"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIMBu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.
"Qarabağ" Futbol Klubu özünün Facebook səhifəsində Rəsulzadəninin doğum günü münasibətilə paylaşım edib.
Paylaşımda deyilir:
"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"
"Neftçi" klubunun da Facebook hesabında anoloji paylaşım edilib:
"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.