Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
25-08-2025, 22:59
Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı


Qəzzada döyüşlər dayanır? - Tramp tarix açıqladı

ABŞ Prezidenti Donald Tramp Qəzzada döyüşlərin yaxın həftələrdə bitə biləcəyini açıqlayıb.
Bu barədə o, jurnalistlərin sualını cavablandırarkən deyib.
“Düşünürəm ki, yaxın 2-3 həftə ərzində siz olduqca inandırıcı nəticəni görə biləcəksiniz", - deyə Tramp bildirib.
O qeyd edib ki, nə vaxtsa bu məsələ həll olunacaq. “Bu bitməlidir, amma insanlar 7 oktyabrı unuda bilmirlər”,- deyə ABŞ Prezidenti əlavə edib. O, Benyamin Netanyahu ilə tez-tez əlaqə saxladığını vurğulayıb.
25-08-2025, 22:20
Rusiya İsrailə İran əleyhinə məlumat ötürüb - ŞOK İDDİA


Rusiya İsrailə İran əleyhinə məlumat ötürüb - ŞOK İDDİA

İranda Sistem Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü Məhəmməd Sədr Rusiyanın mövqeyini sərt tənqid edib.
O, “Aparat” saytına açıqlamasında İsrailin hücumları zamanı Moskvanın Tehrana gözlənilən dəstəyi göstərmədiyini bildirib.
Məhəmməd Sədr iddia edib ki, İsrailin İranın müdafiə sistemlərini dəqiq vurması Rusiyanın verdiyi məlumatlar hesabına mümkün olub: “Rusiyaya heç bir halda güvənmək olmaz. İsrail bütün müdafiə sistemlərimizi necə vurdu? Haradan bilirdi? Ruslar İsrailə məlumat ötürmüşdü”, – deyə o vurğulayıb.
İranlı rəsmisi, həmçinin Rusiyanın İrana S-400 hava hücumundan müdafiə sistemləri və Su-35 qırıcılarını verməkdən imtina etdiyini xatırladaraq, iki ölkə arasında imzalanmış “strateji tərəfdaşlıq” müqaviləsini “boş və faydasız” sənəd adlandırıb.
25-08-2025, 22:03
Ərdoğandan Zəngəzurla bağlı mühüm mesaj


Ərdoğandan Zəngəzurla bağlı mühüm mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqaz üçün strateji önəm kəsb edən yeni layihənin - Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimi ilə bağlı açıqlama verib.
Ərdoğan bildirib ki, 22 avqustda əsası qoyulan bu layihə Zəngəzur dəhlizinin reallaşmasına xidmət edəcək və bütün bölgə üçün bir “sülh layihəsi” rolunu oynayacaq.
Prezidentin sözlərinə görə, layihənin tam icrası ilə Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə yüksələcək.
“Toplam 2,4 milyard avroluq bu layihə istifadəyə verildikdən sonra Çindən İngiltərəyə qədər uzanan beynəlxalq ticarət xətti daha səmərəli olacaq. Eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək, bölgələrimizin istehsal potensialına, ixracına və infrastrukturunun inkişafına mühüm töhfə verəcək”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti yeni dəmir yolu xəttinin həm ölkə, həm də region üçün böyük önəm daşıdığını qeyd edərək, layihənin xeyirli olmasını arzulayıb.

***

20:55

Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O bildirib ki, bu, Zəngəzur dəhlizi layihəsinin tam reallaşmasından sonra mümkün olacaq.
25-08-2025, 21:32
Buna çox əsəbiləşirəm - Tramp


Buna çox əsəbiləşirəm - Tramp

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna və Avropa liderləri ilə görüşdən sonra təkrar telefon danışığı baş tutub.
Bu barədə ABŞ Prezidenti Ağ Evdə jurnalistlərlə görüşü zamanı açıqlayıb.
"Onunla etdiyim hər söhbət yaxşı müzakirədir. Sonra təəssüf ki, Kiyevə, ya da harasa bomba atılır və mən buna çox əsəbiləşirəm. Düşünürəm ki, biz müharibəni bitirəcəyik. Bu, çətin işdir”, - deyə Tramp bildirib.
O əlavə edib ki, Putinin Alyaskaya getməsi müharibəni bitirmək istəyinin ən böyük göstəricisidir.
25-08-2025, 20:10
Ötən həftə 7000-dən çox əsgər ölüb - TRAMP


Ötən həftə 7000-dən çox əsgər ölüb - TRAMP

Ötən həftə Ukrayna ilə Rusiya arasında gedən döyüşlərdə 7221 əsgər ölüb.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp qeyd edib ki, Ukrayna ilə Rusiya arasındakı müharibə artıq böyük bir şəxsi münaqişəyə çevrilib.
Onun sözlərinə görə, ABŞ bu vəziyyətə son qoymaq üçün addımlar atacaq.
“Biz buna son qoyacağıq”, - ABŞ lideri vurğulayıb.
25-08-2025, 20:02
2 ay əvvəl kanalda batan şəxsin meyiti tapıldı


2 ay əvvəl kanalda batan şəxsin meyiti tapıldı

Bu il iyunun 26-da Baş Mil kanalının Füzuli rayonunun Kərimbəyli kəndindən keçən hissəsində batan Nihad Vüqar oğlu Nağızadənin meyiti tapılıb.
Axtarış işləri üçün bu gün səhər saatlarında kanalda su minimum səviyyəyə endirilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Qarabağ Regional Mərkəzinin, həmçinin Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və texnikalar cəlb edilib.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində N. Nağızadənin meyiti kanaldan tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
25-08-2025, 19:31
Pezeşkian "3+3" formatından danışdı


Pezeşkian "3+3" formatından danışdı

"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) danışıqlar Cənubi Qafqazda problemlərin həlli üçün daha səmərəli mexanizmə çevriləcək.
Bu fikri İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bildirib.
"İnanıram ki, İran və Rusiyanın iştirakı ilə "3+3" formatında danışıqlar Qafqaz regionunun problemlərinin həlli üçün daha effektiv və səmərəli mexanizmə çevriləcək", - deyə Pezeşkianın mətbuat xidməti onun sözlərini sitat gətirib.
25-08-2025, 18:37
Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad edildi


Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad edildi

Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay yeni işinin icrası ilə əlaqədar Azərbaycandakı vəzifəsindən gedib.
O, Azərbaycan Müdafiə Nazirliyindəki vəzifəsindən azad edilib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Azərbaycan müdafiə nazirinin müşaviri, ordu generalı Bəxtiyar Ersay Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. O, bir müddət əvvəl səlahiyyətlərinin icrasına başlayıb.
Xatırladaq ki, Bəxtiyar Ersay 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi xidmətə başlayıb. O, 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.
25-08-2025, 17:34
Dalğıc kurslarının buraxılış mərasimindən GÖRÜNTÜLƏR


Dalğıc kurslarının buraxılış mərasimindən GÖRÜNTÜLƏR

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) təşkil edilmiş “Təməl dalğıc kursu” və “Dalğıc işində rəhbərlik kursu”nun buraxılış mərasimi keçirilib.
Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər bu cür kursların keçirilməsinin şəxsi heyətin ixtisas və döyüş hazırlığının artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.
Qeyd edilib ki, HDQ-nin Dəniz piyadaları, Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirak etdiyi kurs müddətində su altında nəfəssiz qalma, dalğıc işlərinin və texnikalarının mənimsənilməsi, dalğıc işində praktiki rəhbərlik məşqləri, eləcə də digər vacib fəaliyyətlər həyata keçirilib, iştirakçılar peşəkar dalğıc bacarıqları əldə ediblər.
Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

25-08-2025, 17:17
Laçında tənha məzar

Laçında tənha məzar

Getdiyimiz yolun sonu görünmürdü. Heç o yolu çəkənin özü də bilmirdi hara yol salır. Əqidədaşlarımla o yola çıxmaq, yolçusunu tapmaq qərarına gəldik. Çox soraqladıq, nə yolu tanıyan oldu, nə də yolçunu gördüm deyən. Usanmadan soraqladıq, sonda qeybdən bir səs gəldi:-Yormayın özünüzü, axtarmayın o yolçunu, tapa bilməzsiniz! Eşidin məni, çıxmayın o yola, o yolu hər adam gedə bilməz. O yol əbədiyyətə aparır, o yolla yalnız müqəddəslər, bir də andlılar gedə bilər...

İnadlaşdıq, yolumuzdan dönmədik. 200 illik yaralarımıza duz basıb, qanlı-qadalı, ümidsizlərin keçilməz dediyi yolumuza davam etdik. Çünki axtardığımız yolu tapacağımıza, müqəddəslərimizə çatacağımıza inanırdıq. Axı biz Bütöv Azərbaycan andlıları, yanımızdakılar isə əqidədaşlarımız idi...
Yanılmamışdıq. Çatdıq müqəddəsimizin birinə, əslində o da bizim yolumuzu gözləyirmiş. Dərd şələli, yurd həsrətli qəriblərin yolunu...

Tamamını "Bütöv Azərbaycan" qəzetinin növbəti sayında oxuya bilərsiniz...

Tamxil Ziyəddinoğlu,
Fotolar Vəfalı Qasımovundur
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!