İlham Əliyev Soçiyə işgüzar səfərə gedib .....                        Ramiz Mehdiyev AMEA-da həbslərə hazırlıq görür - kimlərin başı gedəcək? .....                        Soçi görüşü: Ermənistanın üzərinə məcburi öhdəlik qoyulacaq – ŞƏRH .....                        Peterburqda danışıqlar: Matviyenkonun mesajı .....                        İçərişəhərlə Pakistanın Lahor Qala Şəhəri arasında dostluq protokolu imzalanıb - FOTO .....                        Türk dövlətləri ilə İngiltərənin forumu keçirilsin - VİDEO .....                        Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür .....                        Bu, 1991-də olmayıb, Paşinyan yalan dedi - Zahid Oruc .....                        Prezidentdən deputatla bağlı SƏRƏNCAM .....                       
Tarix : 31-01-2020, 12:19
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 136 il ötür
Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Onun anadan olmasından 136 il ötür.
Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.
1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.
Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.
1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.
1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var
Video
Abşeronda müştəri taksi sürücüsünə daşla xəsarət yetirib - VİDEO

Abşeron rayonu Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib.

Bu barədə Bütov.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib, daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb.

Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib və Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

"Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. Elbrus Məhərrəmlinin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!