İrandakı etirazlarda 5 yaşlı uşaq güllələnib .....                        İrəvandakı iranlılar Pəhləvinin qayıtmasını istəyirlər .....                        Bakıda SSRİ bayrağı müzakirələrə səbəb oldu - VİDEO .....                        ABŞ ordusu hücuma başladı .....                        İranda Qasım Süleymaninin portretini yandırdılar .....                        ABŞ İranı bombalayacaq .....                        “Fənərbaxça”ya məğlub olan “Qalatasaray”dan gözlənilməz qərar .....                        ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN SƏRT MESAJ .....                        İran səfirliyində dövlət bayrağı dəyişdirildi .....                       
Tarix : 6-08-2025, 16:38
Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti


Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycandakı missiyasını başa çatdırır. Azərbaycan cəmiyyətində bu təşkilatın son 33 ildəki fəaliyyəti ilə bağlı dərin narazılıq uzun müddətdir mövcuddur. Xüsusilə Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfindən girov götürülən, itkin düşən azərbaycanlılarla bağlı konkret və nəticəverici addımların atılmaması, təşkilatın neytral və humanitar missiyasına dair ciddi suallar doğurmuşdu.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyətini dayandırmasından sonra bu istiqamətdə işlər dayandırılmayacaq.
"Ölkədəki aidiyyəti qurumlar və Azərbaycan Qızıl Aypara Cəmiyyəti qarşılıqlı koordinasiya ilə humanitar öhdəliklərin icrasını davam etdirəcək”, - o qeyd edib.
Baş katibin sözlərinə görə, humanitar hərəkatın üç əsas üzvü var: Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və yerli milli cəmiyyətlər:
“Yerli cəmiyyətlər münaqişə və böhranlar zamanı digər iki qurumla koordinasiya şəklində fəaliyyət göstərir. Xüsusilə silahlı münaqişələr və siyasi qarşıdurmalar zamanı əsir və itkin düşmüş şəxslərlə bağlı fəaliyyətlər - onların dəyişdirilməsi, ailələri ilə əlaqələrin bərpası kimi öhdəliklər birbaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatına daxildir. Ancaq Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkədə artıq fəaliyyət göstərmədiyi şəraitdə, bu öhdəliklərin icrası üçün müxtəlif qurumların koordinasiyalı əməkdaşlığı zərurətə çevrilir”.
Ceyhun Mirzəyev qeyd edib ki, hazırda Azərbaycanda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi fəaliyyət göstərir və müvafiq məsələlərin həllində mühüm rol oynayır:
“Eyni zamanda, Suriyada və İraqda hərbi münaqişələrə cəlb olunmuş azərbaycanlılar, Liviyada həbsdə olan vətəndaşlarımız da var. Bundan sonra həmin şəxslərə səfirliklərimiz vasitəsilə baş çəkiləcək, onların ailələrinə göndərmək istədikləri məktublar, eləcə də son vəziyyətləri ilə bağlı məlumatlar bizim tərəfimizdən ailələrə çatdırılacaq. Bu proseslər də hökumət, xüsusilə Xarici İşlər Nazirliyi ilə koordinasiya şəklində baş tutacaq”.
Baş katib bildirib ki, bu mərhələdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti hətta qondarma rejimin üzvləri ilə bağlı da müəyyən səfərləri və müşahidə fəaliyyətlərini həyata keçirə bilər. Lakin burada bəzi suallar hələ açıq qalır:
“Biz həmin şəxslərə baş çəkə bilərik. Lakin bu səfərlərin nəticəsi olaraq hazırlanacaq hesabatlar BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq strukturlar tərəfindən qəbul ediləcəkmi? Bizim hansı səviyyədə, hansı standartlarla hazırladığımız hesabatlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunacaqmı? Bu suallar hələ açıq qalır”.
Buna baxmayaraq, Ceyhun Mirzəyev humanitar sahədəki bəzi fəaliyyətlərin - məktublaşmalar, ailə üzvləri ilə əlaqələrin bərpası, sosial inteqrasiya və s. istiqamətlərin bundan sonra da mümkün olacağını vurğulayıb:
“Biz Qızıl Aypara Cəmiyyəti olaraq, əhalinin inteqrasiya prosesinin bərpası üçün hazırıq. Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini dayandırmasından sonra da biz dövlət strukturları, XİN və digər qurumlarla birgə, öz mandatımıza və strateji fəaliyyət planımıza uyğun olaraq, humanitar istiqamətdə işlərimizi davam etdirəcəyik. Qızıl Aypara Cəmiyyəti, digər bütün milli cəmiyyətlər kimi, dövlətə yardımçı və dəstəkçi rolu oynayır”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!