Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
15-10-2025, 23:43
Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər


Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər

ABŞ Prezidenti Donald Trampla oktyabrın 17-nə planlaşdırılan görüş çoxməzmunlu olacaq və Ukraynadakı müharibənin sonunu yaxınlaşdıra bilər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna Trampla gözlənilən görüşün hərbi və iqtisadi aspektlərini artıq hazırlayıb.
“Bu, həqiqətən də müharibənin sonunu yaxınlaşdıra bilər. Birləşmiş Ştatlar belə qlobal təsir potensialına malikdir və biz dünyada başqalarının bu səydə bizim tərəfimizdə olmasını təmin etmək üçün hər şeyi edirik”, - Zelenski bildirib.
Prezident əlavə edib ki, hazırda Ukraynanın Baş naziri Yuliya Sviridenko, Prezident Ofisinin rəhbəri Andrey Yermak və digər rəsmi şəxslər Vaşinqtonda səfərdədirlər.
15-10-2025, 23:32
“İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili


“İlham Əliyev bütün Qafqazın
şərəfini qorudu” - Saakaşvili


Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Azərbaycan və
Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüşü şərh edib.
O, “Facebook” səhifəsində yazıb ki, İlham Əliyev Rusiya ilə münasibətlərdə təkcə Azərbaycanın deyil, bütün Qafqazın şərəfini qoruyub:
“Əslində İlham Əliyev Rusiya ilə münasibətlərdə bütün Qafqazın şərəfini qorudu və başqalarına da nümunə oldu. Təsadüfi deyil ki, əvvəllər Qərbdə Azərbaycandan uzaq gəzənlər indi bu ölkənin prezidentinə hörmətlərini ifadə etmək üçün növbəyə dayanırlar”.
15-10-2025, 22:47
Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi


Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi

On iki il ərzində üzgüçülük üzrə milli komandamızın baş məşqçisi olmuş, bir sıra müvəffəqiyyətlər qazanmış təcrübəli mütəxəssis Rəşad Əbdürəhmanov vəzifəsindən ayrılaraq, fəaliyyətini Azərbaycan Üzgüçülük Federasiyasında müşavir kimi davam etdirəcək.
Bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Azərbaycan İdman Akademiyasının professoru olan Rəşad Əbdürəhmanov həm istedadlı gənclərin aşkarlanmasına, həm milli komandanın inkişafına, eləcə də müxtəlif yaşlı üzgüçülərimiz tərəfindən beynəlxalq arenada qazanılmış uğurlara böyük töhfə verib.
15-10-2025, 22:00
Azərbaycanın layihələri sanksiyalardan azad edildi


Azərbaycanın layihələri sanksiyalardan azad edildi

Rusiyanın "Lukoyl" və "Rosneft" neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.
Bu barədə "Lukoyl" və "Rosneft"i sanksiyalar siyahısına daxil edən Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, "Xəzər Boru Kəməri Konsorsiumu", "TengizChevroil", "Şahdəniz", "Cənubi Qafqaz Qaz Boru Kəməri" (Bakı-Tbilisi-Ərzurum), "Azerbaijan Gas Supply Company" və "Qaraçaqanak" layihələri 2027-ci il oktyabrın 14-dək sanksiyalardan azad olunub.
15-10-2025, 21:49
Daha 45 fələstinlinin cəsədi təhvil verildi


Daha 45 fələstinlinin cəsədi təhvil verildi

İsrail daha 45 fələstinlinin cəsədini təhvil verib.
Bu məlumatı anklavın Səhiyyə Nazirliyi təsdiqləyib.
Ümumilikdə, İsraillə əldə olunan razılaşmadan sonra Qəzza tərəfi 90 nəfərin cəsədini təhvil alıb.
Nazirliyin mətbuat xidməti bu şəxslərin İsrail həbsxanalarında ölməsi, yoxsa Qəzzadakı hərbi əməliyyatlar zamanı həlak olmasına dair məlumatı dəqiqləşdirməyib.
Qeyd edək ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, İsrail hər qaytarılmış israillinin cəsədinə qarşılıq 15 fələstinlinin cəsədini təhvil verməlidir.
15-10-2025, 20:42
Fenomenə çevrilmiş dilənçi qız saxlanıldı


Fenomenə çevrilmiş dilənçi qız saxlanıldı

Paytaxtda mağazadan oğurluq edən yeniyetmələr saxlanılıb.
Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında təhqiqat araşdırmaları aparılıb.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B. Mukavadze və T. Bəkirova olması müəyyən edilib və onlar polis tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
15-10-2025, 20:34
100 illik saziş qüvvəyə mindi


100 illik saziş qüvvəyə mindi

Ukrayna və Böyük Britaniya arasında “yüzillik” tərəfdaşlıq haqqında saziş rəsmi olaraq qüvvəyə minib. Bu sənəd iki ölkə arasındakı ittifaqı onilliklərə hesablanmış strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndirir.
Bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk feysbuk sosial şəbəkəsində məlumat verib.
R. Stefançukun sözlərinə görə, o, Böyük Britaniya parlamentinin İcmalar Palatasının spikeri Lindsi Hoyla sazişin mətnini, sənədin ratifikasiyası haqqında qanunu və onun qüvvəyə minməsi barədə notanı təqdim edib.
“Bu gün Londonda saziş rəsmən qüvvəyə mindi. Bu, ölkələrimiz arasında siyasi etimadın, strateji tərəfdaşlığın və sarsılmaz dostluğun möhkəmlənməsinin tarixi anıdır”, – deyə Stefançuk vurğulayıb.
Ali Radanın sədri qeyd edib ki, Kiyev və London uzun illərdir birgə bir çox sınaqlardan keçib və bu gün təkcə Ukraynanın azadlığı uğrunda deyil, həm də Avropanın təhlükəsizliyi və qlobal nizamın qorunması uğrunda mübarizə aparır.
“Bu saziş tərəfdaşlığımızın başlanğıcı deyil, onun möhkəmlənməsidir. O, xalqlarımız arasında qarşılıqlı dəstəyi onilliklər boyu təmin edir, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mexanizmlərini müəyyənləşdirir, müdafiə-sənaye əməkdaşlığını dərinləşdirir, iqtisadiyyat, energetika, təhsil, elm və Ukraynanın bərpası sahələrində əməkdaşlığın yeni mərhələsini formalaşdırır”, – deyə R. Stefançuk əlavə edib.
Qeyd edək ki, bu il yanvarın 16-da Ukrayna və Böyük Britaniya yüzillik tərəfdaşlıq haqqında saziş imzalayıb. Sənəd iki ölkə arasında əməkdaşlıq çərçivəsini 100 il müddətinə genişləndirir, təhlükəsizlik, müdafiə, iqtisadiyyat, elm, texnologiya və mədəniyyət sahələrini əhatə edir.
15-10-2025, 19:42
Salyanda “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı tədbir keçirilib


Salyanda “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı tədbir keçirilib - FOTOLAR

Oktyabrın 14-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxanasında tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirdə layihə çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı keçirilib.
Layihə rəhbəri və kitabın müəllifi Səməd Vəkilov çıxış edərək bildirib ki, nəşrdə 1948–1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyanın tarixi və hüquqi tərəfləri təhlil olunur. Kitabda deportasiyaya məruz qalan insanların Salyanın Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolüstü və digər kəndlərdə məskunlaşdırılması, ağır həyat şəraiti, insan talelərinə təsir edən hadisələr, şəxsi hekayələr və bioqrafik məlumatlar geniş şəkildə təqdim olunur.
Tədbirdə yerli ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, ziyalılar və gənclər iştirak ediblər. Çıxışlarda Qərbi azərbaycanlıların deportasiyasının tarixi ədalətsizliyinə diqqət çəkilib, bu mövzuda elmi araşdırmaların və maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Salyan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva tədbirin məhz Salyanda keçirilməsinin rəmzi əhəmiyyət daşıdığını vurğulayaraq, bu cür təşəbbüslərin tarixi yaddaşın qorunmasına və cəmiyyətin maarifləndirilməsinə xidmət etdiyini qeyd edib.
Tədqiqatçı tarixçi Sahib Həsənov deportasiyanın tarixi aspektlərinə toxunaraq, hadisələrin həmin dövrün sosial-siyasi konteksti ilə əlaqəsini izah edib.
Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova Qərbi Azərbaycanla bağlı maarifləndirici layihələrin gənc nəsildə milli dəyərlərə və Vətən sevgisinə marağı artırdığını bildirib.
Salyan rayonunun axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Hüsnü Həsənov Dərələyəz mahalı ilə bağlı xatirələrini bölüşüb.
Şirvan-Salyan Regional Mədəniyyəd İdarəsinin Salyan üzrə nümayəndəsi Şamxal Əhmədov nəşr olunan kitaba görə müəllifə öz təşəkürunu bildirdi.
Həkim Afət Ələkbərov xatirələrini bölüşdü.
Behbud Feyruz oğlu Əhmədov Qərbi Azərbaycanla bağlı uşaqlıq xatirələrini, AYB Muğan bölməsinin rəhbəri Nəbi İbrahimov isə professor Həsən Mirzəyev haqqında fikirlərini ifadə edib.
Şair Nurlan Fərzəliyev də Qərbi Azərbaycandan olan ziyalı kimi öz düşüncələrini bölüşüb.
Qeyd edək ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii Ehtiyatlar Komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktoru dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorları Cəsarət Hüseynzadə və Telman İbrahimov, rəyçiləri isə ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova və həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.















15-10-2025, 19:37
Ramil Həsən Ceyhun Bayramovun qəbulunda


Ramil Həsən Ceyhun Bayramovun qəbulunda

Oktyabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Ramil Həsəni belə nir mötəbər quruma baş katib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.
Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb. TÜRKPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
15-10-2025, 19:24
Kəmaləddin Heydərov rəisi işdən çıxardı


Kəmaləddin Heydərov rəisi işdən çıxardı

Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!