Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
16-08-2025, 21:16
Zelenski Trampa qarşı çıxdı


Zelenski Trampa qarşı çıxdı

"Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp və Qərb liderləri ilə söhbətində Ukrayna Silahlı Qüvvələrinin Donbassdan çıxarılmasını istisna edib".
Bu barədə “Reuters” agentliyi məlumat dərc edib.
"Zelenski sülh razılaşması müqabilində Donbası Rusiyaya verməkdən imtina etdi", - məlumatda qeyd olunub.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə söhbətində bildirmişdi ki, bütün Donbasın Rusiya ərazisi kimi tanınması sülh sazişinin tezliklə əldə olunmasına kömək edəcək.
16-08-2025, 20:48
Ərdoğandan Alyaska görüşünə reaksiya


Ərdoğandan Alyaska görüşünə reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Ev rəhbəri Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında avqustun 16-da Alyaskada baş tutan görüşü müsbət qiymətləndirib.
Türkiyə lideri bu barədə “X” hesabında paylaşım edib.
“ABŞ Prezidenti Tramp və Rusiya Prezidenti Putin arasında Alyaskada keçirilən danışıqlar Rusiya-Ukrayna müharibəsinə son qoymaq axtarışlarına yeni təkan verib. Biz Alyaska Sammitini alqışlayır və ümid edirik ki, Ukrayna Prezidenti Zelenskinin iştirakı ilə bu yeni proses davamlı sülhün əsasını qoyacaq. Türkiyə sülhün bərqərar olması üçün hər cür töhfə verməyə hazırdır”, - deyə Ərdoğan yazıb.
16-08-2025, 19:52
Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı


Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı

ABŞ prezidenti Donald Tramp Avropa liderlərini avqustun 18-də Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara qoşulmağa dəvət edib.
Bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.
Siyasətçilər Ukraynadakı müharibənin həlli yollarını müzakirə edəcəklər.
Qəzet yazır ki, bazar ertəsi Donbassın Rusiya ərazisi kimi tanınması təklifi müzakirə olunacaq. Nəşrin mənbələrinin məlumatına görə, bu variantın Alyaskada atəşkəs müqabilində Rusiya prezidenti Vladimir Putin tərəfindən təqdim edildiyi iddia edilir. Rusiya rəsmiləri məlumatı təsdiqləməyib.
NYT yazır ki, Zelenski və Avropa liderləri qəti şəkildə ərazi güzəştlərinin əleyhinədirlər. Ukrayna rəsmiləri bildiriblər ki, ərazilərin verilməsini nəzərdə tutan istənilən razılaşma Ukrayna konstitusiyasını pozur və qəbul edilə bilməz.
16-08-2025, 19:03
Putin Trampdan nə istəyib?


Putin Trampdan nə istəyib?

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşündə atəşkəsin əldə olunması üçün Ukrayna qoşunlarının Donbası tamamilə tərk etməsini tələb edib.
Bu barədə anonim mənbələrə istinadən “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp bu barədə Ukrayna prezidenti və Avropa liderlərinə bildirib.
16-08-2025, 18:55
Pakistanda güclü daşqın - 300 nəfər öldü


Pakistanda güclü daşqın - 300 nəfər öldü

Pakistanın şimal-qərbində iki gündür davam edən güclü yağış və daşqınlar nəticəsində 300-dən çox insan həlak olub.
Xilasetmə işləri və bağlanmış yolların təmizlənməsi davam edir, təcili yardım məqsədilə vəsait ayrılır. Meteoroloqların məlumatına görə, güclü yağışlar avqustun 21-dək davam edəcək.
Cari musson mövsümündə həmişəkindən daha çox yağan yağışlar yolları və binaları yuyub aparıb.
Şənbə günü səhərə qədər Hayber-Paxtunxva əyalətinin dağlarında 307 nəfərin öldüyü, daha çox insanın isə itkin düşdüyü təsdiqlənib. Bu barədə əyalətin müvafiq idarəsi məlumat verib.
Son bir həftə ərzində təkcə Pakistan deyil, həm də qonşu Hindistan və Nepalın bir hissəsi güclü yağışlar, daşqınlardan ciddi zərər çəkib. Yerli rəsmilər bildiriblər ki, Pakistanın paytaxtı İslamabadın şimalında avtomobillə üç saat yarımlıq məsafədə yerləşən Buner rayonu 184 nəfərin öldüyü, infrastruktur və əkin sahələrinə ciddi ziyan dəydiyi üçün ölkədə ən çox zərər çəkmiş bölgələrdən biri olub.
Daşqınlardan zərər çəkənlər üçün tibbi şəhərciklər salınır, məcburi köçkün ailələri isti yeməklə təmin olunur.
16-08-2025, 18:23
Müğənni Rəqsanə HƏBS EDİLDİ


Müğənni Rəqsanə HƏBS EDİLDİ

Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.
16-08-2025, 17:51
SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir”


SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir”

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, keçmiş deputat Mənsur Həqiqətpur İran prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianı hədəf alıb.
“Sepah Pasdaran” Telegram kanalının məlumatına görə, general Mənsur Həqiqətpur “İran 24” telekanalına müsahibəsində deyib ki, Azərbaycan məsələsinə qohumluq münasibətləri prizmasından baxmaq səhv və sadəlövhlükdür.
“Gələcəkdə İranın ya Zəngəzurda öz iştirakı olmalıdır, ya da olmasa, alternativ plan hazırlamaq lazımdır.
Prezidentin Zəngəzur məsələsinə münasibəti sadəlövhdür.
Cənab Pezeşkian ekspertlərin rəylərinə əsaslanacağına söz verib.
Azərbaycan və Ermənistan məsələlərində ekspertlərin təcrübəsindən istifadə etməlidirlər, təbii ki, öz oğlu istisna olmaqla.
Biz prezidentin oğlunun Zəngəzur məsələsi ilə bağlı fikirlərini qəbul etmirik.
Pezeşkiyanın oğlu pantürkist hərəkata uyğun hərəkət edir”, - Mənsur Həqiqətpur deyib.
16-08-2025, 16:51
Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu


Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.
Daxili İşlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb. Sürücünün bu hərəkətləri və avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.
Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Eyni zamanda sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib.
16-08-2025, 15:56
Vidadi Babanlı vəfat etdi


Vidadi Babanlı vəfat etdi

Yazıçı Vidadi Babanlı vəfat edib.
Mərhum 98 yaşında dünyasını dəyişib.
V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi idi. O, 2022-ci ildə "Şərəf" ordeni ilə təltif olunmuşdu.
Əslən Qazax rayonundan olan Vidadi Babanlı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fılologiya fakültəsini bitirib. "Azərbaycan müəllimi" qəzetidə ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, şöbə müdiri işləyib. Sonralar C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub.
Zamanında "Vicdan susanda" romanı Vidadi Babanlıya böyük şöhrət qazandırmışdı.
Allah rəhmət eləsin.
16-08-2025, 15:42
Azərbaycanla Ukraynanın XİN başçıları müzakirə apardılar


Azərbaycanla Ukraynanın XİN başçıları müzakirə apardılar

16 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Andriy Sıbiha arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Ukraynanın xarici işlər naziri Azərbaycan Respublikasının Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.
Telefon danışığı zamanı Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlıq müzakirə olunub. Tərəflər Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının işinin əməkdaşlığın inkişafı baхımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Ukrayna xarici işlər naziri öz növbəsində Azərbaycan tərəfinin Ukraynaya göstərilən humanitar yardımlar, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma sahələrində dəstəyinə görə təşəkkür edib.
Nazir Andrey Sıbiha həmçinin Rusiya-Ukrayna münaqişəsi ətrafında aparılan danışıq prosesi barədə məlumat verib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!