İranda müxalif din xadimi güllələndiOktyabrın 19-u səhər saatlarında İranşəhr şəhərində etnik bəluc olan Kamal Selahzehi adlı molla naməlum silahlı şəxslər tərəfindən güllələnib.
Məlumata görə, hadisədə onunla birlikdə olan oğlu ağır yaralanıb və xəstəxanaya aparılıb.
Bildirilir ki, bəluc din xadimi İran hökumətinə müxalif şəxslərdən biri olub.