Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 20-12-2020, 21:00
33 yaşını cənnətdə qeyd edən - Şəhid Həziyev Xəyal



Vətən sizə oğul dedi!

Qəhrəmanlığın əsasını qoyan ilkin şərt vətənpərvərlikdir. 44 günlük Vətən müharibəsi zamanı neçə-neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti Azərbaycan xalqının qəhrəman xalq olduğunu bir daha sübut etdi. Elə qəhrəmanı da yaşadığı mühit yetişdirir, Vətən seçir. Bu qəhrəmanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

Onlardan biri də Qarabağ döyüşlərində qəhrəmanlıq və mərdlik izi qoyan, Vətən sevgisi ilə ölməzlik qazanan şəhid Xəyal Həziyevdir.

Həziyev Xəyal Feyruz oğlu 1987-ci il dekabrın 20-sində Ağcabədi rayonunda dünyaya göz açıb. Həqiqi hərbi xidmətini Murov dağ istiqamətində keçən Xəyal Vətənin dar günündə də onun harayına yetişir. Sentyabrın 30-da könüllü olaraq səfərbərliyə qoşulan Xəyal Vətən müharibəsində torpaqlarımız uğrunda 14 gün qəhrəmancasına vuruşur. Oktyabrın 15-də isə Füzuli-Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yetişir. Doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda medalı" ilə təltif olunub (ölümündən sonra).

Şəhidimizin atası Həziyev Feyruz oğlu ilə bağlı düşüncələrini belə dilə gətirdi: "Onu cəbhəyə getmək üçün səfərbərliyə yazılarkən yaşının çox olması səbəbindən dəfələrlə geri qaytarsalar da, inadından dönmədi. Xəyalın uzun israrlarından sonra onu səfərbərliyə yola saldılar. Komandir onu əvvəlcədən tanıdığından 500 nəfər əsgərin içindən tanıyıb avtobusa birinci çağırdı. Mən ordakı uşaqlarda əsl Vətən sevgisinin şahidi oldum. Oğlanın qolunun biri dirsəkdən aşağı yox idi. İsrarla polkovnikdən xahiş edirdi ki, onu da aparsınlar, amma sağlamlığı əl vermədiyi üçün mümkün deyildi. Sözüm ondadır ki, bu Vətənin Xəyal kimi oğulları çoxdur.

Xəyalın birinci xidməti vaxtında onu ziyarət etməyə getmişdim. Dedi, ata mən buradan da irəli gedəcəyəm. Çünki elə bilmişdi ki, mən oraya komandirlə danışmağa getmişəm. Ona görə də əvvəlcədən öz sözünü dedi. İndi də Qarabağ döyüşləri zamanı Mübariz İbrahimovun şəhid olduğu posta Azərbaycan bayrağının sancılmasında iştirak edib. Oğlumla fəxr edirəm. Amma istəyərdim ki, televiziya kanalları da gəlib oğlumun həyat yolunu çəkib göstərsinlər. Qoy, xalq Xəyal kimi qəhrəmanlarını yaxından tanısın".

Şəhidin bacısı Samirə xanım sözünə belə başladı: "Xəyal kimi igidin bacısı olduğum üçün fəxr edirəm. Müharibə başladığı cəmi 2 gün idi, dəfələrlə qaynar xətlərə zəng edirdi. Əsgərlikdə olduğu yer, əsgərlik şücaətləri onu daha da həvəsləndirirdi. Evdə itirdiyi hər dəqiqə üçün özünə əsəbiləşər, "Nə üçün məni də aparmırlar, axı, mən Murov dağda xidmət etmişəm, hər şeyi yaxşı bilirəm, mən bu dəqiqə orda olmalıyam" - deyərdi".

Anası Həziyeva Məlahət deyir ki, Xəyal elə balacalıqdan vətənpərvər idi: "Xocalıda baş verən hadisələri gördükcə deyirdi ki, ana, ermənilərin bizə etdiklərinin qarşısında susub oturmağa ürəyim əl vermir. Uşaq vaxtlarından öz sözünü deməyi bacarırdı. Dost-tanış arasında sülh yaratmağı da bacarırdı. Onun düşmənçiliyi ancaq erməniyə qarşı idi. Xəyal həm də xeyirxah uşaq idi, kimin nəyə ehtiyacı olsa ona köməyə qaçırdı. Ona görə də, indi qonşuluqda onun adına bulaq çəkirlər.

Döyüş yoldaşları da ondan ağız dolusu danışırdılar. Deyirlər, namaz vaxtı çatan bir döyüş yoldaşının sırası imiş, deyib o, indi namazdadır. Onun əvəzinə tapşırığı mən yerinə yetirərəm.

Silahdaşları deyir ki, Xəyal heç nədən qorxmurdu. Deyəndə minamyot gəlir yerə yat, deyirdi, onlar kimdir ki, mən onlardan qorxum. Elə o cür də başı dik, ayaq üstə, sinəsini sipər edərək şəhid olub.

Oğlum son dəfə döyüşə gedəndə dedi ki, anam, atam öz yerində, amma mənim üçün hər şeydən əvvəl Vətəndir. O, Vətən yolunda gedib, ona görə də analıq haqqımı anamın ağ südü kimi halal edirəm. Çünki mənim oğlum Vətəni qorumağa öz istəyi, israrı ilə getdi.

Xəyalı hər gün gözləyirəm, o, mənim üçün ölməyib. Bir nigaranlığım odur ki, oğlumun toyunu görə bilmədim".

Söhbətimiz əsnasında Məlahət ana bildirdi ki, oğlunun döyüş yoldaşlarını axtarır. O, ümid edir ki, bu xəbər vasitəsilə özünə övlad kimi gördüyü həmin igidləri tapacaq. Və silahdaşlarının Xəyalla bağlı xatirələrini öyrənəcək.

Qeyd edək ki, bu gün Xəyal Həziyevin doğum günüdür. 33 yaşını cənnətdə qeyd edən Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik...


Günel ABBAS


Paylaş



Bölmə: Ana seife / Şəhidlər / Xəbər / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!