Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                        Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək .....                        Prezidentin təyyarəsi Serbiya qırıclarının müşayiətində .....                        Vüqar Qurbanov işdən çıxarılmasından danışdı .....                        İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir .....                        Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris başladı .....                        Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                       
Tarix : 22-07-2022, 12:50
Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq

Turizmin inkişafı üzrə dövlət proqramları hazırlanacaq və icra olunacaq.

Butov.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Sənəddə bildirilib ki, dövrün sonuna turizm üzrə daxilolmaların 20% artması planlaşdırılıb. Bununla da turizmin qeyri-neft/qaz ÜDM-də xüsusi çəkisinin artması nəzərdə tutulub.

Həmçinin, daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas olmaqla ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb. Hazırda turizm mövsümü 4 ay hesab edilir. Qeyri-mövsüm dövründə turizmin təşviqinə dair təkliflərin həyata keçiriləcək. Dövrün sonuna qeyri-mövsüm müddətinin 15% azalması nəzərdə tutulub. Beləliklə, Qeyri-mövsüm dövründə turizmin turizm gəlirlərində xüsusi çəkisi artırılacaq.

Eyni zamanda ölkənin müxtəlif şəhər və rayonlarında dövlət‒özəl tərəfdaşlığı çərçivəsində əcnəbi vətəndaşlara tibbi turizm çərçivəsində xidmət göstərən tibb müəssisələrinin sayı artırılacaq. Planın əsas icraçısı Səhiyyə Nazirliyi, aidiyyəti qurumlar isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyidir.

Proqram 2022-2026-cı illəri əhatə edəcək.

Dövrün sonuna 2 tibb müəssisəsinin “Joint Comission İnternational” akkreditasiyasını əldə etməsi, Azərbaycanın Medical Tourism İndex (MTİ) üzrə reytinq cədvəlinə daxil olması və nəticədə tibbi turizmin turizm gəlirlərində xüsusi çəkisinin artması nəzərdə tutulub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!