İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
Tarix : 22-07-2022, 14:49
Köhnə avtomobillərin gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq

Azərbaycana köhnə avtomobillərin idxalı və istifadəsi məhdudlaşdırılacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda öz əksini tapıb.
Sənəddə bildirilib ki, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, “Azərişıq” ASC, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bankla birlikdə 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqini və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.

Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi və ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması təmin olunmalıdır. Beləliklə, son nəticədə ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması təmin olunacaq. Qeyd edək ki, hazırda Azərbaycanda istismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!