Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-08-2025, 17:59
Ərdoğan İlham Əliyevi təbrik etdi


Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevi təbrik edib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.
9-08-2025, 17:55
Rusiyadan ABŞ görüşünə rəsmi reaksiya


Rusiyadan ABŞ görüşünə rəsmi reaksiya

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtinda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşünə münasibət bildirib.
Bildirilir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsinin Rusiyanın birbaşa yardımı və mərkəzi rolu ilə başlayıb:
"Azərbaycan və Ermənistan arasında barışıq regional kontekstdə və maraqlar balansına əsaslanmalıdır".
9-08-2025, 17:39
İtaliya tarixi razılaşmanı alqışlayır


İtaliya tarixi razılaşmanı alqışlayır

İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı alqışlayır.
Bu barədə İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
“İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı, suverenlik və ərazi bütövlüyünə əsaslanan normallaşmaya doğru bir addımı alqışlayır. Vasitəçiliyə görə ABŞ-a təşəkkür edirik . Regionda sülh, sabitlik və inkişaf üçün fürsətdir”, - bəyanatda vurğulanıb.
9-08-2025, 17:36
Əgər Ermənistan bu şərtləri yerinə yetirməzsə...


Əgər Ermənistan bu şərtləri yerinə yetirməzsə...

Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoymaq və münasibətləri normallaşdırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və bilavasitə iştirakı ilə Vaşinqtonda yüksək səviyyəli görüş keçirilib. Görüşün nəticəsi olaraq iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanması ilə yanaşı, üçtərəfli Birgə Bəyannamə imzalanıb. Tarixi əhəmiyyət daşıyan bu razılaşmalar yalnız Bakı və İrəvan arasında münasibətlərin yardılması deyil, eyni zamanda Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün də yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Tərəflər arasında qarşılıqlı etimadın formalaşdırılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunub.
Milli Məclisin deputatı Rizvan Nəbiyev sülh sazişinin paraflanmasını şərh edərkən deyib ki, Prezident İlham Əliyev, ABŞ-ın Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannamədə, sülh sazişinin imzalanması üçün konkret tarix göstərilməsə də, onun reallaşması üçün vacib olan əsas şərtlər açıq şəkildə öz əksini tapıb.
O qeyd edib ki, sözügedən şərtlər Azərbaycan tərəfindən uzun müddətdir səsləndirilən və beynəlxalq hüquqa əsaslanan haqlı tələblərdir:
“Həmin sülh sazişi layihəsi artıq cari ilin mart ayında razılaşdırılıb və 17 maddədən ibarətdir. Dünən axşam baş tutan görüşdə isə hər iki ölkənin xarici işlər nazirləri bu saziş layihəsini parafladılar. Məlumdur ki, Azərbaycan tərəfi sazişin imzalanması üçün iki mühüm şərt irəli sürüb. Bu şərtlər həm obyektiv reallıqdan, həm də sazişin ratifikasiyası və implementasiyası üçün zəruri hüquqi bazanın yaradılması ehtiyacından doğur.
ABŞ-ın vasitəçiliyi ilə imzalanan Birgə bəyannamənin elə 1-ci bəndində açıq şəkildə bildirilir ki, tərəflər sazişin paraflanmasına şahidlik etdilər, lakin onun imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərə ehtiyac var. Məhz bu ifadə, Azərbaycanın əsas şərtlərindən biri olan Ermənistan Konstitusiyasında ölkəmizə qarşı yer alan ərazi iddiasının ləğvini nəzərdə tutan dəyişiklik zərurətinə istinad edir”.
Millət vəkili əlavə edib ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Azərbaycana qarşı ərazi iddiasının aradan qaldırılması tələb olunur:
“Ağ Ev administrasiyası da bu tələbimizin haqlı olduğunu Pezident Trampın imzaladığı Birgə Bəyannamə ilə dəstəklərini təsdiq etdilər. Ermənistan tərəfi isə bu dəyişikliklərin 2026-cı ildə keçiriləcək referendum vasitəsilə həyata keçiriləcəyini bildirib.
Bu dəyişiklik baş verdikdən sonra, sazişin imzalanması yolunda olan əsas maneələrdən biri aradan qalxacaq. Prezident cənab İlham Əliyev Vaşinqtonda yerli media nümayəndələri ilə baş tutan görüşündə Ermənistanın üzərinə götürdüyü bu öhdəlikləri Azərbaycanın irəli sürdüyü və vacib saydığı "ev tapşırığı" kimi qiymətləndirdi".
R.Nəbiyev onu da diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin sülhün təmin olunması istiqamətində atdığı diplomatik addımlar beynəlxalq səviyyədə də dəstək qazanmaqdadır:
“Baş tutan görüş çərçivəsində ABŞ administrasiyası ilə yanaşı, Avropa İttifaqının 27 dövləti adından yayımlanan birgə bəyanatda da bu səylərə dəstək ifadə olundu. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Xidməti tərəfindən yayımlanan bəyanatda, sülh sazişinin imzalanması və ratifikasiyası üçün tezliklə konkret addımların atılmasının vacibliyi vurğulanıb.
Bu, eyni zamanda Azərbaycanın səsləndirdiyi əsas şərtlərin, xüsusilə də Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbin beynəlxalq səviyyədə qəbul olunduğunu və dəstəkləndiyini göstərir”.
Deputat qeyd edib ki, digər mühüm məqam isə ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlıdır. Onun fikrincə, bu da Azərbaycanın haqlı mövqeyidir:
“Ermənistan uzun müddət ziddiyyətli bəyanatlarla bu məsələdən yayınmağa çalışsa da, nəhayət bu mövqeyin zəruriliyini qəbul etdi. Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Baş katibinə rəsmi müraciət ünvanlayaraq, Minsk Qrupunun və onunla bağlı digər qurumların fəaliyyətinin tamamilə dayandırılmasını tələb etdilər. Həmçinin, Fransa XİN tərəfindən yayımlanan bəyanatda ATƏT-in Minsk Qrupunun ləğv edilməsi səylərinə dəstək ifadə olundu.
Ümumilikdə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, onun imzalanması yolunda çox mühüm mərhələdir. Lakin sazişin imzalanması və ratifikasiyası yalnız Ermənistanın Azərbaycan ərazisinə qarşı konstitusiyasında yer alan iddiadan imtina etdikdən sonra mümkün olacaq.
Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər Ermənistan bu şərtləri yerinə yetirməzsə, bu, yalnız Azərbaycana deyil, eyni zamanda Tramp administrasiyasına qarşı da hörmətsizlik kimi qiymətləndiriləcək. Bu isə Ermənistan hökuməti üçün, onun beynəlxalq nüfuzu baxımından ciddi mənfi nəticələrə gətirib çıxara bilər”,- R.Nəbiyev bildirib.
9-08-2025, 15:58
Ermənistan və Azərbaycan tarixlərində yeni bir fəsil açır


Ermənistan və Azərbaycan tarixlərində yeni bir fəsil açır

“Ermənistan və Azərbaycan tarixlərində yeni bir fəsil açırlar”.
Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda iki tərəfin sülh sazişini paraflaması, uzun illər münaqişə, məcburi köçkünlük və iztirablar yaşamış bir çox Ermənistan və Azərbaycan vətəndaşı üçün ümid mənbəyidir: “Bu gün hər iki hökumətin mürəkkəb məsələləri danışıqlar yolu ilə həll etməyə və çətin kompromislərə getməyə hazır olduqlarını göstərir. Almaniya Ermənistanı və Azərbaycanı davamlı sülh yolunda dəstəkləməyə hazırdır.”
9-08-2025, 15:51
Zəngəzur dəhlizindən son GÖRÜNTÜLƏR


Zəngəzur dəhlizindən son GÖRÜNTÜLƏR

Zəngəzur dəhlizindən son görüntülər yayımlanıb.
Həmin görüntüləri təqdim edirik:


9-08-2025, 15:40
Bizə əvvəlcədən məlumat verilmişdi - Fidan Vaşinqton görüşündən danışdı


Bizə əvvəlcədən məlumat verilmişdi - Fidan Vaşinqton görüşündən danışdı

Azərbaycan torpaqları - Qarabağ bölgəsi təxminən 30 il Ermənistan işğalı altında qaldı.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qahirədə misirli həmkarı ilə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan qəhrəmancasına mübarizə ilə torpaqlarını işğaldan azad edib:
“Bizə əvvəlcədən məlumat verilmişdi, əldə edilən sülh vacibdir. Əlbəttə torpaqların işğaldan azad edilməsi bölgədəki dondurulmuş münaqişənin davamlı sülh müqaviləsi ilə sona çatmasını şərtləndirirdi. Tərəflər arasında uzun müddətdir müzakirələr gedirdi. Dünən Vaşinqtonda sülh sazişi paraflandı, sülh sazişinin imzalanmasını gözləyirik”.
9-08-2025, 15:30
Vaşinqton razılaşmalarının icrasını dəstəkləməyə hazırıq - ATƏT


Vaşinqton razılaşmalarının icrasını dəstəkləməyə hazırıq - ATƏT

ATƏT Azərbaycan-Ermənistan razılaşmasınndan məmnunluğunu ifadə edib.
Təşkilatdan bildirilib ki, avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmaları müsbət qarşılayır və ABŞ-ın bu məsələdki rolunu təqdirəlayiq hesab edir.
ATƏT Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq və sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməyə çağırır, eləcə də hər iki ölkəyə stabillik və davamlı sülh gətirən bütün səyləri dəstəkləməyə davam edir.
Təşkilat avqusun 8-də əldə olunan razılaşmaların icrasına dəstək verməyə hazır olduğunu bəyan edib.
9-08-2025, 15:14
Ağ Evin rəmzi açarı hər liderə təqdim olunmur


Ağ Evin rəmzi açarı hər liderə təqdim olunmur

Dünyanın birnömrəli paytaxtı və birnömrəli ofisində Prezident Donald Tramp kimi güclü şəxsiyyətin iştirakı və şahidliyi ilə imzalanmış ikitərəfli və üçtərəfli sənədlərin tarixi əhəmiyyətini, onların bəhrəsini müasir Azərbaycanla yanaşı, gələcək nəsillər də öz həyatlarında mütləq hiss edəcək.
Onlar da görəcəklər ki, bu tarixi nailiyyətin arxasında nə qədər güclü siyasi iradə, milli hədəflərimizə xidmət edən fədakar və əyilməz fəaliyyət dayanıb!
Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri ilə bağlı səsləndirdiyi fikirlər tarixdə şəxsiyyət faktorunun səmimi etirafıdır. ABŞ Prezidenti bütün dünyanın qulaq kəsildiyi Ağ Evdə Prezidentimiz haqqında belə dedi: “Siz böyük lidersiniz”. Cənab Donald Tramp Prezident İlham Əliyevin yüksəksəviyyəli danışıqları aparmaq məharətinə xüsusi diqqət yetirərək əlavə etdi: “Siz gözəl danışıq aparırsınız... Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm”.
Bu cür dərinmənalı və nadir siyasi jest Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallığa, bərpa etdiyi tarixi ədalətə və dayanıqlı sülhün əldə olunmasına verdiyi əməli töhfəyə “qıyqacı” baxan bəzi dairələrə həm də xəbərdarlıq mesajıdır!

Ülvi Quliyev
Milli Məclisin deputatı
9-08-2025, 14:32
Evdən pul oğurlayıb yerinə saxta əskinaslar qoydu


Evdən pul oğurlayıb yerinə saxta əskinaslar qoydu

Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!