Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
14-08-2025, 23:40
Prezident AZAL təyyarəsinin vurulmasından danışdı


Prezident AZAL təyyarəsinin vurulmasından danışdı

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib.
Dövlət başçısı, müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.
Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
14-08-2025, 22:34
Netanyahunun 5 əsas prinsipi - SİYAHI


Netanyahunun 5 əsas prinsipi - SİYAHI

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında ölkəsinin təhlükəsizliyini təmin edəcək və qələbəni şərtləndirəcək “beş əsas prinsip”i elan edib.
Netanyahu bildirib ki, bu prinsiplər İsrailin təhlükəsizliyinin təminatıdır və “qələbə” anlayışının həqiqi mənasını ifadə edir.
Sözügedən prinsiplər aşağıdakılardır:

1. HAMAS-ın tam şəkildə silahsızlaşdırılması;

2. Bütün girovların azad edilməsi;

3. Qəzza zolağının tam demilitarizasiyası;

4. Qəzzada, o cümlədən təhlükəsizlik perimetri üzərində İsrailin təhlükəsizlik nəzarətinin təmin edilməsi;

5. Nə HAMAS, nə də Fələstin Milli Administrasiyası tərəfindən idarə olunmayacaq alternativ mülki idarəetmənin yaradılması.

Baş nazir əlavə edib ki, İsrail bu prinsiplərin həyata keçirilməsi üzərində işləyir və “hamı artıq bunu anlamalıdır”.
Onun sözlərinə görə, hökumət bu “beş əsas prinsipi” ötən həftə təsdiqləyib.
14-08-2025, 22:25
3 liderin birgə görüşü olacaq - Tramp AÇIQLADI


3 liderin birgə görüşü olacaq - Tramp AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp həm rusiyalı həmkarı Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenskinin münaqişənin həllinə razılıq verəcəklərinə əmin olduğunu bildirib.
Bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, yaxşı görüş olacaq, amma daha vacib olan ikinci görüşümüz olacaq. Prezident Putin, prezident Zelenski və mənim iştirakımla birgə görüşümüz olacaq və ola bilsin ki, bəzi Avropa liderlərini dəvət edək. Ola bilsin ki, yox, hələ məlum deyil”, - Amerika lideri bildirib.
14-08-2025, 21:18
Sabah Ağdərənin iki kəndinə KÖÇ OLACAQ


Sabah Ağdərənin iki kəndinə KÖÇ OLACAQ

Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərinə ilk dəfə köç həyata keçiriləcək.
Sabah bu kəndlərə 48 ailə ailə olmaqla 172 nəfər köçürüləcək.
Kolatağ kəndinə 26 ailə olmaqla 89 nəfərdən ibarət köç karvanı yola salınacaq.
Onlar Ağdam, Bərdə, Ağcabədi, Göygöl, Tərtər, Oğuz, Qəbələ rayonları və Bakı şəhərində məskunlaşmışdılar.
Vəngli kəndinə isə 22 ailə olmaqla 83 nəfər köçürüləcək. Onlar Kürdəmir, Qax, Füzuli, Oğuz, Ağdam raonları, həmçinin Sumqayıt və Bakı şəhərlərində məskunlaşmışdılar.
Köçürüləcək ailələri məskunlaşdıqları ərazidən yerli icra qurumlarının nümayəndələri yola salacaqlar.
14-08-2025, 20:40
Vüqar Tapdıqlı vəfat etdi


Vüqar Tapdıqlı vəfat etdi

Tanınmış yazıçı, prodüser Vüqar Tapdıqlı bu gün 63 yaşında dünyasını dəyişib.
Bu haqda mərhumun oğlu Üzeyir Tapdıqlı sosial şəbəkədə paylaşım edib.
Vüqar Tapdıqlı 1962-ci ilin 10 iyulunda Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub. 4 hekayələr kitabının müəllifidir.

14-08-2025, 20:20
Növbəti görüş İrəvan və ya Bakıda baş tutmalıdır - Kostanyan


Növbəti görüş İrəvan və ya Bakıda baş tutmalıdır - Kostanyan

"3+3" formatında növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır".
Bunu İranın İRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
"Hesab edirəm ki, biz indi Ermənistan və Azərbaycan arasında münasibətlərdə yeni bir dövrə qədəm qoyuruq. Azərbaycanla əsas razılaşmalarımızdan biri ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə regionda nəqliyyat marşrutlarının açılmasıdır. Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı, o cümlədən Naxçıvan-Culfa xətti üçün yeni imkanlar açacaq ki, bu da İranın Ermənistana və son nəticədə Qara dənizə çıxışını təmin edəcək".
Xarici işlər nazirinin müavini Ermənistanın "3+3" formatı kimi regional mexanizmlərin gələcək roluna münasibəti ilə bağlı sualı da cavablandırıb.
"Biz inanırıq ki, 3+3 formatı regional layihələrin müzakirəsi üçün uyğun platforma yarada bilər. Nazirlərin son bəyanatına görə, növbəti görüş ya İrəvanda, ya da Bakıda baş tutmalıdır və biz Azərbaycan tərəfi ilə də ikitərəfli məsləhətləşmələr planlaşdırırıq", - Vahan Kostanyan bildirib.
14-08-2025, 19:49
Balıkesir yenidən silkələndi


Balıkesir yenidən silkələndi

Türkiyənin Balıkesir şəhərində 4 maqnitudada zəlzələ baş verib.
Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Sındırğı rayonunda qeydə alınıb. Zəlzələnin dərinliyi 10.97 kilometr olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.
Xatırladaq ki, avqustun 11 və 12-də Sındırğıda zəlzələlər olub.
14-08-2025, 19:31
Azərbaycanda bu taksi şirkəti ləğv edilir


Azərbaycanda bu taksi şirkəti ləğv edilir

"TESLATАXI" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.
Bu barədə şirkət özü elan edib.
Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ4100 Laçın şəhəri, Laçın rayonu, Taxta-Körpü küçəsi ünvanına bildirə bilərlər.
Sözügedən taksi şirkəti 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan MMC-nin qanuni təmsilçisi Asim Akif oğlu Allahverdiyevdir.
14-08-2025, 19:11
Ərdoğandan terrorla bağlı mühüm mesaj


Ərdoğandan terrorla bağlı mühüm mesaj

Bu gün biz “Terrorsuz Türkiyə” prosesində yeni səhifə açırıq və ölkəmizə qarşı terror təhlükəsi ehtimalını sıfra endirməyi hədəfləyirik.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yaranmasının 24-cü ildönümünə həsr olunmuş təntənəli tədbirin iştirakçıları qarşısında çıxış edərkən bildirib.
Dövlət başçısının sözlərinə görə, konstruktivlik mühitinin qorunub saxlanılması və terrorizmə qarşı mübarizə üçün bütün məsələlərin həll edilməsi çox vacibdir.
“Türkiyədə siyasi qüvvələrin müxtəlif mövzularda mövqeləri üst-üstə düşməyə bilər və bu, normaldır. Lakin “Terrorsuz Türkiyə” məsələsində fikir ayrılığı olmamalıdır. “Xroniki terror problemi”nin aradan qaldırılmasına töhfə verən hər bir siyasətçi öz adını Türkiyə tarixinə yazacaq”, - deyə o qeyd edib.
Türkiyə lideri terrorla mübarizədə populizmin yolverilməz olduğunu vurğulayıb və əlavə edib ki, “nə millət, nə də gələcək nəsillər bunu bağışlamayacaq”.
14-08-2025, 18:23
Metrodan istifadə edənlərin diqqətinə! - İnterval artırılır


Metrodan istifadə edənlərin diqqətinə! - İnterval artırılır

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bakı şəhərinin nəqliyyat sistemində mühüm yer tutan metropoliten şəbəkəsinin daha da təkmilləşdirilməsi məqsədilə kompleks inşaat layihələrinin icrasına hazırlıq işlərinə start verilib.
Bu barədə QSC-dən məlumat verilib.
Bu işlər Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Layihənin ilkin mərhələsində “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlanılır.
Belə ki, hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir. Şaxtalar qazıldıqdan sonra əsas tunellərə keçid təmin edən əlavə yanaşma yolları inşa olunacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən sahədə ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək.
Tikinti prosesi ərazidə avtobusların, Bakı Dəmiryol Vağzalının, eləcə də “28 May” metro stansiyasının fəaliyyətinə maneə yaratmayacaq. Bu müddət ərzində yeraltı və yerüstü nəqliyyatın hərəkəti ənənəvi qaydada davam etdiriləcək.
Xatırladaq ki, xətlərin ayrılması layihəsi üzrə nəzərdə tutulan işlərin mərhələli icrası paytaxtın nəqliyyat infrastrukturunun inkişafına, tıxacların azaldılmasına və ictimai nəqliyyatın səmərəli fəaliyyətinə təkan verəcək. Eyni zamanda, fərdi avtomobillərdən istifadənin azalmasına, şəhərin hərəkət dinamizminin artmasına və mobillik planlarının optimal tətbiqinə imkan yaradacaq.
Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyəti nəticəsində həm təhlükəsizlik, həm də hərəkət dayanıqlılığı əhəmiyyətli dərəcədə artırılacaq. “28 May” stansiyasına qədər sahələrdə (“Dərnəgül-28 May” və “İçərişəhər-28 May”) mövcud olan 4 dəqiqə və daha yuxarı intervallar mümkün ən minimum həddə çatdırılacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!