Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 15-04-2019, 14:10
MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli dilçi alimi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib. Təqdimat mərasimində alimin müasirləri, tələbələri, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə təqdimatla çıxış edən MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşı Səda Əliyeva alimin şəxsi kitab kolleksiyası, həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Dilçiliyin sintaksis, morfologiya, tarixi qrammatika, orfoepiya, etimologiya, nitq mədəniyyəti və s. sahələrilə məşğul olmuş Əlövsət Abdullayevin Azərbaycan dilinin ən aktual problemləri üzrə 140-dan çox əsər, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifi olduğunu deyib.
Kolleksiyanın alimin qızı, filologiya elmləri doktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Sənubər Abdullayeva tərəfindən MEK-ə təqdim olunduğunu bildirən S.Əliyeva ümumilikdə burada 1250 nüsxə sənəd olduğunu deyib. Bildirib ki, kolleksiyaya Əlövsət Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı dilçilik elminin bütün bölmələrinə aid kitablar, müxtəlif dillərdə olan lüğətlər, ensiklopediyalar, tarixi kitablar, dahi yazarların əsərlərindən ibarət olan ədəbiyyatlar və digər sənədlər daxildir.
Təqdimatda alimin “Köməkçi nitq hissələri” metodik vəsaiti, “Müasir Azərbaycan dili, Sintaksis” dərsliyi, “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyası, “Dil, Siyasət, Sosial tərəqqi”, “Sintaksisin aktual məsələləri”, “Azərbaycan dili məsələləri” və s. kitablarının adları sadalanıb. Qeyd edilib ki, dil əlaqələri, əlifba problemi, Azərbaycan dilinin morfologiyası və sintaksisi ilə bağlı vacib məsələlərin əksini tapdığı kitablarda dilimizin ayrı-ayrı problemlərini əhatə edən araşdırmalar yer alır. Bildirilib ki, alimin Azərbaycan dilçiliyinin səviyyəsini əks etdirmək baxımından böyük əhəmiyyət kəsb edən bir sıra kitabları MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Həmçinin MEK əməkdaşları tərəfindən Vikipediyada alim haqqında ətraflı məlumat yerləşdirilib.
Daha sonra professor Əlövsət Abdullayevin qardaşı, professor Əlikram Abdullayev, qızı Sənubər Abdullayeva, oğlu Tofiq Abdullayev, dilçi alimin tələbəsi olmuş BDU-nun dosenti İsmayıl Məmmədov, professorları Tofiq Hacıyev, Rəhilə Quliyeva, Fikrət Əlizadə və digər qonaqlar çıxış edərək, alimin həyatı və yaradıcılığı ilə bağlı xatirələrini bölüşüblər. Onu Azərbaycanda dilçilik sahəsində xüsusi söz sahibi olan, məktəb yaratmış görkəmli elm xadimi, dilçi alimlərin yetişməsində şəriksiz xidməti olmuş şəxsiyyət kimi xarakterizə ediblər.
MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib
MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!