Bu yağlar həyatımız üçün təhlükə mənbəyidir - Ekspertdən XƏBƏRDARLIQ .....                        Sürücülər imtahan verdilər - 313 nəfəri kəsildi .....                        İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi .....                        Baş Prokurorluqdan vətəndaşın iddialarına cavab .....                        Nazirlikdəki işindən ayrıldı - Muxtar Babayev yeni vəzifə verdi .....                        Ərdoğan Körfəz ölkələrinə üç günlük səfərə çıxıb .....                        Gürcüstanla Ermənistanın müdafiə nazirləri görüşdü .....                        Bu ölkədə fövqəladə vəziyyət uzadıldı .....                        Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq .....                       
Tarix : Bu gün, 16:54
Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq


Güzəştlər ləğv olunur - Bu avtomobillər bahalaşacaq

2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır. Sözügedən güzəştlər sayəsində son illərdə ölkəmizin avtoparkında əhəmiyyətli dərəcədə yenilənmə baş verib. Hər il on minlərlə hibrid və elektromobilin ölkəyə gətirilməsi nəticəsində minlərlə köhnə və texniki cəhətdən nasaz nəqliyyat vasitəsi daha müasir və ekoloji baxımdan üstün avtomobillərlə əvəz olunub.
Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, qeyd olunan güzəştlərin ləğvi əslində arzuolunan deyil.
“Çünki bu güzəştlərin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın avtomobil parkını yeniləmək, ekoloji cəhətdən daha təhlükəsiz və müasir texnologiyalara əsaslanan, ətraf mühitə az zərər vuran avtomobillərin ölkəyə gətirilməsinə stimul vermək idi”.
Ə.Hüseynovun sözlərinə görə, hazırda ölkəmizdə avtomobil parkı çox köhnəlib:
“Azərbaycanda istismarda olan avtomobillərin 85 faizindən çoxu 10 ildən artıq yaşı olan nəqliyyat vasitələridir. Avtobus və yük avtomobillərinin vəziyyəti isə daha da acınacaqlıdır. Bu kateqoriyalarda həm avtomobillərin yaşı daha çoxdur, həm də onların texniki vəziyyəti daha bərbaddır. Yük avtomobillərində isə müşahidə olunan vəziyyət xüsusilə narahatlıq yaradır”.
O həmçinin vurğulayıb ki, avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var:
“Bu məqsədlə utilizasiya proqramı da qəbul olunub və artıq qeyd edilən istiqamətdə müəyyən addımlar atılıb. Bir tərəfdən köhnə avtomobillərin utilizasiyası, digər tərəfdən isə elektromobillərə və ekoloji nəqliyyat vasitələrinə tətbiq edilən gömrük və vergi güzəştləri bu prosesi sürətləndirə bilərdi”.
Nəqliyyat eksperti eyni zamanda nəzərə çatdırıb ki, əvvəlki illərlə müqayisədə bu il xüsusilə Çin istehsalı olan avtomobillərə maraq daha da artıb. Onun fikrincə, bu baxımdan güzəştlərin ləğvi müəyyən olunmuş strateji hədəflərin yarımçıq qalması ilə nəticələnə bilər:
“Vurğulamaq vacibdir ki, güzəştlərin ləğv olunmasının birbaşa iqtisadi nəticələri də olacaq. Belə ki, idxal rüsumları və vergilər yenidən tətbiq olunarsa, bu, avtomobillərin idxal dəyərinin artmasına səbəb olacaq. Bu isə istər yeni, istərsə də ikinci əl avtomobillərin satış qiymətinə birbaşa təsir edəcək. Burada fərq etməz, avtomobil hansı ölkədən gətirilib və ya hansı üsulla gətirilib, güzəşt ləğv olunursa, qiymət artacaq. Nəticədə daxili bazarda avtomobillərin əlçatanlığı azalmaqla yanaşı, habelə satış qiymətləri də artacaq”,- deyə Ə.Hüseynov qeyd edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!