Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər .....                        Ombudsman minaya düşən hərbçilərlə bağlı beynəlxalq təşkilatlara çağırış etdi .....                        Azərbaycanda yeni tariflər təsdiqləndi .....                        Qondarma rejimin həbsdəki üzvlərinə baş çəkə bilərik - Qızıl Aypara Cəmiyyəti .....                        25 yaşlı futbolçu vəfat etdi .....                        Azərbaycana qarşı informasiya hücumunu arxasında KİM DAYANIR... .....                        Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü .....                        Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri .....                        Çimərliklərdə yoluxucu xəstəlik aşkarlanıb? - RƏSMİ .....                       
Tarix : Bu gün, 17:22
Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər


Vaşinqton görüşü: İlham Əliyevlə Paşinyan “tarixi sənəd” imzalaya bilər

Avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqtonda baş tutacaq üçtərəfli görüşü dünya mediasının diqqət mərkəzindədir.
Müxtəlif nüfuzlu beynəlxalq media orqanları bu barədə fərqli təhlil və məlumatlar təqdim edir.
"British Broadcasting Corporation" (BBC) xatırladır ki, 2024-cü ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilk dəfə təkbətək formatda görüş keçiriblər. Bu görüş tərəflərin əvvəlki bütün təmaslarının vasitəçilər və ya beynəlxalq sammitlər çərçivəsində baş tutması fonunda mühüm dəyişiklik kimi qiymətləndirilir. BBC Vaşinqton görüşünü bu diplomatik prosesin davamı kimi dəyərləndirir.
“The Washington Post” yazır ki, Əbu-Dabidəki beş saatlıq danışıqlara baxmayaraq, heç bir sənəd imzalanmayıb. ABŞ paytaxtında keçiriləcək görüşdən sonra “nəhayət sülh sazişi”nin elan ediləcəyi gözləntiləri olsa da, nə Azərbaycan, nə də Ermənistan bu barədə təsdiq verib. Nəşr qeyd edir ki, tərəflər arasında hələ də həll olunmamış problemlər var.
“Middle East Eye” portalı yazır ki, Azərbaycan sülh sazişinin yekun bağlanması üçün Ermənistanın konstitusiyasına dəyişiklik edilməsini tələb edir. Söhbət Ermənistan 7
Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan maddələrin olmasından gedir. Bu dəyişikliyin həyata keçirilməsi üçün İrəvanda ümumxalq referendumu keçirilməlidir. Portalın mənbələri hesab edir ki, Vaşinqton görüşündə tərəflər sadəcə “niyyət protokolu” (letter of intent) imzalaya bilərlər.
Ermənistanın “News.am” portalı Vaşinqton görüşünü “regionda sülh, rifah və iqtisadi əməkdaşlığı təşviq etməyə yönəlmiş üçtərəfli təşəbbüs” kimi təqdim edir. Portal bu təşəbbüsü Cənubi Qafqazda geosiyasi dəyişikliklərin mümkün başlanğıcı kimi qiymətləndirir.
“Əl-Cəzirə” isə daha ehtiyatlı mövqe sərgiləyərir. Portal qeyd edir ki, hələlik real və davamlı sülh perspektivi ilə bağlı nikbin proqnoz vermək çətindir.
Rusiyanın “Kommersant” nəşrində dərc edilən məqalədə deyilir ki, Vaşinqtonda ABŞ prezidentinin respublikaçı köməkçiləri artıq qarşıdakı görüşdən danışırlar və Ağ Evin rəhbəri üçün yeni diplomatik qələbə kimi qiymətləndirirlər. “Hazırlanan sənəd sülh müqaviləsi olmasa da, onun imzalanması faktı Ağ Evdə Donald Trampa Cənubi Qafqazda sülhməramlı kimi çıxış etmək imkanı verəcək. Moskva ilə münasibətlərdə böhran yaşayan İrəvan və Bakı ABŞ-ni regionun əsas tənzimləyicisi kimi tanımağa hazır olduqlarını nümayiş etdirirlər”, - deyə məqalədə bildirilir.
Ermənistanın “Joğovurd” qəzeti hakimiyyətə yaxın mənbələrə istinadən qeyd edir ki, Vaşinqtonda keçiriləcək növbəti görüş zamanı “tarixi irəliləyiş” kimi təqdim ediləcək sənədin imzalanması mümkündür. Qəzetin iddiasına görə, Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının iclasında ABŞ-da müəyyən bir sənədin imzalanacağı ehtimalının yüksək olduğunu bildirib. Məlumata əsasən, sözügedən sənəd Zəngəzur dəhlizi ilə bağlı ABŞ tərəfindən irəli sürülən yeni təklifi əhatə edir. Bu təklifdə “dəhliz” termini işlədilmir və heç bir səlahiyyətin ötürülməsi nəzərdə tutulmur. Bununla belə, xarici nəzarət mexanizmləri təklifə daxil edilib.
Türkiyənin "Anadolu" agentliyində dərc edilən xəbərdə isə deyilir ki, İkinci Qarabağ müharibəsindən sonra Bakının təklifi ilə sülh danışıqlarına başlayan Azərbaycan və Ermənistan 2025-ci ilin martında sülh sazişinin mətni ilə bağlı razılığa gəliblər. Agentlikdə sülhün imzalanması üçün Azərbaycanın iki əsas şərtini - Ermənistan konstitusiyasının dəyişdirilməsini və ATƏT-in Minsk Qrupunun ləğv edilməsini xatırladıb.
Ümumilikdə, beynəlxalq medianın təhlilləri Vaşinqton görüşündən böyük gözləntilərin olsa da, ehtiyatlı optimizmin hakim olduğunu göstərir. Sülh sazişinin imzalanması ehtimalı ilə yanaşı, tərəflərin sadəcə qarşılıqlı öhdəlikləri əks etdirən “niyyət sənədi” ilə kifayətlənə biləcəyi də vurğulanır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!