Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
Tarix : 13-09-2019, 15:00
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə tədbir keçirib
Sentyabrın 13-də Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) ilə birgə Mülki Müdafiə Qoşunlarının Biləcəridəki N saylı hərbi hissəsində Ümumdünya İlk Yardım Günü mövzusunda tədbir keçirib.
Butov.az xəbər verir ki, FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan nazirliyin əməkdaşı polkovnik-leytenant Rəfail Hüseynov belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, FHN və AQAC-ın birgə əməkdaşlığı nəticəsində belə tədbirlər davam etdiriləcək. FHN təbii və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında fəal iştirak edir, bu sahədə müxtəlif qurum və təşkilatlarla fəal əməkdaşlıqda maraqlıdır.
AQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə qeyd edib ki, hər iki qurum arasında 2006-cı ildə imzalanan anlaşma memorandumuna əsasən, tərəflər respublikamızda fövqəladə hallar zamanı baş verə biləcək fəsadların aradan qaldırılmasında, zərərçəkmişlərə vaxtında ilk yardımın göstərilməsində fəal iştirak edir. Ənənəvi olaraq hər il sentyabrın 2-ci şənbə günü dünyada, eləcə də respublikamızda Ümumdünya İlk Yardım Günü kimi qeyd olunur. Dünyanın 190 ölkəsində İlk Yardım Günü qəzalar və ani xəstəliklər zamanı tibbi yardım gələnə qədər zərərçəkmişlərə edilə biləcək ilk yardımın tətbiqi haqqında cəmiyyətin maarifləndirilməsi üçün tədbirlər həyata keçirilir. AQAC hər il bu günü müxtəlif təhsil ocaqlarında, hərbi hissələrdə, sərhəd bölgələrində, eləcə də insanların toplaşdığı parklarda ilk yardım vərdişlərini aşılamaq məqsədilə silsilə tədbirlər keçirir.
Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları tərəfindən ilkin yardım mövzusunda praktiki məşğələ keçirilib.
Tədbirdə FHN-in və AQAC-ın rəhbər şəxsləri, beynəlxalq təşkilatların təmsilçiləri, könüllülər və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə tədbir keçirib
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə tədbir keçirib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!