetirilirdi. Bu əməkdaşlığın nəticəsində mühacir mətbuatının davamlılığı təmin edilmiş, siyasi mübarizəyə yeni imkanlar açılaraq Azərbaycan məsələsi beynəlxalq müstəviyə çıxarılmışdı.

Məruzə əsnasında araşdırılan Mərkəzi Avropada Polşa səfirliyinin məxfi raportunun (Ankara) 18.11.1926-cı il tarixli sənədindən də göründüyü kimi, Rəsulzadə Polşaya getmək seçiminin Türkiyə hakim dairələrinin etimadını itirmək bahasına başa gələcəyini anlayırdı. Lakin o şəxsi rifahını deyil, siyasi mübarizəni üstün tuturdu.
“Bolşevik tapdağı altında inləyən səs üçün yol axtarışı” yarımbaşlığında Rəsulzadənin 1926-cı ildə Türkiyədəki fəaliyyətini dəyişən beynəlxalq siyasi vəziyyət, xüsusilə Ankaranın Sovet Rusiyası ilə yaxınlaşan münasibətləri fonunda yenidən dəyərləndirməsindən bəhs edilir. Polşa ilə əlaqələr onun milli ideyalarının yaşaması üçün yeganə çıxış yolu idi. Azərbaycanın müstəqilliyi məsələsində güzəşt olmadığından bu, öz mənafeyi üçün deyil, milli ideyanın qorunması uğrunda verilmiş siyasi qərar idi.
Çıxışında Tadeuş Holüvkonun məruzəsinə müraciət edən araşdırmaçı-alim Şəhla Kazımova Polşa baxışının fərqliliyinin səbəbini də məhz mətbuata ən təsirli vasitə kimi baxılmasında, ukraynalıların, qafqazlıların məqalələrini dərc etmək, eləcə də Polşada baş verən hadisələri işıqlandırmaq qarşılığında “Yeni Qafqaziya” qəzetinin borclarını ödəmək üçün aylıq 150 dollar (qəzetə) vəsait ayrılmasında görürdü. Çətinlikləri gözə alan Məmməd Əmin Rəsulzadə Varşavada keçiriləcək Qafqaz İstiqlaliyyət Komitəsinin Qurultayında iştirak edir. Bu onun Azərbaycan istiqlal ideyasını dərin mənəvi şüurda dərk etməsilə bağlı idi.

Tədbirdə ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin təqdimatında Məmməd Əmin Rəsulzadənin yaşadığı binaya virtual xatirə lövhəsi – barelyefin vurulması layihəsilə tanışlıq olub, Rəsulzadənin “rasulzademuzeyi.org” virtual muzeyinə ziyarət təşkil edilib.
Tədbirin təşkilatçısı və moderatoru AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi çıxış edərək M.Ə.Rəsulzadənin fərqli düşüncə tərzinə sahib şəxsiyyətindən, bütöv Azərbaycan məfhumunu unutmayan istiqlalçının Güney Azərbaycanı xalqına vəsiyyət etməsindən, həmçinin artıq formalaşmış Rəsulzadəşünaslıq ideologiyasından söz açıb. Beynəlxalq Rəsulzadə qiraətlərinin çap edildiyini xatırladan Solmaz Tohidi Məhəmməd Əmin Rəsulzadənin mübarizəsini antikommunizm və antisovetizm istiqamətində apardığını, ömrünü ideyaları, amalları üçün doğma yurddan kənarda keçirən mühacirlərimiz sırasında öz dəyanəti ilə fərqləndiyini iştirakçıların diqqətinə çatdırıb.

İldönümündə M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək ədib, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, ictimai-siyasi və dövlət xadimi Məmməd Əmin Rəsulzadə və onun vətən-millət uğrunda xidmətləri, fədakarlıqları barədə öz dəyərli fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva və şöbənin əməkdaşları iştirak ediblər.
Sonda Dilqəm Əhmədin şəxsi kolleksiyasında Məmməd Əmin Rəsulzadəyə aid eksponatlardan ibarət sərgiyə baxış keçirilib.

Gülnar HACIYEVA
AMEA Rəyasət Heyəti aparatının
Elmi irs şöbəsinin baş mütəxəssisi


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!