Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                        Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək" .....                       
Tarix : 29-06-2022, 15:12
İƏT iştirakçılarının Qarabağa səfəri başladı - FOTOLAR

Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Azərbaycanda olan Təşkilatın Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Butov.az xəbər verir ki, bu barədə Publika.az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

İƏT nümayəndələri müasir standartlara cavab verən, turizm əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanında olublar.

DTA-nın sədri Fuad Nağıyev tərəfindən onlara məlumat verilib ki, qısa müddətdə inşa edilən beynəlxalq hava limanı Füzulinin, eləcə də regional turizmin və bölgənin sosial-iqtisadi inkişafında xüsusi rol oynayacaq.

Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti işğal nəticəsində dağıdılmış mədəniyyət abidələri, məscidlər və digər mədəni irs obyektlərinə baxış keçirəcəklər.

Onlar, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edərək qədim tikililər və buradakı İslam irsi abidələrini ziyarət edəcəklər, şəhərin turizm potensialı ilə yaxından tanış olacaqlar.

İyunun 28-də DTA-nın təşkilatçılığı ilə Bakıda keçirilən İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransında Turizmin İnkişafı üzrə Qətnamə və Bakı Bəyannaməsi qəbul edilib. “Turizmin İnkişafı üzrə Qətnamə” sənədində azad olunmuş torpaqlarda təbii resursların qeyri-qanuni istismarı, ekosistem və şəhər infrastrukturunun, xüsusilə mədəni və tarixi irsin məhv edilməsi, eləcə də Ermənistan ərazisində İslam mədəni və tarixi abidələrinin dağıdılması pislənilib. Həmçinin qətnamədə Azərbaycanın işğaldan azad olunan torpaqlarında infrastrukturun inkişafı layihələrinin icrasına üzv dövlətlərin özəl sektorunun cəlb edilməsi imkanları haqqında qərar qəbul edilib.



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!