Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Suriyada kürdlərin nəzarət etdiyi ərazi 80% azalıb .....                        Kamran Əsədov HƏBS OLUNDU .....                        Ermənistan Azərbaycana baxıb hərəkət edir .....                        Bakı metrosuna İsveçrədən 300 vaqon alınır .....                        Zəhradan boşanma xəbərinə reaksiya: "Mədəniyyətiniz olsun!" .....                        Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər azalıb .....                        Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı .....                       
Tarix : 25-11-2019, 09:06
Elm Tarixi İnstitutunda “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” adlı monoqrafiya işıq üzü görüb.
Butov.az-a verilən məlumata görə, həmmüəllif işi olan monoqrafiya Elm Tarixi İnstitutunun Elmi şurasının qərarına əsasən çap olunub. Monoqrafiyanın müəllifləri – İnstitutun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli və əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazovadır. Monoqrafiyanın elmi redaktoru AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.
Azərbaycan elm tarixində bir ilk olan monoqrafiya qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün məqamlarına aid qaynaqların və tarixşünaslığın araşdırmasıdır. Tədqiqat obyekti olmuş problem bundan əvvəl demək olar ki, geniş formada tədqiq edilməmişdir. Əsər iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlar haqqında məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub.
Kitab hazırlanarkən, əlyazmalar, müxtəlif dilli qaynaqlar və müasir tədqiqatlardan kompleks şəkildə istifadə edilmişdir. Monoqrafiyanın bir çox elmi yenilikləri mövcuddur. Belə ki, ilk dəfədir ki, hər hansı bir elm sahəsinin spesifik formada qaynaqları və mənbəşünaslığına ayrıca tədqiqat əsəri həsr olunmuş, tibb tarixinin qaynaqları və tarixşünaslığı təsnif olunmuş, təsnifat haqqında ayrıca məlumat verilmiş, “Avesta” kitabı tam şəkildə nəzərdən keçirilərək onun içərisindən bütün tibbi biliklər çıxarılmış, bir çox ingilisdilli ədəbiyyatdan istifadə olunmuş, Azərbaycan mətbuatında təbabətə dair mövcud olan məlumatlar müxtəlif istiqamətlərdə araşdırılmış və ilk dəfə olaraq, AMEA, M. Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmalardan istifadə olunmuşdur.
Monoqrafiya tələbə, magistr, doktorant, tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Elm Tarixi İnstitutunda “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!