Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
Tarix : 3-04-2019, 13:56
ADU-nun dosenti Gəray Yusifovun monoqrafiyası çapdan çıxıb
Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gəray Yusifovun “Müasir ingilis və Azərbaycan dillərində sabit söz birləşmələrinin struktur semantik xüsusiyyətləri” monoqrafiyası işıq üzü görüb. Monoqrafiya müəllifin filologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın ilkin-orijinal variantıdır.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, Kitab Azərbaycan və ingilis dillərində sabit söz birləşmələrinin indiki tədqiqi vəziyyəti, növləri və bədii xüsusiyyətləri haqqındadır. Dissertasiya işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə tərcümə prosesində sabit birləşmələrin mənalarının anlaşıqlı olması, tərcümə olunan dildə həmin birləşmə və ifadənin digər dildəki ekvivalentinin dəqiq tapılmasında kitab böyük əhəmiyyətə malikdir. Monoqrafiyada sabit söz birləşmələrinin qohum olmayan iki dilin qarşılaşdırılması yolu ilə linqvistik-elmi nəzəri təhlilinin aparıldığı nəzərə çarpır.
“Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan kitab gənc tədqiqatçılar, filologiya fakültəsinin tələbələri, eləcə də dilçiliklə maraqlanan gənc alimlər üçün faydalıdır. 324 səhifədən ibarət olan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Fikrət Cahangirov, rəyçiləri filologiya elmləri doktoru, professor İkram Qasımov və filologiya elmləri namizədi, dosent Əmir Cəfərovdur.
Qeyd edək ki, Gəray Yusifov 1936-cı ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub. 1951-ci ildə Salahlı kənd 7 illik məktəbi, 1955-ci ildə Ağdaş Pedaqoji Texnikumunu, 1960-cı ildə Azərbaycan Xarici Dillər İnstitutunu, 1970-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirib. Tanınmış dilçi alim, akademik Əliheydər Orucovun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcə alıb. 1972-ci ildən indiyə kimi Azərbaycan Dillər Universitetində işləyir. İşlədiyi müddət ərzində 4 il dekan müavini, 15 il dekan, 6 il prorektor vəzifələrində çalışıb. Bu illər ərzində onun müxtəlif elmi jurnallarda 100-dən artıq məqalə və tezisləri, eləcə də 8 kitabı nəşr edilib.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!