Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
8-08-2025, 22:22
Baş katib Vaşinqton görüşünü yaxından izləyir


]Baş katib Vaşinqton görüşünü yaxından izləyir

BMT Baş katibi Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçiriləcək görüşü ilə bağlı hazırlıqları yaxından izləyir.
Bunu BMT Baş katibinin sözçüsünün müavini Stefani Tremblay bildirib.
Sözçü müavini əlavə edib ki, Baş katib ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Vaşinqtonda keçiriləcək görüşünü alqışlayır və dəstəkləyir: “Ermənistan və Azərbaycanın münasibətlərin tam normallaşması istiqamətində irəliləməsini daim dəstəkləyib və təşviq edib”.
O əlavə edib ki, Baş katib görüşdən sonra Vaşinqtonda iki ölkə arasında əldə olunmuş razılıqla bağlı açıqlama verəcək.
8-08-2025, 22:20
İki rayonda təbiətə 18 min ziyan vuruldu


İki rayonda təbiətə 18 min ziyan vuruldu

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Ağcabədi və İmişli rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.
Xidmətdən verilən xəbərə görə, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 18 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
8-08-2025, 21:58
Dənizdə batan şəxsin meyiti tapıldı


Dənizdə batan şəxsin meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
8-08-2025, 18:16
Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO


Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.
Bu barədə hava limanı məlumat yayıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

8-08-2025, 17:21
Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV


Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV

Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq.
Bu barədə Ağ Ev sözçüsü Anna Kelli bildirib.
“Bu sadəcə Ermənistanla bağlı deyil. Bu sadəcə Azərbaycanla da bağlı deyil. Bu, bütün regionla bağlıdır və onlar bilirlər ki, region prezident Trampla daha rifahlı və təhlükəsizdir”, - Ağ Evin mətbuat katibi bildirib.
Onun sözlərinə görə, Tramp həm Azərbaycan, həm də Ermənistan liderləri ilə enerji, texnologiya, iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi, infrastruktur və ticarət sahələrində razılaşmalar imzalayacaq.
8-08-2025, 17:11
1151 taksi sürücüsü DİM-in imtahanından keçdi


1151 taksi sürücüsü DİM-in imtahanından keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 8-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün keçirilən imtahandan 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1483 namizəd qeydiyyatdan keçib. Onlardan 1403 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 24 namizəd iştirak edib və 12 nəfər müvəffəqiyyət qazanıb.
Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 51 namizəd iştirak edib və 38 nəfər müvəffəqiyyət qazanıb.
8-08-2025, 17:07
Xankəndidə “Qərbi Azərbaycan ” çağırışı


Xankəndidə “Qərbi Azərbaycan ” çağırışı- FOTO

Dünyanın hər yerində təhsil alan, çalışan azərbaycanlı gənclər, Qərbi Azərbaycanın təbliğində, həqiqətləri, tarixi və mədəniyyəti beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmalıdır. Xankəndidə "Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində çıxışı zamanı keçmiş təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov gənclərə belə bir çağırış etdi.

Qərbi Azərbaycan mövzusuna həsr olunmuş paneldə azərbaycanlıların öz tarixi etnik torpaqlarından deportasiya edildiyi, soyqırıma məruz qaldığı da xatırladıldı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilən paneldə hazırda Almaniyada yaşayan İrəvan xanının nəvəsi, İrəvan xanlığının tədqiqatçısı, Qərbi Azərbaycan icmasının fəxri üzvü Əmir Əli Sərdari İrəvani də maraqlı çıxışı ilə yadda qaldı. O, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan İrəvanda azərbaycanlılara məxsus çoxlu sayda tarixi, dini və mədəni abidələrin mövcudluğundan danışaraq, İrəvanın ən məşhur abidələrindən birinın Sərdar sarayının İrəvan xanlığının iqamətgahı olduğu barədə də panel iştirakçılarına məlumat verib. Əmir Əli Sərdari İrəvani çıxışında tarixin müxtəlif dönəmlərində İrəvanda böyük məscidlərin inşa edildiyi, onların çoxunun ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyini də vurğulayıb.
Çıxışını pozitiv ruhda bitirən natiq, bu gün Azad Qarabağda , Xankəndidə olmaq mənim üçün böyük xoşbəxtlikdir deyib. Bu torpaqların azadlığı asan başa gəlməyib. Şəhidlərimizin qanı, qazilərimizin canı, Ali Baş Komandanın siyasəti nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Tədbirdə Qərbi Azərbaycanla bağlı real faktlar, törədilən faciələrdən bəhs edən “Qərbi Azərbaycan irsi” adlı kitab, foto-sərgi və film nümayiş edildi. Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub.






8-08-2025, 17:03
Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR!


Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR!

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ötən ilin sentyabrında istifadəyə verdiyi Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayını artırır.
Bu barədə AYNA-dan bildirilib.
Avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30 və 16:30-da yola düşəcək.
Qeyd edək ki, hazırda gün ərzində 3 dəfə həyata keçirilən reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşür.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
8-08-2025, 16:39
TƏBRİK EDİRİK!


TƏBRİK EDİRİK!

Bu gün Zəngəzur mahalının Qafan rayonunun təsübkeş, xeyirxah, qayğıkeş və ziyalı nümayəndələrindən biri olan hörmətli Cavanşir müəllımin doğum ğünüdür. Xatırladaq ki, Cavanşir Vəliyev duz 75 il əvvəl Gödəkli kəndində dünyaya göz açmış və istər kəndliləri, istərsə də qafanlılar arasında böyük hörmət qazanmaqla yanaşı şərəfli bir ömür yolu keçmişdir. Hazırda da çox strateji bir sahəyə rəhbərlik edərək xalqımızın xidmətində layiqincə calişmaqdadır. Cavanşir müəllimi yubiley yaşı münasibəti ilə təbrik edərək ona uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq.
Hörmətli Cavanşir müəllim, bilin ki, uzun illər göstərdiyiniz zəhmət, nümunəvi insani keyfiyyətləriniz və el-obamız üçün etdikləriniz hər zaman yüksək qiymətləndirilir. Sizə bir daha uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Hörmətlə: Qafan Rayon İcması
8-08-2025, 16:34
Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı


Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı

Azərbaycan Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllini tam dəstəkləyir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.
Qeyd edək ki, bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibənin 17-ci ili tamam olur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!